Verilənlər bazasının təsviri


VERİLƏNLƏR BAZASI İDARƏETMƏ SİSTEMLƏRİ (VBİS)



Yüklə 2,47 Mb.
səhifə5/21
tarix29.11.2023
ölçüsü2,47 Mb.
#142762
1   2   3   4   5   6   7   8   9   ...   21
VBİS



VERİLƏNLƏR BAZASI İDARƏETMƏ SİSTEMLƏRİ (VBİS)



VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.
Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının səmərəli quruluşunun yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi səviyyələrə uyğun təşkil olunmasından ibarətdir. Bu proseslərin yerinə yetirilməsində verilənlər bazasınınidarəetmə sistemi mühüm rol oynayır. Verilənlər bazasının idarəetmə sistemləri xarici yaddaş qurğularında verilənlər bazasının yaradılması üçün istifadə edilən, habelə verilənlərə müraciəti və onların işlənməsini təmin edən universal proqram vasitəsidir.


Verilənlər bazasını idarəetmə sistemi verilənlər bazalarındançoxməqsədli qaydada istifadəni, verilənlərin mühafizəsini və bərpasını təmin edir. İnkişaf etmiş dialoq vasitələrinin və yüksək səviyyəli sorğu dilinin mövcud olması verilənlər bazasının idarəetmə sistemini son istifadəçi üçün ən əlverişli vasitəyə çevirir. Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemi vasitələrinin köməyi ilə kompüterin sabit yaddaşında təşkil edilmiş verilənlər yığımıdır. Verilənlər bazasının köməyi ilə saxlanan məlumatların minimum təkrarlanmaları ilə yanaşı, məntiqi əlaqədə olan verilənlərin inteqrasiyası təmin edilir. Verilənlər bazası müəyyən predmet sahəsində informasiya obyektlərinin məntiqi modelini əks etdirən verilənləri
özündə birləşdirir.


Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemində istifadə edilən modelə və verilənlərin quruluşuna uyğun təşkil edilir. Verilənlər bazasında adətən çoxsaylı istifadəçilər üçün zəruri məlumatlar olur. Ümumi verilənlər bazasına bir neçə istifadəçinin eyni vaxtda müraciət etməsi verilənlər bazasının idarəetmə sisteminin fərdi kompüterlərin lokal şəbəkəsində quraşdırılan və çox saylı istifadəçilər uçun verilənlər bazası yaradılan zaman mümkün olur. Verilənlər bazasının idarəetmə sistemi şəbəkədə müxtəlif istifadəçilərin ümumi məlumatlar bazasına müraciət hədlərini izləyir və istifadəçilər eyni zamanda ümumi verilənlərlə işləyəndə verilənlərin ühafizəsini təmin edir.
Verilənlər bazasını idarəetmə sistemi bir sıra xassələrə malikdir:


- modelin müxtəlif obyektlərində verilənlərin təkrarlanması;

  • verilənlərin bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi;

  • verilənlərin uyğunluğu və birinin digərini inkar etməməsi;

  • verilənlər bazasının tamlığı və bütövlüyü;

  • verilənlər bazasının çoxaspektli müraciət imkanının olması;

  • verilənlər bazasında verilənlərin ixtiyari seçilməsi;

  • verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi;

  • qəza şəraitində, qurğuların və proqramların nasazlıqları yarandıqda və ya istifadəçilər səhv etdikdə belə verilənlərin mühafizəsi və bərpasının mümkünlüyü vəs.

Verilənlər bazasını idarəetmə sistemi müxtəlif predmet sahələri üçün istifadəçilərin praktik işinin avtomatlaşdırılmasının əsasını təşkil edir.
İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin seçilməsi bir sıra amillərlə bağlıdır,
- mövcud texniki və baza proqram təminatı, onların konfiqurasiyası, əməli və disk yaddaşı;

  • istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;

  • verilənlər modelinin növü;

  • predmet sahəsinin xüsusiyyətləri;

  • informasiya məntiqi modelinin quruluşu;

  • verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması;

  • istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində verilənlər bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması.

