Verilənlər bazasının təsviri


MS ACCESS-in kompanentləri



Yüklə 2,47 Mb.
səhifə6/21
tarix29.11.2023
ölçüsü2,47 Mb.
#142762
1   2   3   4   5   6   7   8   9   ...   21
VBİS

MS ACCESS-in kompanentləri

Acces-də məlumatı saxlamaq və göstərmək üçün müxtəlif kompanentlər var .Bunlar cədvəl,forma,hesabar,makros,modul,sorğu və səhifədir .


Cədvəl-bazanın əsasını təşkil edir .Bütün informasiyalar cədvəldə saxlanılır .Cədvəl konkret mövzu haqqında verilənlərdən təşkil olunur . Hər bir mövzuya aid ayrılıqda cədvəllərdən istifadə olunur ki,bu da verilənlər bazasının effektivliyini artırır .
Sorğu-verilənlər bazasında məlumatı ekrana çıxarmaq üçündür . Sorğular bazada olan məlumətı müxtəlif yollarla baxmağa,dəyişməyə və analiz üçün istifadə edilir . Sorğulardan yazı mənbəyi kimi formada,hesabatlarda və səhifədə istifadə etmək olar .
Forma-informasiyanı təqdim etmək üçün cəld və güclü vasitədir . Frma pəncərəsinə cədvəli daxil etmək və baxış üçün forma informasiyanın həcmini azaltmağa və onu lazımi formada göstərməyə imkan verir .
Hesabat-verilənləri çap formatında göstərmək üçün effektiv vasitədir . Hesabat konstruktorununu köməyilə biz öz hesabatlarımızı emal edə bilərik .
Makros-tez-tez işləyən əməliyyatları avtomatlaşdırmaq üçündür. Makros bir neçə əməliyyatı eyni vaxtda yerinə yetirməyə imkan verir .
Modul-Vusual Basic proqram dili tərəfindən yazılan qeyd və prasedur qrupunu təmsil edir . Modulun 2 tipi mövcuddur: sinif və standart modullar .
Səhifə- veb-səhifənin xüsusi tipini xarakterizə edir,verilənlər bazasına internet vasitəsilə baxmaq və işləmək üçün istifadə olunur .


Boş verilənlər bazasının yaradılması

Yeni verilənlər bazası yaratmaq üçün Файл menyusundan Создать əmrini seçirik.


Açılan pəncərədən Пустая база данных düyməsini basırıq. Növbəti ekranda fayla ad verib, OK düyməsini basırıq.







Cədvəl strukturunun yaradilmasi


Cədvəl verilənər bazasının əsasını təşkil edir. Bütün informasiya cədvəllərdə saxlanılır. MS Access cədvəlində sətri yazı, sütunu isə sahə adlandırmaq qəbul edilmişdir. Bir cədvələ daxil olan bütün yazılar eyni sahələrdən ibarət olmalıdırr. Yazıların eyni sahələrində saxlanılan məlumatlar eyni tipli olmalıdır. Cədvəl müxtəlif tipli sahələrdən ibarət ola bilər. Hər cədvəldə bir tip obyekt ilə bağlı məlumatlar saxlanılır. Cədvəl strukturunu müəyyənləşdirildikdən sonra cədvəli yaratmaq olar.



  1. Verilənlər bazasını açırıq .

  2. Cədvəl konstruktorunda Sahənin adı sütununda sahənin adı daxil edirik .

  3. Verilənlər tipinə keçmək üçün TAB və ya ENTER klavişasını basırıq .

  4. Verilənlərin tipi sütununda Текстовой ifadəsi görünür .Biz siyahını almaq üçün düyməni basırıq və biz verilənlərin tipi olan siyahını görürük .Описание sütununa keçmək üçün TAB düyməsini basırıq .

  5. Описание sütununa izahedici mətn yazıb TAB və ya ENTER düyməsini basırıq .

  6. Bütün sahələri analoji olaraq daxil edirik .

  7. Strukturu daxil etdikdən sonra yaddaşa göndəririk .Файл/ Сохранить . Sonra ona uyğun ad veririk .

  8. İlkin açar da yarada bilərik .

Cədvəlin yaradılması üçün verilənlər bazası pəncərəsindən Таблицы obyekti seçilir. Bu zaman pəncərənin işçi sahəsində cədvəllərin yaradılma rejimi görünür.





Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə