VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə31/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   44
C fakepathLav vsait

VB-nin təhlükəsizliyi verilənlərin və tətbiqi proqramların şifrələnməsi, parol mexanizmi ilə mühafızə, VB-yə və onun ayrı-ayrı elementlərinə (cədvəllərə, formalara, hesabatlara və s.) müraciət səviyyəsinin tənzimlənməsi və digər vasitələrlə təmin edilir.
2. VBİS-in linqvistik və proqram təminatı

2.1. Linqvistik vasitələr

VBİS-in linqvistik vasitələrinə onun fəaliyyəti üçün istifadə olunan müxtəlif dillər və lüğətlər daxildir. Lüğətlər sistem kataloqunda saxlanır.

VBİS-də istifadə olunan dillərə aşağıdakılar aiddir:


Həm istifadəçilər, həm də VB-nin adminstratoru verilənlərin strukturunun təyini və dəqiq təsviri məqsədilə verilənlərin təsviri dillərindən istifadə edirlər. Verilənlərin təsviri üçün səmərəli dillərin yaradılması verilənlər bazalarının və onların idarəetmə sistemlərinin layihələndirilməsində mühüm problemlərindən biri sayılır. Bu dillər kompüter texnologiyası ilə məşğul olan bir sıra öncül firma və müəssisələr tərəfındən təklif olunmuş və yayılmışdır.

Verilənlərin təsviri metodlarını tədqiq etmək və səmərəli dillər yaradıb-yaymaq məqsədilə kompüter texnologiyası, o cümlədən, verilənlər bazaları üzrə mütəxəssislər tədqiqat qrupları təşkil etmişlər. Onlara misal olaraq verilənlərin emalı sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan komitənin (CODASYL) verilənlər bazaları üzrə işçi qrupunu (DBTG), kompüter texnikası komitəsinin faylların təsviri və emalı üzrə xüsusi qrupunu (ACM SİGFİDET), verilənlərin idarəetmə sistemləri üzrə tədqiqat qrupunu (ANSİ/SPARC) göstərmək olar.

Təsvir səviyyəsinə uyğun olaraq verilənlərin təsviri üçün 3 tip dillərdən istifadə olunur:


  • xarici sxemin - sorğuların - təsviri üçün dillər (istifadəçilərlə ünsiyyət dilləri);

  • konseptual sxemin təsviri üçün dillər;

  • daxili sxemin təsviri üçün dillər.

Verilənlərin təsvir səviyyələri və dilləri arasında əlaqə şəkil 12-də göstərilmişdir.






Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə