türklər İslamın təbliğatçısına çevrildilər. Dastanın ozan qəhrəmanı Dədə Qorqud Məhəmməd peyğəmbərin müasiri
idi. Hətta dastanda qeyd olunur ki, oğuz igidlərindən Peyğəmbəri görənlər də olmuşdu. Dastan qəhrəmanlarından
biri olan Dəli Domrul müqəddəs kitaba — «Qurani- Kərim»ə əl basıb and içir ki, düşmənə qarşı döyüşəcəkdir.
«Kitabi-Dədə Qorqud» Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı
abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan «Kitabi-Dədə
Qorqud»un iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. Bu
dastanlar islamdan öncə Azərbaycanda baş vermiş hadisələrlə
səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd,
Bərdə, Gəncə, Əlincə, Göyçə gölü və s. yerlərdə cərəyan edir.
«Kitabi-Dədə Qorqud»u yazıya köçürən şəxs Dədə Qorqudu bu
dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. «Kitabi-
Dədə Qorqud» yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və
s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir. Soykökümüzü,
tariximizi, dövlətçiliyimizi və Azərbaycan türkcəsini öyrənmək
baxımından zəngin mənbə olan «Kitabi-Dədə Qorqud» yalnız
Azərbaycanın deyil, bütün türk dünyasının ölməz kitabıdır.
HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XI ƏSRİN ORTALARI – XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ
Azərbaycan Səlcuqların hakimiyyəti dövründə
Səlcuq dövlətinin yaranması
Səlcuqlar oğuz türklərinin qınıq boyundan idilər. Bu tayfa öz adını Səlcuq
bəyin adından götürmüşdü. Qəznəvilərin işğalları dövründə səlcuqlar
Xorasan
vilayətinə köçdülər. Səlcuqun nəvələri
Toğrul bəy və
Çağrı bəy qısa zamanda
səlcuqları birləşdirdilər. Səlcuqlar 1038-ci ildə Nişapur şəhərini paytaxt seçərək
Toğrul bəyin (1038-1063) başçılığı ilə dövlət yaratdılar. Toğrul bəy
1040-cı ildə
sultan elan olundu. Çox keçmədi ki səlcuqlar Mərv şəhərində toplanan qurultayda
Qərb və Şərq istiqamətlərində yeni torpaqlar tutmağı planlaşdırdılar.
İran, Cənubi
Qafqaz və Bizansa qarşı hücuma keçmək qərarı alındı.
Azərbaycan torpaqlarının Səlcuq dövlətinin tərkibinə qatılması
XI əsrin ortalarında Səlcuq qoşunları Azərbaycana doğru yürüşə
başladılar. Çox keçmədən səlcuq qoşunu Xəzərin cənubundakı torpaqları
tutdular və Arrana daxil oldular. Səlcuqların yürüşü zamanı Azərbaycanda
aşağıdakı dövlətlər mövcud idi:
•
Rəvvadilər dövləti – hakimiyətdə Vəhsudan (1020-1059) idi.
•
Şəddadilər dövləti - hakimiyətdə Əbüləsvar Şavur (1050-1067) idi.
•
Şirvanşahlar dövləti - hakimiyətdə I Fəribürz (1063-1096) idi.
1054-cü ildə Sultan Toğrulun hərbi qüvvələri
Təbrizi tutdu və Rəvvadi hökmdarı
Vəhsudan səlcuq
sultanına tabe olduğunu bildirdi. XI əsrin ortalarında Rəvvadilər səlcuqlar tərəfindən asılı vəziyyətə düşdükdən
sonra Şəddadilər dövləti də səlcuqlardan asılılığı qəbul etdi. Bundan sonra Sultan Toğrul Gəncəyə hücum etdi. Bu
zaman hakimiyyətdə olan Şəddadi hökmdarı Əbuləsvar Şavur da müqavimət göstərmədən səlcuqlara tabe oldu.
Rəvvadi hökmdarı Vəhsudan və Şəddadi hökmdarı Əbülüsvar Şavur səlcuqlarla razılığa gələrək Bizansa qarşı
ittifaq yaratdılar. Rəvvadi və Şəddadi hökmdarlarının səlcuqlarla birlikdə gəldiyi razılığa görə Bizans torpaqlarına
və onun təhriki ilə tez-tez Azərbaycan torpaqlarına hücum edən erməni-gürcü feodallarına qarşı birgə mübarizə
aparmaq üçün birgə mübarizə aparmaq qərara alındı.
Səlcuqların Azərbaycan torpaqlarını asanlıqla ələ keçirməsinin əsas səbəbi Ərəb xilafətinin tənəzzülündən
sonra ölkədə mövcud olan dövlətlərin siyasi dağınıqlıq dövrü keçirməsi idi.
XI əsrin 50-ci llərində səlcuqlardsn asılı vəziyyətə düşən Azərbaycan dövlətləri
Səlcuqların Şirvanşahlar dövlətini tabe etməsi
Səlcuq türkləri Şirvana da yürüş edərkən burada ciddi müqavimətlə qarşılaşdılar. Şirvanşahlar 12 il
müqavimət göstərdi. Lakin 1066-cı ildə səlcuqlar çox böyük çətinliklə Şirvanşahlar dövlətinin müqavimətini
qırdılar. Şirvanşahlar dövləti 1066-cı ildə Səlcuqlar tərəfindən işğal edildi. Səlcuqlar tərəfindən Şirvanşahlar
dövlətinin işğal edilməsi nəticəsində:
•
Şirvanşahlar dövlətində hakimiyyətdə olan
I Fəribürz səlcuqlara tabe oldu.
•
I Fəribürz şah titulundan məhrum edildi.
•
Şirvanşahlar səlcuqlardan asılı vəziyyətə düşdü.
•
Bütün Azərbaycan torpaqlarının Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılması prosesi başa çatdı.
QEYD: Səlcuqlara tabe olmaları, Rəvvadi hökmdarı Vəhsudan, Şəddadi hökmdarı Əbülüsvar Şavur və
Şirvanşah hökmdarı I Fəribürzun fəaliyyətində oxşarlıq təşkil edir.
Rəvvadilər
Şəddadilər
Səlcuq bəy
Sultan I Toğrul