Azərbaycanın orta əsr şəhərlərinin ümumi cəhətləri
Azərbaycanın orta əsr şəhərlərinin hamısı zahiri görünüşcə bir-birinə bənzəyirdi. Azərbaycanın orta əsr
şəhərlərinin ümumi cəhətləri aşağıdakılar idi:
•
Karvan yolları üstündə və müdafiə üçün əlverişli olan təbii- coğrafi mövqedə salınırdı.
•
Bir qayda olaraq,
möhkəm qala divarları ilə əhatə olunurdu.
•
Əhalisi
sənətkarlıq, ticarət, əkinçilik və
bağçılıqla məşğul olurdu.
•
Quruluşuna görə iki hissədən (
içəri şəhər, bayır şəhər) ibarət idi.
•
Evlər və təsərrüfat binaları içəri şəhərdə, əkin-biçin yerləri isə qala divarının bayır hissəsində yerləşirdi.
•
Şəhərlərin ən gur yeri, bir qayda olaraq, Cümə məscidi yaxınlığında yerləşən
bazar meydanı idi.
Azərbaycanın orta əsr şəhərləri (IX-XI əsrlərdə)
Bu dövrdə Bərdə, Şabran, Təbriz, Ərdəbil, Dərbənd, Tiflis böyük şəhərlər sayılırdı. Ərəb səyyahları o
zamankı Azərbayanın şəhərləri içərisində Bərdənin rolunu xüsusi qeyd edirlər. İbn Havqəl Bərdəni Azərbaycanın
«başlıca şəhəri» adlandıraraq
Bağdadla eyniləşdirmiş, şəhərin bazarından bəhs etmişdir. Ümumiyyətlə, IX-XI
əsrlərdə Bərdə şəhərinə aiddir:
•
Bütün Cənubi Qafqazın siyasi, sənətkarlıq və ticarət mərkəzi idi.
•
Arranın ən böyük şəhəri, Azərbaycanın daxil olduğu iqlimin Bağdadı adlandırılırdı.
•
Bir müddət Salarilər dövlətinin tabeliyində olmuşdur.
•
944-cü ildə slavyanların basqınlarından sonra iqtisadi və siyasi mərkəz kimi tənəzzülə uğramışdı.
Arranın böyük şəhərlərindən biri də
Dərbənd şəhəri idi. Dərbənd şəhərinə
aiddir:
•
Baş Qafqaz sıra dağları ilə Xəzər dənizi arasındakı dar keçiddə yerləşirdi.
•
Azərbaycanın
ən böyük liman-şəhəri və sənətkarlıq mərkəzi idi.
Ərəb müəlliflərinin məlumatına görə, çox səliqəli olan bu şəhərdə, hətta kanalizasiya sistemi də yaradılmışdı.
Bakı şəhərinə aiddir:
•
Dərbənddən sonra ikinci liman şəhəri idi.
•
Neft
«bulaqları» onu qonşu ölkələrdə məşhurlaşdırmışdı.
Şamaxı şəhərinə aiddir:
•
Paytaxt şəhəri idi (Şirvanşahlar dövlətinin ikinci paytaxtı idi).
•
Şirvanın iqtisadi və siyasi mərkəzi rolunu oynuyurdu
•
İpəyi bütün Azərbaycanda və bir sıra başqa ölkələrdə öz şöhrətini saxlayırdı.
Bəhs edilən dövrdə sürətlə tərəqqi edən
Marağa, Ərdəbil və
Təbriz şəhərləri paytaxta çevrilmişdilər.
Ərəb səyyahları Azərbaycan şəhərləri haqqında...
Bakuyə. Şirvan vilayətinin Dərbənd dairəsində şəhərdir. Burada «neft quyusu var. Onun icarə haqqı
bir min
dirhəmə çatır, o quyunun yanında isə arası kəsilmədən, gecə-gündüz civə kimi qatı ağ neft püskürən başqa bir quyu
da var.». İnandığım tacirlərdən biri mənə danışırdı ki, orada özözünə həmişə yanan bir yer görmüşdür.
Yaqut al-Hamavi
Bab əl-Əbvab (Dərbənd) Təbəristan dənizi sahilindədir, ona Xəzər dənizi deyirlər. Bu şəhər Ərdəbildən iki kvadrat
mil böyükdür. Şəhərin çoxlu əkin yerləri var, ancaq meyvə ağacları azdır, meyvəni buraya başqa yerlərdən gətirirlər.
Şəhərin dağlardan üzüaşağı enən qala divarları var. Bu dağlarda elə bir yol yoxdur ki, onlar ilə müsəlman ölkələrinə
girə biləsən.
Yaqut al-Hamavi
Təbriz. Azərbaycanda ən çox tanınmış şəhər. Bu, çox adam yaşayan, kərpic və əhəngdən yaxşı hörülmüş divarları
olan gözəl şəhərdir. Şəhərdən çoxlu kiçik çaylar axır. O, bağlar içindədir, şəhərdə meyvə ucuzdur.
Yaqut al-Hamavi
QEYD: Ərəb səyyahları Azərbaycandan bəhs edərkən bir qayda olaraq, ölkənin Arazdan şimaldakı torpaqlarını,
yəni Arran adı ilə təqdim edirlər. Ərəblər Arranın ən böyük şəhərlərinin sırasında Bərdə və Dərbənddən sonra
Tiflisdən də bəhs edir, buranın
“Azərbaycan hökmdarlarının idarə etdiyi dağlıq ölkə” olduğunu bildirirdilər.
Ərəb səyyahlarının fikrinə görə bu dövrdə Tiflis «suyu odsuz qızdırılan» müalicə hamamları ilə məşhur idi. Qala
divarları ilə əhatə olunan Tiflis, həm də ticarət mərkəzi kimi tanınırdı.
IX-XI əsrlərdə Arranın ən böyük şəhərləri
Kəndli qrupları
IX-XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etməkdə idi. Bu dövrdə cəmiyyətin əsas
istehsalçısı qüvvəsi kəndlilər idi. IX-XI əsrlərdə Azərbaycan kəndliləri başlıca olaraq iki hissəyə bölünürdülər:
1.
Uluc kəndlilər. Feodallardan asılı vəziyyətdə olan kəndlilər uluclar adlanırdı
2.
Azad kəndlilər. Azad kəndlilər başlıca olaraq,
dağ rayonlarında yaşayırdılar.
İstər azad kəndlilər, istərsə də uluclar dövlətə vergi ödəməyə borclu idilər.
IX-XI əsrlərdə Azərbaycanda kəndli qrupları
Vergi və mükəlləfiyyətlər
IX-XI əsrlərdə Azərbaycanda üç əsas vergi növü mövcud idi:
1.
Zəkat (sədəqə) və xüms - müsəlman əhalisindən öz əmlakına görə alınan vergi idi
2.
Cizyə - müsəlman olmayan əhalidən alınan can vergisi idi.
3.
Üşr – torpaqdan istifadə müqabilində kəndlidən alınan onda bir vergisi idi.
Müstəqil dövlətlərin yaranması əhalinin vəziyyətini nisbətən yaxşılaşdırmışdı. Hakimiyyətdə olan sülalələrin
başçıları iri feodalları mərkəzi hakimiyyətə tabe etmək üçün tez-tez tədbirlər görməyə çalışırdılar. Məsələn, Saları
hökmdarı Mərzban ibn Məhəmməd “Qanunnamə” hazırlatmışdı. Mərzban ibn Məhəmmədin “Qanunnamə”
hazırlatmaqda məqsədi bunlar idi:
•
Mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıran feodal hakimlərin əl-qolunu yığmaq
•
Vergi sistemində qayda-qanun yaratmaq
Tədbir nəticəsində vergilərin toplanması və özbaşınalığın aradan qaldırılması ölkədə vəziyyəti bir müddət
yaxşılaşdırdı. Lakin vahid dövlətin olmaması, feodal hərc-mərcliyi, həmçinin bir-birini əvəz edən dövlətlərin
arasındakı mübarizə əhaliyə ciddi ziyan vururdu.
Torpaq mülkiyyəti formaları
IX—XI əsrlərdə torpaq üzərində mülkiyyətin bir neçə forması mövcud idi. Ərəb xilafətinin dağılmasından
sonra mövcud olan torpaq mülkiyyəti formalarında bəzi dəyişikliklər baş verdi. Ümumiyyətlə, IX-XI əsrlərdə
Azərbaycanda feodal torpaq mülkiyyətinin aşağıdakı növləri mövcud idi:
1. Mülk torpaqları
•
Ən geniş yayılan torpaq mülkiyyət forması idi
•
Ayrı- ayrı
feodallara məxsus olub, irsən (nəsildən-nəsilə) keçirdi
•
Mülk sahibi
malik (məlik) və ya
mülkədar adlanırdı
•
Mülk sahibləri həmin torpaqları istədiyi zaman sata və bağışlaya bilərdi
•
Mülk sahibi dövlətə
torpaq vergisi verirdi
2.
İqta torpaqları
•
Dövlətə xidmət müqabilində verilirdi.
•
Ərəblərdən qalma şərti torpaq mülkiyyəti idi.
3.
Camaat (icma) torpaqları
•
Əsasən, otlaqlar, örüşlər, meşələr, bataqlıqlardan, bəzən əkin yerlərindən ibarət
olurdu
Azadlar
Uluclar
Bərdə
Tiflis
Dərbənd