Verilənlər bazasının təsviri


tarix/vaxt tipli sahələrdən



Yüklə 2,47 Mb.
səhifə8/21
tarix29.11.2023
ölçüsü2,47 Mb.
#142762
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
VBİS

tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.

Bu sahə tipi xüsusi formatda verilir .



  1. Bu tip cədvəl konstruktorunda формат поля xüsusiyyətində qurulur .

  2. Tarixi verdikdə onun formatı yoxlanılır və ancaq düzgün verilənlər daxil edilir .

  3. Burada 100-cü ildən 31 dekabr 9999-cu ilə qədər tarixi vermək olar . Bu tip 8 bayt yer tutur .




  • pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.

  • OLE obyekt sahəsi. Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur.

- MEMO sahəsi. Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.Burada sahənin uzunluğu 65535 simvola qədər ola bilər.



  • Sayğac tipli sahə. Bu tip sahə avtomatik olaraq cədvələ yeni yazı yazıldıqda qurulur .Bu tipli sahənin aldığı qiymət unikaldır, Bu qiymət ya hər bir yazıya 1 əlavə olmaqla və ya təsadufu ədəd olur .


  • Məntiqi sahə iki imkandan birini qəbul edən verilənləri saxlamaq üçün istifadə edilir .

Yalan/ Doğru-, Hə/Yox, Yandır/ Söndür ,
Doğru, Hə-True məntiqi sözünə uyğundur
Yalan,Yox-False məntiqi sözünə uyğundur .



  • Hiperistinad sahə tipi hərf və rəqəmlərdən ibarət sətirləri saxlamaq üçündür .Hiperistinadın ünvanı ən çoxu 3 hissədən ibarət ola bilər :

  • Mətn

  • Ünvan .

  • Əlavə ünvan .

Hiperistinadın ünvanını qoymaq üçün sahədə və ya idarəetmə elementində Вставка/ Гиперссылка komandasını veririk .
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə