Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

Bildiyimiz  kimi,  orta  əsrlər  dövründə  də  Azərbaycana  türk  axınları  davam  etmişdir.  Həmçinin  köçürmə 

siyasəti  nəticəsində  Azərbaycanda  farslar  və  ərəblər  məskunlaşdırıldı.  Yerli  əhali  ilə  qaynayıb-qarışdıqdan  sonra 

onlar öz dillərini itirirdilər. 

 

Türk etnoslarının Azərbaycana etnik axınları 

 

 

 



 

Azərbaycanda yaşayan  tayfaları birləşdirən ümumi xüsusiyyətlər 

Orta əsrlər dövründə  Azərbaycan ərazisində  yaşayan çoxsaylı tayfaları bir-birinə bağlayan bir çox ümumi cəhətlər 

var idi. Həmin  xüsusiyyətlər aşağıdakılardı: 

 



Birinci xüsusiyyət - tayfaların eyni ideologiyanın təsiri altında olması idi. Müxtəlif  dövrlərdə bu tayfalar 

bütpərəstliyin,  Zərdüştliyin, xristianlığın və nəhayət, İslamın ayinlərini icra etməli olmuşdular.  

 

İkinci xüsusiyyət – tabe olduqları imperiyanın milli əsarətinə qarşı birlikdə mübarizə aparmışdılar. 



 

Üçüncü xüsusiyyət - yadelli  istilaçıların hücumlarına qarşı  birlikdə  müqavimət  göstərirdilər. 



QEYD:  IV-VII    əsrlərdə  Cənubi    Qafqaz  və  bütünlükdə  Azərbaycan    əvvəlcə  Sasani  və  Bizans 

imperiyalarının,  sonralar  isə  Xəzər  xaqanlığı  və  Xilafətin    maraq  dairəsinə  düşmüşdü.  Bu  zaman  həmin  tayfalar 

işğalçılara  birlikdə  müqavimət  göstərmişdilər.Təkallahlı  dinlərə  sitayiş  edənləri  müsəlmanlaşdırmaq  İslamın 

prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi İslam dininin  təsir dairəsindən 

kənarda qaldı. 

 

Azərbaycan xalqının təşəkkülü prosesində İslam dininin rolu 

Ərəb  işğalının  VII-VIII  əsrlərdə  mənfi  tərəfləri  ilə  yanaşı,  müsbət  cəhətləri  də  vardı.    Belə  ki,  xalqımızın 

iqtisadi və mədəni inkişafında islam dininin mühüm rolu olmuşdur.  Ümumiyyətlə ərəblərin  işğalı və İslam dininin 

Azərbaycan ərazisində yayılması nəticəsində: 

 

Əvvəlki müxtəlif dini baxışlar sıxışdırılıb sıradan çıxarıldı, İslam dini ölkədə hakim din oldu. 



 

Ölkəyə  yadelli orduların hücumlarının qarşısı alındı, siyasi sabitlik yarandı. 

 

Təsərrüfatın canlanmasına və mədəniyyətin inkişafına zəmin yarandı. 



 

Ümumislam mədəniyyəti tərkibində Azərbaycan mədəniyyəti  inkişaf etdi. 

 

Türk tayfalarınınölkədəki birliyi möhkəmləndi, türk dilinin  təşəkkülü başa çatdı. 



 

İslamın dəyərlərindən Azərbaycan xalqı faydalandı, dini mübarizə sona yetdi. 

 

Azərbaycanın Xilafətə tabe olan ölkələrin xalqları ilə iqtisadi və mədəni əlaqələri genişləndi. 



 

Azərbaycan xalqının formalaşması üçün  zəruri şərtlərin hamısı yarandı. 

 

Ünsiyyət dili olan Azərbaycan türk dilinin təşəkkülü prosesi başa çatdı. 



 

Azərbaycan  ərazisində  yaşayan  türk  və  qeyri-türk  tayfaları  arasında  vahid  adət-ənənələr  yaranıb 



genişləndi onların qaynayıb-qarışma prosesini daha da sürətləndi. 

QEYD: Ərəblərin VII—VIII əsrlərdə Azəribaycanı işğal etməsi bütpərəstliyi, atəşpərəstliyi tamamilə aradan 

qaldırdı.  Xristianlıq  isə  Şimali  Azərbaycanın  ucqar  dağ  və  dağətəyi  rayonlarında  İslamla  yanaşı  əsas  din  kimi 

qalmaqda idi. 

