VeriLƏNLƏr bazalari ümumi məlumat


Verilənlər bazasının administratoru



Yüklə 292,45 Kb.
səhifə34/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
C fakepathLav vsait

3. Verilənlər bazasının administratoru

İnformasiya sistemi fəaliyyət göstərən müəssisələrdə verilənlərin mərkəzləşdirilmiş idarə olunmasına məsuliyyəti verilənlərin administratoru daşıyır. Bu işin texniki təminatı isə verilənlər bazasının administratorunun üzərinə düşür. Beləliklə, verilənlər bazasının administratoru verilənlərin mərkəzləşdirilmiş idarə olunmasına texniki səviyyədə cavab verir.



Verilənlər bazasının administratoru (VBA) verilənlər bazasına qoyulan tələblərin formalaşdırılmasına, onun layihələndirilməsinə, reallaşdırılmasma, səmərəli istifadə edilməsinə ve müşayiət edilməsinə cavab verən şəxs və ya şəxslər qrupudur. Praktikada verilənlər bazasının administratoru adətən İS-in layihələndirilməsində, reallaşdırılmasında və tətbiqində bilavasitə iştirak edir.

Biristifadəçili lokal informasiya sistemində VBA sistemin yerinə yetirdiyi bütün funksiyalara özü cavabdehlik daşıyır. Şəbəkə mühitində fəaliyyət göstərən informasiya sistemində isə VBA bu cavabdehliyi şəbəkənin administratoru ilə birlikdə daşıyır. Bu halda şəbəkənin administratorunun vəzifələrinə aşağıdakılar aid edilir: şəbəkənin aparat-proqram vasitələrinin fəaliyyəti, şəbəkənin konfıqurasiyasının dəyişdirilməsi, avadanlıqda nazaslıq baş verdikdən və aradan qaldırıldıqdan sonra proqram təminatının bərpa edilməsi, profilaktik tədbirlər və sistemə müraciətin məhdudlaşdırılmasının təmini.

Müasir informasiya sistemlərində VBA-nın yerinə yetirdiyi əsas funksiyalara qısa nəzər salaq.


  1. VB-yə qoyulan tələblərin reallığının qiymətləndirilməsi

İnformasiya sisteminə qoyulan tələblərin əksəriyyəti onun verilənlər bazasına ünvanlanır. Odur ki, VBA həmin tələbləri bir daha təhlil etməli və onların reallığı əks edib-etmədiyini təyin etməlidir. Mümkünsüz tələblər haqqında sifarişçiyə və icraçıya xəbər verilməlidir. Bu zaman o seçilən aparat və əməliyyat platformalarının xarakteristikalarına, konkret mövcud olan texniki və proqram təminatının imkanlarına, tətbiq edilən VBİS-in xarakteristikalarına əsaslanır.

Reallaşdırılması şübhə doğuran və mübahisəli tələblər administrator, sifarişçi və icraçı tərəfindən birlikdə araşdırıldıqdan sonra həmin tələblərin ləğv edilməsi, dəyişdirilməsi və ya yenidən işlənməsi haqqında qərar qəbul edilir.



  1. VB-nin layihələndirilməsinin qiymətləndirilməsi

Administrator yaradılacaq VB-nin fəaliyyətinə və istifadəçi sorğularının cavablandırılmasına tam məsuliyyət daşıdığından, o, VB-nin layihəsinin qoyulan tələblərə cavab verib-verməməsıni qiymətləndirir. Bunun üçün konseptual sxemin tətbiq sahəsini tam əhatə edib-etməməsi, mahiyyətlərin, atributların və mahiyyətlər arasındakı əlaqələrin tamlığı və informasiya tələblərinə uyğunluğu yoxlanır. Əgər administrator layihələndirmə prosesində iştirak edirsə, göstərilən yoxlamalar tez başa çatır və daha keyfiyyətli aparılır.


  1. Yüklə 292,45 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə