Şəddadilərlə Rəvvadilər dövlətinin oxşar cəhətləri
Şədaddilər dövlətinin süqutu
Şəddadi hökmdarı Əbuləsrav Şavurun hakimiyyəti illərində Səlcuq sultanlarının Cənubi Qafqaza hücumu
baş verdi. Buradakı siyasi parçalanmadan və feodal ara müharibələrindən istifadə edən Səlcuqlar bir çox
vilayətləri özlərindən vassal asılılıqda olan mülklərə çevirdilər. 1054-cü ildə Səlcuq sultanı I Toğrul Rəvvadi
hökmdarı Vəhsudanı tabe etdikdən sonra, Şəddadi hökmdarı Əbuləsrav Şavur:
•
Sultan I Toğrulun yanına gələrək, onun hakimiyyətini qəbul etdi.
•
Bizansa qarşı döyüşlərdə I Toğrulla ittifaqa girərək onun müttəfiqinə çevrildi.
Zaman keçdikcə Səlcuqlar Şəddadilər dövlətinin müstəqilliyinə tədricən son qoydular.
Erkən feodal dövlətləri
Adı
Banisi
Paytaxtı
Ərazisi
Şirvanşahlar
Heysam ibn
Xalid
Şirvan, Şamaxı
Bakı
Azərbaycanın şimal-şərq torpaqları, Dərbənddən Kür çayına doğru
Xəzər dənizi sahillərindək ərazilər
Sacilər
Əbu Sac
Divdad
Marağa
Ərdəbil
Şərqdən Xəzər dənizi, qərbdən İrəvan yanındakı Ani və Dəbil,
cənubda Zəncan və Şimalda Dərbəndə qədər ərazilər
Salarilər
Mərzban ibn
Məhəmməd
Ərdəbil
Şimalda Dərbənd, cənubda Dəclə və Fərat çaylarının yuxarı axarı,
şərqdə Gilan və Xəzər sahilləri, qərbdə Şərqi Gürcüstan ərazilər
Rəvvadilər
Əbülhica
Rəvvadi
Ərdəbil
Təbriz
Bütün Cənubi Azərbaycanı torpaqları və Muğan hakimliyi
Şəddadilər
Əli Ləşkəri
Gəncə
Azərbaycanın şimalında, Kürlə Araz çayları arası arasındakı
ərazilər
Şəddadilər və
Rəvvadilər
X əsrdə yaranmışdılar
Salarilər dövlətinin parçalanması
nəticəsində yaranmışdılar
Səlcuqlardan asılı vəziyyətə
düşmüşdülər
Ərazisində oğuz türkləri köçərək
məskunlaşmışdılar
Slavyanların Azərbaycana hücumları
Slavyanların Azərbaycana ilk hücumları
IX əsrin sonu -X əsrin əvvəllərində
Azərbaycana yadelli basqınlarının sayı artdı. Belə bir
şəraitdə yadelli basqınlarına qarşı mübarizə
çətinləşirdi. IX-XI əsrlərdə yadellilərin Azərbaycana
diqqətini cəlb edən əsas amil Azərbaycanin zəngin
sərvəti və əlverişli hərbi strateji mövqeyi idi. Bu
dövrdə Azərbaycanın yadelli basqınlarına qarşı
mübarizəsini aşağıdakı amillər çətinləşdirirdi:
•
Ölkə ərazisində vahid dövlətin olmaması.
•
Siyasi hərc-mərciliyin mövcud olması.
•
Bizansın himayə etdiyi erməni-gürcü
feodallarının basqınları
•
Azərbaycan
hökmdarlarının dənizdə
qüvvətli donanma yaradılması qayğına qalmaması.
Ərəb xilafətinin dağılması slavyanların Xəzəryanı vilayətlərə hücum etmələrinə imkan yaratdı. Əvvəllər Don-
Volqa-Xəzər vasitəsilə Azərbaycanla və
Azərbaycan torpaqlarından keçərək xilafətlə ticarət əlaqələri yaratmış
slavyanlar çox keçmədən Xəzəryanı vilayətlərə soyğunçuluq yürüşləri etməyə başladılar. Xəzər sahillərinə və
Azərbaycana yürüşlər edən slavyanlar ərəb mənbələrində vahid adla - “ruslar” kimi qeyd edilir. Çünki o vaxt
Kiyev knyazlarının hərbi drujinalarının üzvləri “rus” adlanırdı.
Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına ilk hücumları IX əsrin ikinci yarsında başladı və X
əsrin əvvəllərində daha da genişlənərək aramsız xarakter almağa başladı. Bu dövrdə Azərbaycanda mövcud olan
Şirvanşahlar və Salarilər dövlətləri slavyanların hücumlarına məruz qaldılar.
Bəhs olunan dövrdə Azərbaycan hökmdarlarının heç biri ölkəni Xəzər dənizi tərəfdən qorumaq barədə
düşünmürdü. Hərbi donanmanın olmaması Azərbaycan torpaqlarının yadelli hücumlarından qorunmasına mane
olurdu. Azərbaycanda qüdrətli dəniz dövlətinin olmaması qarətçi yürüşlərə imkanlar açırdı.
Yadellilərin Azərbaycana diqqətini cəlb edən əsas amillər
Slavyanların 914-cü il yürüşü
914-cü ildə slavyanların Xəzər sahillərinə əvvəlki yürüşlərdən daha dəhşətli hərbi yürüşü baş verdi. Böyük
və nizamlı hərbi dəstələrlə ərazilərimizə soxulan slavyanların hücumu əvvəlkindən fərqlənirdi. Belə ki, onlar bu dəfə
daha böyük donanma ilə yürüş etmişdilər. . Onlar hər birində 100 döyüşçü olan 500 gəmi ilə gəlmişdilər.
Slavyanlar Xəzər sahillərindən ələ keçiriləcək qənimətin yarısını Xəzər xaqanlığının ərazisindən keçib
gəldikləri üçün Xəzər xaqanına vəd etdilər. Vədə görə arxayın olan slavyanlar hücuma keçdilər. Slavyanların
914-cü il yürüşü
nəticəsində slavyanlar
:
IX
əsr
Azərbaycan torpaqları ilk dəfə vahid dövlət
halında birləşdirildi
Azərbaycana slavyanların ilk hücumları
başlandı
Sacilər dövlətində Məhəmməd ibn Əbu Sacın
adına pul kəsildi
Heysam ibn Xalid Şirvanşah titulunu qəbul
etdi
Ölkənin zəngin sərvətləri
Əlverişli hərbi strateji mövqeyi