 

 



 

E.ə VII əsrdə kimmer, iskit,  sak tayfalarının 

Azərbaycanda  məskunlaşması 



I-V əsrlərdə hun tayfalarının başçılığı ilə xəzər, sabir

oğuz və.b tayfaların Azərbaycanda  məskunlaşması 

X-XI əsrlərdə Səlcuq türklərinin başçılığı ilə türk 

tayfalarının Azərbaycanda  məskunlaşması 



Üçüncü 

etnik axın 

 

Birinci  



etnik axın 

 

İkinci  



etnik axın 

 



Azərbaycan xalqının təşəkkülü prosesinin başa çatması

 

Xalqımızın  təşəkkülü  prosesi  hələ  eramızdan  çox  əvvəl  başlanmış,  Əhəməni  işğalları  dövründə  də  davam 



etmişdi.  Atropatena  və  Albaniya  dövlətlərinin  yaranması ilə  bu proses  sürətlənmiş, sasani,  ərəb işğalları  və  İslam 

dininin yayılması dövründə isə başa çatmaqda idi. 



XI əsrin ortalarında Böyük Səlcuq imperiyasının yaranması Azərbaycanda tarixi hadisələrin gedişinə ciddi 

təsir etdi. Azərbaycan türkləri, o cümlədən burada yaşayan müxtəlif oğuz tayfaları səlcuqlarla eyni soykökdən idilər. 

Cənubi Qafqazın müsəlman əhalisi Bizans və erməni-gürcü təcavüzünə qarşı mübarizədə səlcuq türklərinə müttəfiq 

kimi  baxırdılar.  Səlcuq  türklərinin  ölkəmizə  axını  xalqımızın  formalaşması  prosesini  qəti  olaraq  başa  çatdırdı. 



Oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar. Xalqımızın dili ümumi ünsiyyət 

vasitəsinə çevrildi. 

 

Vahid Azərbaycan türk xalqının formalaşmasına müsbət təsir göstərən amillər 

 

 

 



Dünyada  Təqribi  sayı  60  milyon  göstərilən  dünya  azərbaycanlılarının  10 

milyondan çoxu hazırda tarixi torpaqlarından kənarda yaşayır və Azərbaycan 

diasporunu  təşkil  edir.  Dünyanın  5  qitəsində  yaşayan  Azərbaycanlılar 

Amerika  qitəsinin  Şimal,  Mərkəzi  və  Cənub  hissəsində  daha  çox 

məskunlaşıblar.  Onların  sayı  Amerika  Birləşmiş  Ştatlarında  bir  milyona, 

Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada 

isə  27  min  nəfərə  çatır.  Amerika  qitəsində  məskunlaşan  azərbaycanlıların 

əksəriyyəti  İran  ərazisindən  gələn  soydaşlarımızdır.  Aərbaycan  diasporunun 

yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. 

Son  zamanların  statistik  göstəricilərində  azərbaycanlıların  sayı  Türkiyədə  və 

Rusiyada  milyonlarla,  Ukraynada  və  Belarusda,  Almaniyada,  Böyük  Britayinyada  yüz  minlərlə,  Norveçdə,  Danimarkada, 

İsveçdə,  Macarıstanda,  Fransada,  İtilayada  on  minlərlə,  Polşada,  İspaniyada,  Avstriyada,  Albaniyada,  Finlandiyada, 

Portuqaliyada  on  mindən  çox  göstərilir.  Azərbaycan  diasporunun  üçüncü  böyük  hissəsi  Asiya  qitəsində  məskunlaşıb.  Onların 

sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən, 

Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır. 

Hər  il  dekabr  ayinin  31-də  bütün  Dünya  Azərbaycanlılarının  Milli  Həmrəylik  Günü  qeyd  olunur.  1993-cü  ildə  Azərbaycan 

Respublikası prezidentinin fərmanı ilə 31 dekabr dünya azərbaycanlıların həmrəylik günü elan edildi. Həmrəylik Günü bayramı 

dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla 

əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan 

türk xalqı

 

Səlcuq axınları nəticəsində türk tayfalarının yeni dəstələrinin 



Azərbaycanda məskən salması 

 

Ərəb xilafəti dövründə İslam dinini qəbul 



olunması 

 

Oğuz-səlcuq türkləri ilə Azərbaycan  türklərinin 



qaynayıb qarışması

 

 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə