Səlcuqların Şirvanı işğal etməsinin nəticələri
Bizans, erməni və gürcü feodallarının qəsbikarlıq planlarının boşa çıxması
Səlcuq-oğuz türklərinin axınları dövründə Bizans imperiyasından, erməni və gürcü feodallarından ibarət
vahid
xristian bloku yaranmışdı. Bu bloka qarşı mübarizənin taleyi
Azərbaycan cəbhəsində həll olunurdu. Xilafət
parçalandığından Bizansa qarşı İslam dünyasının mübarizəsində əsas rol türklər həlledici hərbi-siyasi amilə
çevrildi. Bu amilin də əsas istinadgahı* Azərbaycan idi.
Səlcuq türklərinin soydaşları olan Azərbaycan türkləri və Cəbuni Qafqazın bütün müsəlman əhalisi Bizans,
erməni və gürcü feodallarının birləşmiş qüvvələrinin təcavüzünə qarşı mübarizə üçün səlcuqlara
özlərinin
müttəfiqi kimi baxırdılar. Odurki, səlcuqlar
Azərbaycanın şimal hissəsində möhkəmləndikdən sonra Bizans, erməni
və gürcü feodallarının birləşmiş qüvvələrinə ağır zərbələr vurdu. Belə ki, Azərbaycanın şimalında möhkəmlənən
səlcuqlar burada Şəddadilər dövlətinin hərbi qüvvələri ilə birləşərək Bizans, erməni və gürcü feodallarının
birləşmiş qüvvələrinə qarşı ağır zərbə endirdilər.
Uzun müddət müxtəlif türk tayfaları Anadoluda möhkəmlənməyə çalışmışlar. Azərbaycan isə həmin
tayfalar üçün
arxa cəbhə olmuşdur. Səlcuq türkləri
də əsas hücum hədəfi kimi Bizans torpaqlarını seçmişdilər.
Səlcuqun nəvəsi Çağrı bəy kəşfiyyat yürüşünə çıxdı və Bizans qoşunlarına qalib gəldi. Səlcuqlar Van gölü
hövzəsini tutdular. Beləliklə, Naxçıvan və onun ətrafındakı Azərbaycan-türk torpaqlarının Bizans və erməni
feodallarının hücumuna qarşı təhlükəsizliyi təmin olundu.
Səlcuq sərkərdəsi Həsənin başçılığı ilə səlcuqlar Azərbaycanın cənub əyalətlərini ələ keçirdikdən sonra Şərqi
Anadoluda birgə hərbi əməliyyatlara başlayan Səlcuq – Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-də
Bizans və onun müttəfiqləri olan xristian blokuna (erməni və gürcü feodallarına ) qarşı ağır zərbə vurdular.
Bundan sonra Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu.
Səlcuq axınlarının Cənubi Qafqaz və Azərbaycan üçün nəticələri
Azərbaycan ən qədim zamanlardan türk tayfalarının yaşadığı ərazilərdən biridir. Bu ölkə digər türk tayfaları
ilə yanaşı, oğuz türklərinin də vətəni idi. Xilafətin zəiflədiyi dövrdə Azərbaycanda islam-türk etnik-siyasi amili
daha da qüvvətləndi. Səlcuq imperiyasının yaranması ümumdünya tarixinə, o cümlədən Azərbaycanda siyasi
hadisələrin gedişinə çox böyük təsir göstərdi. Xalqımızın taleyinin, tarixi müqəddəratının həllində, müstəqil
dövlətçilik ənənələrinin qorunub saxlanmasında mühüm rol oynadı. XI əsrdə Cənubi Qafqaz və Azərbaycana oğuz-
səlcuqtürklərinin axınları nəticəsində:
•
Türk tayfalarının yeni dəstələri Azərbaycanda məskən saldılar
•
Səlcuq türkləri ilə qədim Azərbaycan türkləri qaynayıb-qarışdılar.
•
Azərbaycan xalqının formalaşması prosesi qəti olaraq başa çatdı.
•
Azərbaycan İslam dünyasında türklüyün başlıca istinadgahına çevirildi.
•
Türk - İslam amili Cənubi Qafqaz və Azərbaycanda qəti olaraq möhkəmləndi.
•
Azərbaycan-oğuz-türk tayfaları Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik siyasi amilə çevirildi.
•
Gürcü və ermənilərin Azərbaycanın qərb ərazilərinə yiyələnmək planlarının qarşısı alındı.
•
Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı.
•
Azərbaycanın Bizans imperiyası və onun müttəfiqləri tərəfindən işgal olunması təhlükəsi tamamilə
aradan qaldırıldı.
•
Xristian blokuna qarşı mübarizə asanlaşdı, Bizans imperiyası və onun əlaltılarının qəsbikarlıq
planları puça çıxdı.
