Rəvvadilərin Salarilər və Sirvanşahlarla oxşar cəhətləri
Şəddadilər dövləti (971-1054/55)
Şəddadilər dövlətinin yaranması
Şəddadilər dövləti Azərbaycanın şimalında, Kürlə
Araz çayları arasındakı ərazidə meydana gəlmişdir.
Şədaddilər əvvəllər Dəbil ətraflarında yaşayırdılar.
951-ci ildə Məhəmməd ibn Şəddad (951-979)
Salarilər dövlətinin zəifləməsindən istifadə edərək onların
tabeçiliyində olan Dəbil şəhərini ələ keçirib müstəqil
Dəbil əmirliyini yaratdı.
971-ci ildə isə Şəddadilər Gəncə şəhərini ələ
keçirərək Azərbaycan Şədaddilər dövlətinin əsasını
qoydu. Gəncə dövlətin paytaxtı
oldu
Şəddadilər sülaləsinin nümayəndələri
Fəzl ibn Məhəmmədin hakimiyyəti (985-1030)
Fəzl ibn Məhəmmədin hakimiyyəti dövrünə aiddir:
•
Şəddadilər dövləti və mərkəzi hakimiyyət qüvvətləndi.
•
İtaət göstərməyən xırda feodallar mərkəzi hakimiyyətə tabe edildi.
•
Gəncə ətrafındakı bütün xırda feodal mülkləri ləğv edildi
•
Şədaddilərin ata-baba mülkləri olan Dəbil dövlətə birləşdirildi
•
Gürcü feodallarına və xəzərlərə qarşı uğurla mübarizə aparıldı
•
Şədaddilərlə Şirvanşahlar arasında yaxın əlaqələr və qohumluq münasibətləri yarandı
•
Rəvvadilərlər və Tiflis əmirliyi ilə ilə iqtisadi və mədəni əlaqələr quruldu.
•
Arazdan şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfaları məskən saldı
•
Araz çayı üzərində Xudafərin körpüsü (1027) salındı (Xudafərin körpüsünün inşası Azərbaycanın
şimal və cənub əraziləri arasında iqtisai və mədəni əlaqələrin genişlənməsində mühüm rol
oynamışdır).
Rəvvadilərin Salarilərlə oxşar cəhətləri
Rəvvadilərin Sirvanşahlarla oxşar cəhətləri
Paytaxtlarından biri
Ərdəbil şəhəri olmuşdu
Eyni əsrdə yaranmışdılar
Azərbaycanın ilk feodal dövlətlərindən idilər
Azərbaycanın cənubunda yaranmışdılar
Başqa dövlət dağılarkən yaranmışdılar
Yarım-müstəqil əmirlik yaratmışdılar
Ərəb mənşəli sülalə tərəfindən idarə olunurdu
Paytaxtını başqa şəhərə köçürmüşdülər
Səlcuqlardan asılı vəziyyətə düşmüşdülər
Məhəmməd ibn
Şəddad (951-956)
Əli Ləşkəri
(971-978)
Fəzl ibn Məhəmməd (985-
1030)
Əbulasrav Şavur
(1050-1067)
Şəddadilər dövlətini möhkəmləndirmək üçün Fəzl ibn Məhəmmədin həyata keçirdiyi tədbirlər
Şəddadilər dövlətinə oğuz axınlarının nəticələri
XI əsrin 30-cu illərində Şimali Azərbaycan torpaqlarında yeni oğuz tayfaları məskən saldı. Bu dövrdə
Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salması nəticəsində:
•
Şədaddilər dövlətinin hərbi qüdrəti daha da artdı.
•
1037-ci ildə Dəbili ələ keçirməyə çalışan Bizns-erməni qoşunlarına ağır zərbə vuruldu.
•
1038-ci ildə Bizans və gürcü feodallarının birləşmiş qüvvəllərinin Tiflis müsəlman əmirliyini aradan
qaldırmaq cəhdi boşa çıxdı.
Əbüləsvar Şavurun hakimiyyəti (1049-1067)
Əbüləsvar Şavurun hakimiyyəti dövründə:
Şədaddilər dövləti daha da qüvvətləndi.
Gürcü və erməni feodallarına və onlara kömək edən
Bizans imperiyasına qarşı mübarizə aparıldı.
Şəddadilər dövləti Səlcuq sultanı IToğruldan asılılığı qəbul edərək Gürcü, erməni və Bizansa qarşı birgə
mübarizə apardılar.
Gürcü çarı IV Baqrat, Cəfərilər sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmaq məqsədi ilə alanlarla
ittifaq bağlanaraq
(1062-ci ildə) onları Azərbaycana hücuma təhrik etdi
Gəncənin müdafiəsini möhkəmləndirmək məqsədilə iki mühüm tədbir həyata keçirdi:
Şəhərin ətrafına hasar və xəndəklər çəkdirdi.
1063-cü ildə usta İbrahim Osmanoğluya Gəncənin məşhur qala qapıları hazırltdı.
Əbüləsvar Şavurun mübarizə apardığı qüvvələr
Şəddadilərin Səlcuq türkləri ilə münasibətləri
Kiçik Asiyanın şərqində Bizans və erməni feodallarının birləşmiş hərbi qüvvələrinə qarşı vuruşan Şəddadi
qoşunlarının əsas zərbə qüvvəsi yerli türklər, sonralar isə daha qüvvətli müttəfiqi Səlcuq türkləri oldu.
Azərbaycanın qərb torpaqlarını
(Ani və Dəbili)
ələ keçirməyə çalışan erməni və gürcü feodalları Bizans
imperiyasına arxalanırdılar. Erməni – gürcü hakimləri və Bizans imperiyasının birləşmiş qüvvələrinə qarşı
Şəddadilər müxtəlif oğuz tayfaları ilə, o cümlədən səlcuq türkləri ilə əlbir hərəkət edirdilər. Bu da Azərbaycan
torpaqlarının erməni – gürcü və Bizans təcavüzündən qorunmasında mühüm rol oynamışdır.
Bizans
imperiyası
gürcülər
ermənilər
Daxili siyasətdə
İtaət göstərməyən xırda feodallar mərkəzi hakimiyyətə tabe
edildi, mərkəzi hakimiyyəti gücləndirildi
Xarici siyasətdə
Şirvanşahlar, Rəvvadilərlər və Tiflis əmirliyi ilə dostluq münasibətləri
saxlandı, Gürcü feodallarına və xəzərlərə qarşı uğurlu mübarizə aparıldı
Hərbi-strateji
Araz çayı üzərində Xudafərin körpüsü inşa edildi
(1027-ci ildə)