Vii. Uluslararasi


VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə25/159
tarix06.05.2018
ölçüsü3,89 Mb.
#42938
1   ...   21   22   23   24   25   26   27   28   ...   159

 

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ 

48 


 

səhvə  yol verir.  Bizim fikrimizə  görə,  Heratın təsirinə məruz  qalan  bir xalça var 

ki, bu da Qubanın Pirəbədil kəndində toxunmuşdur. Xalçanın adı da elə Heratla 

əlaqədardır.  Yəni,  bu  xalça  Herat  Pirəbədil  adlanır  və  Azərbaycanın  bütün 

muzeylərində  bu  xalçanın  nümunələri  saxlanmaqdadır.  Bu  xalçanın  tünd  yerli 

arasahəsi  başdan-ayağa  əyilmiş  yarpaqlar,  palmettlər  və  xırda  gül-çiçəklərlə 

simmetrik  olaraq  doldurulmuşdur  ki,  bu  xalı-xalçalar  bu  gün  də  Cənub 

Azərbaycanda və  Azərbaycanın  Qarabağ  bölgəsində  “Balıq”  adı  ilə məşhurdur. 

Xalçanın  haşiyəsi  isə  bir  daha  sübuta  yetirir  ki,  iki  isliminin  birləşməsindən 

yaranan naxışlar və həmin “balıq” adlanan əslində isə “yarpaq” elementi olan üz-

üzə dayanmış yarpaqların qarış şəklindən təkrarı ilə qırmızı yerli arasahədə çox 

intensiv  və  aydın  görünür  ki,  bu  da  bir  daha  sübuta  yetirir  ki,  bu  xalça  məhz 

rəssamların  bir  vaxt  yaratdıqları  eskizlər  əsasında  toxunmuş  xalılardan  iqtibas 

edilərək  Şimali  Azərbaycanda  Quba  xalçalarına  da  yayılmışdır.  Qubada  bir 

xalçanın  da  Saray  xalça  olduğunu  sübuta  yetirən  elə  onun  adıdır.  Bu  xalçanın 

adı “Xan”dır. 

 

Xalça “Xan”. Quba. Azərbaycan. XIX əsrin sоnu. Yun, xоvlu toxunuşlu, əl işi. 



Ölçüsü: 115x178sm, Azərbaycan Xalça Muzeyi, inv. № 375 

 

Qubanın “Xan” adlı xalçası mürəkkəb kompozisiyalıdır. Onun adının xan 

olması  da  təsadüfi  deyildir.  Çox  güan  ki,  Qubada  xanlıq  dövrü  toxunan 

xalçalardan  biridir.  Vaxtılə  əyri  xətlərlə  işlənmiş  gül  motivləri  Təbriz  üslubuna 

uyğun olaraq tam mərkəzdən kəsilmişdir. Biz burada gülün daxili quruluşunu çox 

açıq  görürük.  Şaquli  istiqamətdə    bir-birinə  birləşmiş  bu  gül-çiçəklər  sıralar 

yaradaraq  ümumi  kompozisiyanı  sıx  doldurmuşdur.  Sanki  arasahə  başdan 

ayaga  sıx  torla  örtülmüşdür.  Bunların  şaquli  xətt  boyu  təkrarı  riyazi  dəqiqiliklə 

yerinə yetrilmişdir.                

 

Xalça “Xan”. Quba. Azərbaycan. XIX əsrin sоnu. Yun, xоvlu toxunuşlu, əl işi. 



Ölçü: 172x129 sm, Azərbaycan Tarix Muzeyi, inv. № 3508 

 

Həmin  güllər  arasında  yenə  də  yarpaqlı  xırda  budaqlar  verilmişdir. 

Xalçanın  yerliyi  sürməyi,  üzərindəki  naxışlar  isə  ağ,  sarı,  göy  və  açıq  qəhvəyi 

rənglərdədir. Koloriti sakit və yığcamdır. Ağ fon üzərində qəhvəyi və göy rəngdə 




 

VII. ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ/SANAT ETKİNLİKLERİ 

49 


 

güllərin  bir-birinin  arxasınca  düzülərək  ritmik  təkrarlı  haşiyə  ümumi  arasahəni 

əhatə  edir.  Bu  xalça  Azərbaycan  Tarix  muzeyində  saxlanılır.  Digər  bir  “Xan” 

xalçası tarix muzeyində yerləşir isə  

Şirvanın  bəzi  xovlu  xalçaları,  məsələn  “Şirvan”  xalçası  saray  üslubunu 

təqlidi  kimi  yaranmışdı.  L.  Kərimov  yazır  ki,  bu  xalçanın  naxışları  bitki 

ornamentlərindən  götürülüb,  sadəcə  həmin  ornamentlər  əyri  (səlis)  xəttlərlə 

yerinə yetirilib. (2, Kərimov L., c.III, s.9) Burada söhbət islimi üslubundan gedir, 

və  bu  üslub  xalq  xalçaçılarının  “ifasında”  artıq  həndəsiləşdirilmiiş  forma  əldə 

edir. Güclü həndəsiləşməyə baxmayaraq, bu xalçanın naxışlarında Herat təməli 

aşkar bilinir.    

 “Şamaxı”  və  “Şirvan”  xalçalarının  təhlili  Şamaxının  saray  xalçalarının 

istehsalı  mərkəzi  olmasını  israr  etməyə  əsas  verir.  Bu  xalçaların  dizaynı  

professional  rəssamlar  tərəfindən  çəkilir və  Herat və Təbrizin  saray  ənənəsi və 

Şirvanşahlar  dövlətinin  çiçəkləmə  dövrü  mədəniyyəti  ilə  genetik  əlaqə  nümayiş 

etdirirdi.  Şamaxıda  XX  əsrin  əvvəllərinə  qədər  qızıl  və  gümüş  rəngli  metal 

saplarla  toxunmuş  xurcunların,  heybə  və  qaşlıqların  istehsalının  qorunub 

saxlanılması  da  həmin  versiyanı  təsdiq  edir.  K.Əliyeva  qeyd  etdiyi  kimi,  bu  cür 

qaşlıqın  bir  nüsxəsi  L.Kərimovun  şəxsi  kolleksiyasında  saxlanılır.  Bu  qaşlıq 

maraqlı  kompozisiyası  və  dolğun  koloriti  ilə  seçilir,  yaxşı  seçilmiş  rənglər  qızıl 

saplarla gözəl ahəng yaradır (4, Əliyeva K.,  s.12). 

Bakının  paytaxt  şəhəri  statusu  burada  məhz  saray  xalçalarını  istehsal 

olunmasına  səbəb  olmuşdu.  Bakının    məşhur    “Xilə  buta”  və  “Xilə  əfşan”  

xalçaları    saray  xalçaçılığının  parlaq  nümunəsidir  (2,  Kərimov  L.,  s.85).  Birinici 

xalça  (Xilə  buta)  ləçək-türünc  kompozisiyası  ilə  toxunub.  Onun  arasahəsində  

cərgələrlə  butalar  yerləşir,  mərkəzində  səkkizguşəli  göl  var.  Arasahənin  

künclərində  üçbucaq  formalı  ləçəklər  yerləşdirilib.  L.Kərimov  qeyd  etdiyi  kimi, 

“Xilə buta” xalçalarının mürəkkəb variantlarının haşiyələrində kətəbə motivlərinə 

rast  gəlmək  mümkündür  (2,  Kərimov  L.,  s.84).  Bu  cəhət  bu  xalçaları  saray 

(professional)  ornametal  ənənəsi  ilə  birləşdirir.  Xalçanın  koloriti  də  saray 

ənənəsinə yaxındır. Burada arasahədə tünd göy rəng (bəzən də firuzəyi) kolorit 

üstünlük  təşkil  edir.  Qırmzı  çox  nadir  hallarda  işlənir,  bu  rəng  daha  çox  xalq   

sənəti ənənəsi üçün səciyyəvidir. 

 

 



Xalça. “Xilə- Əfşan”, Bakı. Azərbbaycan. XVIII-əsr.Yun, xovlu toxunuşlu, əl ışı. 

Ölçüsü: 149x349smAzərbaycan Xalça Muzeyi, inv. № 8247 

 

 

Xalça. “Xilə- Əfşan”, Bakı. Azərbbaycan. XX-əsrin əvvəli. Yun, xovlu toxunuşlu, 



əl ışı. 

Ölçüsü: 145x275sm, Azərbaycan Xalça Muzeyi, inv. № 490 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə