Salarilər dövləti (941-981)
Salarilər dövlətinin yaranması və ərazisi
941-ci ildə meydana gələn Salarilər dövlətinin banisi
keçmiş Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd
(941-957) idi.
Mərzban ibn Məhəmməd Azərbaycanın feodal
qrupları arasındakı çəkişmədən istifadə edərək 941-ci ildə
sonuncu Saci hökmdarı Deysəmə qalib gəlib Ərdəbil şəhərini
ələ keçirərək Sacilər dövlətinin varlığına son qoydu və Salarilər
dövlətini yaratdı.. Bu hadisədən sonra Sacilər dövləti yarandı.
Mərzban ibn Məhəmməd Salarilər sülaləsindən idi. Buna görə
dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır.
Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin
ərazisinə şimalda Dərbənd keçidi, cənubda Dəclə və Fərat
çaylarının yuxarı axarı, şərqdə Gilan daxil olmaqla Xəzər
sahilləri, qərbdə Şərqi Gürcüstan əraziləri daxil idi.
Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində
yenidən ticarət gəmiləri üzməyə başladı. Azərbaycan Yaxın və
Orta Şərqdə həm iqtisadi, həm də siyasi cəhətdən daha qüdrətli
bir ölkə kimi tanındı.
Mərzban ibn Məhəmmədin hakimiyyəti
Mərzban ibn Məhəmmədin hakimiyyəti (941-957)dövründə:
Şirvanşahlar dövləti asılı hala salındı və
Dərbənd ələ keçirildi.
Azərbaycanın şimal- qərb torpaqları Salarilər dövlətindən asılı hala salındı.
Şərqi Gürcüstanı Salarilər dövlətinə tabe edildi.
Xəzər dənizində
Azərbaycanın ticarət gəmiləri üzməyə başladı.
Azərbaycanın Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı.
Yenidən bütün Azərbaycan torpaqları
vahid dövlətdə birləşdirildi.
Dövlətin sərhədləri
şimalda Dərbənd keçidi,
cənubda Dəclə və Fərat çaylarının yuxarı axarına qədər
əraziləri əhatə edirdi.
Salarilər dövlətinin tənəzzülü
Mərzban ibn Məhəmmədin ölümündən sonra (957) onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət
ugrunda mübarizə, feodal ara müharibələri başladı. Hakimiyyətə gələn Vəhsudan feodalları ələ alaraq öz tərəfinə
çəkir, bu yolla hakimiyyətini möhkəmləndirirdi. Vəhsudandan sonra hakimiyyətə İbrahim (962-981) gəldi. Salari
İbrahim hakimiyyəti dövründə:
Dövlətin əvvəlki nüfuzunu qoruya bilmədi və Salarilərin hakimiyyəti zəiflədi.
Yerli feodalları əldə saxlamaq üçün iqta torpaqları paylamaq siyasəti də səmərə vermədi.
Dövlətin ərazisində Şəddadilər dövləti yarandı və Gəncə və onun ətrafındakı torpaqlar itirildi.
Rəvvadilər nəslindən olanlar feodallar gücləndi və Salarilər dövlətinin süqutu sürətləndi.
981-ci ildə İbrahim ibn Mərzban taxtdan salındı və Salarilər dövləti Rəvvadilər tərəfindən süquta uğradıldı
.
Mərzban ibn Məhəmməd
(941-957)
Vəhsudan
(957-962)
İbrahim inb Mərzban
(962-981)
Salarilər sülaləsi
Rəvvadilər dövləti (981-1054)
Rəvvadilər sülaləsinin mənşəyi
Rəvvadilər Azərbaycanda ərəb əsarətinə qarşı mübarizə aparıb müstəqilliyə can atan iri feodal nəsli idi. Bu
feodal sülaləsinin soykökü qədim
ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın cənub
bölgələrinə çoxlu ərəb nəsilləri köçürülmüşdü. Onlardan biri də əzdilər nəslindən olan rəvvadilər idi. Onların bir
hissəsi Marağa, Təbriz, Qaradağ və Əhər bölgələrində köçürülmüş, yerli əhali ilə qaynayıb-qarışmışdılar.
VIII əsrin sonlarında rəvvadilər Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi əmirliyi yaratmışdılar.
Rəvvadilər dövlətinin yaranması. Əbülhica Rəvvadi
Salarilərin hakimiyyətinin zəiflədiyi bir dövrdə qüvvətlənən rəvvadilər nəsli yaranmış siyasi vəziyyətdən
istifadə edərək Rəvvadi Əbülhicanın başçılığı ilə 981-ci ildə sonuncu Salari hökmdarı İbrahim ibn Mərzbanı
taxtdan salaraq ilk paytaxtı Ərdəbil şəhəri olan Rəvvadilər dövlətinin əsasını qoydu və yeni dövlətin banisi oldu.
Əbülhica Rəvvadi (981-988)
Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər
Azərbaycanın cənub torpaqlarını qəti olaraq öz
hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa, Rəvvadilər Muğan hakimliyini də özlərindən asılı vəziyyətə
salmışdılar. Rəvvadilər dövlətinin ərazisinə Cənubi Azərbaycanı torpaqları və Muğan hakimliyi daxil idi.
Rəvvadilər dövlətinin paytaxtının Təbrizə köçürülməsi
Rəvvadilər dövlətinin paytaxtı əvvəl Ərdəbil olsa da sonradan Təbriz şəhərinə köçürüldü. Bununlada
Təbriz ilk dəfə olaraq paytaxt şəhərə çevrildi. Təbriz Rəvvadilərin hakimiyyəti illərində daha da böyüdü və
abadlaşdı. Təbriz şəhəri ticarət yollarının qovşağında yerləşdiyi üçün sürətlə inkişaf
edirdi.
Oğuz tayfalarının Azərbaycana yeni axınları
Rəvvadilər ərəb mənşəli olsalar da, artıq türkləşmişdilər. Rəvvadilərin hakimiyyəti dövründə Azərbaycanda
yerli türk tayfalarının mövqeyi gücləndi. Hətta 1028-ci ildə Xorasandan köç etmiş yeni oğuz-türk nəsillərini
Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) Azərbaycanda məskunlaşmağa icazə vermişdi. Oğuz tayfalarının yeni
axını XI əsrin 20-ci illərində oğuz tayfalarının Azərbaycana yeni axınları nəticəsində Azərbaycanda yerli türk
tayfaları daha da möhkəmləndi. Sonralar da oğuz tayfalarının Azərbaycana yeni-yeni axınları baş verdi.
Rəvvadilər dövlətinin süqutu
Zaman keçdikcə Rəvvadilərin, eyni zamanda Şirvanşahlar və digər hakim sülalələrin hakimiyyəti zəiflədi.
Buna görə də Azərbaycan dövlətləri Səlcuq türklərinin yürüşlərinə qarşı dura bilmədilər. 1054-cü ildə Vəhsudan
səlcuqların hakimiyyətini tanıdı. Sonralar səlcuqlar Rəvvadilər dövlətinin varlığına tədricən son qoydular. Yalnız
Marağada Rəvvadi nəslindən olan Ağsunqurilər sülaləsi (1108-1227) hakimiyyətini qoruyub saxlaya bildi.
Ağsunquri hakimləri səlcuqlar dövründə atabəy rütbəsi daşımış, öz mülklərini monqol işğallarınadək qoruyub
saxlaya bilmişdilər. Lakin 1227-ci ildə Xarəzmşah Cəlaləddin Marağada Ağsunqurilər sülaləsinin varlığına son
qoydu.
Sacilər və
Salarilər
dövləti
Hər iki dövlətin paytaxtı Ərdəbil şəhəri
olmuşdur
Ərazisləri şimalda Dərbənd keçidinədək
uzanırdı
Cənubi Azərbaycan torpaqlarında
yaranmışdılar
Şirvanşahlar dövlətini özlərindən asılı
vəziyyətə salmışdılar
Gürcüstanın bir hissəsini və erməniləri
özlərinə tabe etmişdilər
Bütün Azərbaycan torpaqlarını vahid
dövlətdə birləşdirmişdilər