1066-cı il
Şirvanşahlar səlcuqlardan asılı
vəziyyətə düşdü
Səlcuqlar Azərbaycanın işğalını başa
çatdırdı
Şirvanşahlar səlcuqlara tabe
oldu
I Fəribürz şah titulundan məhrum
edildi
Səlcuqlar dövründə torpaq mülkiyyət formaları
Səlcuq imperatorluğunun yaranması ilə Yaxın və Orta Şərqin, o cümlədən Azərbaycanın torpaq mülkiyyəti və
vergi sistemində bəzi dəyişikliklər baş verdi. Səlcuqlar dövründə iki torpaq mülkiyyət forması mövcud idi:
•
İqta torpaqları
•
Uc torpaqları
İqta torpaq mülkiyyəti forması Ərəb xilafəti dövründə meydana gəlsə də Səlcuqlar
dövründə müəyyən dəyişikliklərə məruz qalmışdı. Səlcuq sultanları mərkəzi hakimiyyət üçün
hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə hərbi xidmət əvəzində səlcuq əmirlərinə iqta
paylayırdılar. Səlcuq türklərinin axınları dövründə iqta Azərbaycanda, Yaxın və Orta Şərqdə
başlıca torpaq mülkiyyət formasına çevirildi.
Zaman keçdikcə iqta irsən keçməyə başlayır,
mülk torpaqlarından elə də fərqlənmirdi.
Səlcuqlar dövründə meydana gələn torpaq mülkiyyət forması isə uc torpaqları idi. Uc
torpaqları – Səlcuq imperatorluğunun sərhədlərini qoruyan səlcuq sərkərdələrinə verilən
torpaqlara deyilirdi. İstər iqta, istərsə də uc torpaqları ölkəmizə yeni-yeni axınlar edən türk
tayfalarının bu ərazidə daimi məskunlaşmasına şərait yaradırdı.
Azərbaycan xalqının təşəkkülü (formalaşması) prosesi
Xalqının formalaşması üçün zəruri olan şərtlər
Hər bir xalqın formalaşması zəruri olan şərtlər yarandıqda mümkün olur. Həmin şərtlər bunlar idi:
1.
Ərazi birliyi.
2.
Dil birliyi.
3.
Mədəniyyət birliyi.
4.
İqtisadi əlaqələrin ümumiliyi.
5.
Milli-mənəvi dəyərlərin eyni olması.
QEYD: Din birliyi bu şətlərə daxil deyildir.
Ərazi bütövlüyü. Xalqın və onun dilinin təşəkkülündə mühüm amillərdən biri
ərazi birliyidir. Azərbaycan
qədimdən geniş əraziyə malik idi. Ərəblər dövründə Azərbaycanda sərhədlər dəqiqləşdirildi. Bu dövrdə
Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan şəhəri müəyyən edildi. Ümumiyyətlə tarixi
Azərbaycanın sərhədlərinə aşağıdakı ərazilər daxil idi:
•
Şimalda - Qafqaz dağlarından Dərbənd ətrafı əraziləri əhatə edirdi.
•
Cənubda - Həmədan-Zəncan Qəzvin bölgələri daxil olmaqla Qızılüzən çayını əhatə edirdi.
•
Qərbdə Oğuz yurdu olan - İrəvan şəhəri daxil olmaqla indiki Ermənistan ərazisini əhatə edirdi.
•
Şərqdə - Xəzər dənizinə, şimal-qərbdə - Tiflis şəhəri ilə birgə Şərqi Gürcüstanı (tarixi Borçalı
mahalını) əhatə edirdi.
Dil birliyi.
Qədim tayfaların etnik mənsubiyyətini sübut edən əsas amillərdən biri də dil sayılır. Dil qədim
tayfaların etnik mənşəyini sübut edən əsas amillərdən biridir. Xalqımızın və müasir Azərbaycan dilinin
formalaşmasında ölkəmizin ən qədim sakinləri olan çoxsaylı türk tayfalarının yüksək rolu olmuşdur. Azərbaycan
ərazisində məskunlaşmış tayfalar içərisində türk tayfaları üstünlük təşkil edirdi. Azərbaycan ərazisinin ən qədim
sakinləri: lullubilər, kutilər, turukkilər, hürrilər və başqaları tarixi hadisələrdə yaxından iştirak edirdilər. Qədim və
Orta Əsr mənbələrində Azərbaycanda yaşayan çoxsaylı türk tayfalarının da adları çəkilir. Onların içərisində
kimmerlər, iskitlər, saklar, hunlar, sabirlər, xəzərlər, oğuz və qıpçaq soyundan olan türk tayfaları və qeyri-türk
etnosları mühüm rol oynamışlar. Ayrı-ayrı tarixi dövrlərdə Əhəmənilər, Sasanilər və Xilafət tərəfindən ölkəmizə
köçürülmüş qeyri-türk əhali də xalqımızın tərkibinə daxil olmuşdur. Bugünkü Azərbaycan türkləri onların
varisləridir.
Sasani və Ərəb xilafəti dövründə Atropatena və Albaniya eyni imperiyaların tərkibinə daxil olmuşdu. Bu da
tayfaların ərazi və dil etibarilə birləşməsini zəruri edirdi.
Səlcuq canişinlərinin
Azərbaycanda
kəsdirdikləri mis pullar