Verilənlər bazasının idarəetmə sistemi tətbiqi proqramlar paketi şəklində göndərilən proqram məhsullarından ibarət olmaqla kompüterə quraşdırılır. Verilənlər bazasının idarəetmə sistemi kompüterə quraşdırıldıqdan sonra verilənlər bazasının yaradılması həyata keçirilir. Qeyd etmək lazımdır ki, fərdi kompüterlər üçün müasir verilənlər bazasının idarəetmə sistemi yüksək üstünlüyə malikdir. Bu imkan verir ki, sistemin istifadəçi üçün işlənib hazırlanmasının ilkin mərhələsində verilənlər bazasının ayrı-ayrı hissələrinin yaradılmasına başlanılsın. Məlumatlar bazasının bu cür işlənib hazırlanması tədricən onun genişləndirilməsinə və modifikasiyasına əlverişli şərait yaradır. Beləliklə, istifadəçi tərəfindən işin texnologiyasının mənimsənilməsi sürətlənir, verilənlər bazasının idarəetmə sisteminin imkanlarının öyrənilməsi və mərhələlərlə tətbiqi asanlaşır.
Müasir VBİS- nin tərkibinə aşağıdakılar daxildir.






  • Məlumatları daxil etmək, dəyişdirmək, axtarmaq və müxtəlif şəkillərdə (mətn , qrafik) əks etdirmək imkanı verən istifadəçi interfeysi

  • Yuxarı səviyyəli proqramlaşdırma vasitələri

MS Access proqramı məlumatları saxlamaq , axtarmaq və təqdim etmək imkanlarını verən aşağidakı obyektlərdən ibarətdir.


Таблицы – Cədvəllər verilənlər bazalarının əsasını təşkil edir.Bu proqramda çoxlu sayda cədvəl yaratmaq olar.
Запросы – Sorğular verilənlər bazalarından məlumatların tapılıb əldə edilməsi vasitəsidir.
Формы – Forma məlumatların cədvəllərə daxil edilməsini və baxışını forma pəncərəsi vasitəsilə yerinə yetirmək üçün istifadə olunur.
Отчеты – VB- dakı məlumatları çap məqsədilə sənəd şəklində əks etdirmək üçün istifadə olunur.
Страницы – İnternet şəbəkələri vasitəsilə MS Access və ya MS SQL Server verilənlər bazalarında saxlanılan verilənlərə baxmaq və onlarla işləmək üçün xüsusi Web səhifələrini hazırlayır.
Макросы – Tez – tez icra olunan əməliyyatların avtomatlaşdırılması üçündür.
Makros bir və ya bir neçə makroəmrlərdən ibarət olur. Onların hər biri müəyyən əməliyyatı icra edə bilər, məsələn formanı açır, hesabatı çapa gondərir və .s

MS Access proqramı Пуск menyusunun Программы alt menyusundan MS Access əmini seçməklə yüklənir. Bu zaman ekranda ACCESS-in baş pəncərəsi görünür


Pəncərə pəncərə başlığından, menyu sətrindən, alətlər panelindən vəziyyət sətrindən, tapshiriqlar panelindən ibarətdir.

İBM komputerləri üçün dünyada 70-dən çox VBİS var .Bu sistemlərdən biri də məhz MS Acces-dir .


Acces Windows NT mühitində işləyən 32 dərəcəli əlaqəli VBİS-nin yeni nəslinə mənsubdur .Acces-də məlumatın əlaqəli modeli dəstəklənir .Acces-də məlumat sxeminin işlənməsi əlaqəli məlumar bazasının yaradılması prosesinin bir mərhələsidir .Məlumat sxemi cədvəlləri və onlar arasındakı əlaqələri əyani əks etdirir,həmçinin məlumatları emal edərkən əlaqələri nizamlayır və bazanın tamlığını qoruyur .
Acces-də olan çoxlu sayda dialoq vasitələri (masterlər) istifadəçiyə konstruksiyalaşdərmaya ehtiyac yaratmadan işin icrasını təmin edir .Dialoq vasitələri yeni formaların,sorğuların,hesabatların yaradılmasına,sənəd/məlumat bazasını təhlil etməyə və hətta çoxlu tipik məlumat bazalarından birinin yaradılmasına imkan verir .
Acces-in əsas imkanlarından biri də bir neçə istifadəçinin eyni vaxtda ümumi məlumat bazasına müraciətinə imkan verməsidir .



Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə