Sacilər dövləti (879-941)
Sacilər sülaləsinin mənşəyi
Ərəb
əsarətinə
qarşı
mübarizə
dövründə
Azərbaycanda yaranmış güclü feodal dövlətlərdən biri də
Sacilər dövləti idi. Azərbaycan Sacilər dövlətini türk
mənşəli sülalə olan Sacilər yaratmışdılar. Xilafətin
zəiflədiyi zaman türkmənşəli, «Afşin» titullu Sacilər
sülaləsinin nüfuzu artdı. Sacilər sülaləsinin banisi
Xilafətin sərkərdəsi Əbu Sac Divdad idi. Sacilər
sülalənin nümayəndələri Afşin ləqəbini daşıyırdı.
Sacilər
Mərkəzi
Asiyanın Əşrusən (Usruşana)
vilayətinin qədim türk nəsillərindən idilər. Ərəb
ordusunun bir çox məhşur sərkərdələri, o cümlədən
xürrəmilər hərəkatını yatırmaqda mühüm xidməti olan
Afşin Heydər ibn Kavus bu nəsildən idi.
Əbu Sac Divdaddan başqa Sacilər sülaləsinin
digər görkəmli nümayəndələri Məhəmməd ibn Əbu Sac,
Yusif ibn Əbu Sac və
Deysəm olmuşdur.
Sacilər dövlətinin yaranması. Əbu Sac Divdadın hakimiyyəti (879-898)
879-cu ildə əsası qoyulmuş Sacilər dövlətinin banisi
Əbu Sac Divdad olmuşdur.
Əbu Sac Divdad:
Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən idi
Xilafətdə bir sıra mühüm vəzifələr tutmuşdur
Xilafətəə xidmət müqabilində Azərbaycan ərazisini mükafat olaraq almışdı.
Xidmətlərinə görə Xəlifə mülk olaraq
Azərbaycanı Sacilərə vermişdir. Ərəb xilafəti
zəifləyərkən Əbu Sac Divdad Azərbaycanın cənub rayonlarında Sacilər dövlətinin əsasını qoydu. Sonralar
Sacilər bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlətdə birləşdirdilər. Sacilər Xilafətin xəzinəsinə ildə 120
min dinar xərac göndərsə də sonradan bu dayandırıldı.Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra isə
Ərdəbil şəhəri olmuşdu.
Sacilər Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü hakimlərini dəfələrlə ağır
məğlubiyyətə uğradaraq, onları özündən asılı vəziyyətə salmışdı.
IX əsrin sonlarında hakimiyyətdə olmuş hökmdar Məhəmməd ibn Əbu Sacın adına pul kəsilirdi.
Şirvanşahlarla Sacilər dövləti arasında oxşar cəhətlər
Ərəb xilafətinin dağılması gedişində
yaranmışdılar
IX əsrdə yaranmışdılar
Dərbənd səddini təmir etdirmişdilər
Gürcülərlə mübarizə aparmışdılar
Şirvanşahlar
və Sacilər
dövləti
Əbu Sac Divdad (879-
898)
Məhəmməd ibn əbu
Sac (898-900)
Yusif ibn əbu Sac
(900-920)
Deysəm
(920-941)
Sacilər sülaləsi
Yusif ibn Əbu Sacın hakimiyyəti (900-927)
Məhəmmədin ibn Əbu Sacın ölümündən sonra hakimiyyətə onun qardaşı Yusif ibn
Əbu Sac gəldi.
Yusif ibn Əbu Sacın hakimiyyəti
dövründə:
Sacilər dövləti müstəqil siyasət yeritdi və daha da qüvvətləndi.
912-ci ildən etibarən Xilafət xəzinəsinə xərac göndərilməsi tamamilə dayandırıldı.
Sacilər dövlətinə itaət etmək istəməyən ermənilər və gürcülər dəfələrlə
məğlubiyyətə uğradıldı.
Dəbili tutduqdan sonra Tiflisi ələ keçirərək. gürcü hakimləri Sacilər dövlətindən
asılı
vəziyyətə düşdü
Şirvanşahlar dövlətini Sacilər özlərindən asılı vəziyyətə saldılar.
Ölkənin sərhədlərini möhkəmləndirmək üçün
Dərbənd səddi təmir etdirildi
Paytaxt Maragadan Ərdəbil şəhərinə köçürüldü.
Cənubda Həmədan və Zəncandan
şimalda Dərbəndə qədər,
qərbdə Ani və Dəbil,
şərqdə Xəzər
dənizinədək uzanan bütün Azərbaycan torpaqları Sacilər dövlətinin ərazisinə birləşdirildi.
X əsrin əvvəllərində bütün Azərbaycan torpaqlarını əhatə edən Sacilər dövləti feodallar arasında gedən ara
müharibələri nəticəsində zəiflədi.
QEYD: Ərəb mənşəli sərkərdələr olması, X əsrdə yaşamaları və paytaxtların dəyişdirilməsi və Yusif Əbu
Sac ilə Şirvanşah Əbu Tahir üçün oxşar cəhət təşkil edir.
Sacilər dövlətinin süqutu
Xilafətin tənəzzülü nəticəsində Yaxın və Orta Şərqdə yaranmış siyasi hərc-mərclik şəraitində Sacilər dövləti
də uzun zaman davam gətirə bilmədi və sonuncu Saci hökmdarı Deysəmin Salarilər tərəfindən 941-ci ildə taxtdan
salınmasından sonra süquta uğradı.
Dirhəm. Saci hökmdarı Deysəmin hakimiyyəti dövrünə aid gümüş pul