VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə32/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   44
C fakepathLav vsait

Şəkil 12. Verilənlərin təsvir səviyyələri və dilləri arasında əlaqə

Hər tip istifadəçinin xüsusiyyətlərinə uyğun ünsiyyət dili var. İstifadəçi - proqramlar (tətbiqi proqramlar) üçün bu ya proqramlaşdırma dillərindən biri (Pascal, Basic, C, Cobol və s.) və ya baxılan sistemin xüsusi dilidir. Sonuncunu 4-cü nəsil dili də adlandırırlar.

İstifadəçi - şəxslər ünsiyyət dili kimi sorğu dilindən və xüsusi təyinatlı dildən istifadə edirlər.

Sorğu dili əsasən xüsusiləşdirilmiş xarakter daşıyır, yəni o istifadəçinin tələblərinin ödənilməsi baxımından yaradılır. Bəzi sistemlərdə istifadəçilər tətbiqi proqramçıların işlətdiyi dilə yaxın olan əmrlər dilindən istifadə edirlər. Lakin bu dil proqramçı olmayan istifadəçilər üçün çətinlik törədir. Bu səbəbdən də inkişaf etmiş VBİS-lərdə istifadəçi-şəxslər üçün xüsusi sorğu dilləri yaradılır. Müasir VBİS-lərdə əsasən QBE və SQL dillərindən istifadə edilir və VBİS-lərin demək olar ki, hamısı SQL dilini dəstəkləyirlər.

VBİS-lərdə xüsusi təyinatlı sorğu dillərindən də geniş istifadə olunur. Bu dillər əsasən interaktiv rejimdə işləmək üçün nəzərdə tutulur və dialoq dilləri adlanır. Dialoq dili quruluşuna və öyrənilməsinə görə daha sadə olub, təbii dilə yaxındır.

Dialoq dilinin də müxtəlif formaları mövcuddur. Bu formalar sistemlə istifadəçi arasındakı dialoqun təşkili üsulu ilə bağlıdırlar. İstifadəçi ilə sistem arasında 3 tip dialoq mümkündür: 1) tə- şəbbüskarı sistem olan dialoq; 2) təşəbbüskarı istifadəçi olan dialoq; 3) qarışıq (sərbəst) dialoq, yəni təşəbbüskarı həm sistem, həm də istifadəçi ola bilən dialoq. Hər 3 tip dialoq üçün yararlı olan ümumi bir dildən istifadə oluna bilər. Lakin bu cür dilin öyrənilməsi və işlədilməsi çətinlik törədir. Odur ki, hər bir dialoq tipinə uyğun xüsusi dildən istifadə edilir.

Təşəbbüskarı istifadəçi olan və qarışıq tipli dialoqlarda əmrlər dillərinin bu və ya digər növlərindən istifadə edilir. Təşəbbüskarı sistem olan dialoqlu sistemlərdə isə ən geniş yayılmış sorğu dili «menyu» prinsipi əsasında qurulan dildir. Bu dil quruluşca sadə və təbii dilə daha yaxın olduğundan istifadəçilər üçün əlverişlidir. Sistem istifadəçiyə onun informasiyaya olan sorğusunu ödəmək məqsədilə suallar verir. Bu suallara cavabın verilməsini asanlaşdırmaq üçün istifadəçiyə mümkün cavabların siyahısı (menyu) təqdim edilir. Menyudan seçmə prinsipinə uyğun olaraq istifadəçi lazımi cavabları seçib, sistemə çatdırır. Menyu dilinin elementlərindən qarışıq tipli dialoq tətbiq edilən sistemlərdə də işlədilə bilər. «Menyu» dili təbii dilin normallaşdırılmış formalarından biri olduğundan, intellektual sistemlərdə, o cümlədən, onların interfeyslərində geniş istifadə olunur.

Konseptual və daxili sxemlərin təsviri üçün və həmçinin verilənlərlə əməliyyat aparmaq üçün tərkibində faylların, yazıların və onlar arasındakı əlaqələrin təsviri üçün konstruksiyalar olan proqramlaşdırma dilindən və ya sistemin xüsusi dilindən istifadə olunur. Bu məqsədlə istifadə edilən xüsusi dillərə misal olaraq iyerarxik modelli İMS sistemi üçün yaradılmış DL/1, şəbəkə modelli sistemlər üçün yaradılmış CODASYL, relasiya modelli sistemlər üçün yaradılmış SQL dillərini göstərmək olar.

Bütün bu dilləri ümumiləşdirsək, demək olar ki, onların hamısı verilənlər bazasının obyektləri və əməliyyatları ilə bağlı konstruksiyalardan ibarət olan verilənlərin altdilinə malikdirlər. Baza dili adlandırılan proqramlaşdırma dilində verilənlərin altdili onun içərisinə daxil edilmişdir, yəni baza dili VB ilə bağlı olmayan konstruksiyalara da malikdir. Sistem bir neçə baza dilini və verilənlərin altdilini reallaşdıra bilər. Lakin SQL dilində praktik olaraq bugünkü sistemlərin hamısında istifadə olunur. Bəzi sistemlərdə SQL ayrıca dil kimi, bəzilərində isə baza dilinə (C, Cobol) daxil edilmiş verilənlərin altdili kimi reallaşdırılır. SQL dili relasiya modelli sistemlərin standart dili kimi qəbul edilmişdir.

Arxitektura baxımından verilənlərin altdilini və baza dilini bir-birindən ayırmağın əlverişli olmasına baxmayaraq, praktikada onlar bir-birindən ayrılmaya bilərlər. İstifadəçi baxımından onların bir-birindən ayrılmaması məqsədə uyğundur. Əgər onlar bir-birindən ayrılmırsa və ya çətin ayrılırsa, onlara bərk əlaqəli dillər deyilir. Əgər onlar aşkarca fərqlənirsə, zəif əlaqəli dillər adlanırlar. Bərk əlaqəli dillər istifadəçilərə geniş imkanlar verirlər. Odur ki, bütövlükdə bərk əlaqəli dillərə keçilməsi məqsədə uyğun sayılır.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə