Vilayət bağçası dördüncü cİld


Tələbə təşkilatları: xüsusiyyətlər və təhdidlər33



Yüklə 384,43 Kb.
səhifə11/21
tarix26.09.2018
ölçüsü384,43 Kb.
#70558
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

Tələbə təşkilatları: xüsusiyyətlər və təhdidlər33

Bismillahir-Rəhmanir-Rəhim.


Əziz gənclər, çox xoş gəlmisiniz. Ümidvaram Allah-Taala sizin hamınızı öz cəmiyyətlərində mühüm və şərəfli vəzifələri öhdəsinə götürən uca və görkəmli insanlardan hesab etsin!
Universitetlərdə İslam təşkilatlarının mövqeyi

Universitetlərin İslam təşkilatları digər yerlərdə olan İslam təşkilatlarından daha üstün mövqeyə malikdir. Bu, universitetin və tələbənin əhəmiyyətinə görədir. Bir qrup gəncin, oğlan və qızın din məqsədi ilə bir təşkilatda birləşməsi, tələbələr arasında din və İslam maarifini təbliğ etməsi, universitetlərin İslama uyğunlaşmasına kömək göstərməsi böyük bir şərəfdir və daha artıq dəyəri var. Həm sizin elmi işinizin dəyəri var, həm də dini və təbliğat işiniz çox əhəmiyyətlidir.


Dini kimliyin yüksəlməsində dini təşkilatların rolu

Ölkənin bütün universitetlərində fəaliyyət göstərən dini təşkilatlara dair əsas məsələ budur ki, dini təşkilatlar tələbə gəncə dini və prinsipial şəxsiyyət verir. Hər bir insan gənclik dövründə öz şəxsi dəyərinin yüksəldilməsində nəzərəçarpacaq təsiri olan bir iş görmək istəyir.

Universitetlərin dini təşkilatlarındakı fəaliyyət bir gəncin şəxsiyyət dəyərini bir din təbliğatçısı, peyğəmbərlərin canişini və Allah övliyalarının davamçısı həddinə yüksəldə bilər. Bu, çox əhəmiyyətlidir. İnqilabın əvvəlindən bizim universitetlərdəki gənclərimizin ən yaxşıları, ən möminləri və ən yaradıcıları dini təşkilatlarda toplaşdılar və mühüm işlər gördülər. Dini təşkilatlar universitetlərdə yalnız dini fəaliyyətlər göstərmirdilər, onlar elmi inkişafa da kömək göstərə bildilər. Onlar həm siyasi, həm dini sahədə, həm də elmin inkişafında rol oynadılar. Mömin və dini kimliyə malik bir gənc bu qədər təsirli ola bilər.
İmamın ən yaxşı tədbiri

İnqilabın əvvəllərində dünyanın bəzi mətbu orqanları, beynəlxalq siyasi təşkilatlara bağlı olan bəzi orqanlar dedilər ki, imam universitetlərdə və digər yerlərdə dini təşkilatlar yaratmaqla öz fikrini yaymaq üçün çox mühüm tədbir görmüşdür. Doğrudan da elə idi. Lakin hiss olunur ki, universitetlərdə gənclərin bu təmiz və gəncliyə yaraşan fəaliyyətləri əleyhinə zəhərli təxribat aparılır. Bu iş bu günə aid deyil, keçmişdə də var idi. Onlar İslam təşkilatlarını özlərinin dini və inqilabi şəxsiyyətindən və qarşılarında olan aydın yoldan uzaqlaşdırmaq, daşındırmaq istəyirlər. Əsas məsələ budur ki, siz mömin, pak və aydın gənclər ehtiyatlı olmalısıız. Gərək peyğəmbərlərin yolu olan aydın din yolunu, din inamını və din təbliğatını həmişə gözləriniz önündə tuta və bu yolu düzgün təyin edəsiniz.


Gənclər və hidayət məşəli

Tələbə mühiti gənc, pak və təmiz mühitdir. Gəncin ruhu və qəlbi təmizdir, çoxlu insanların tutulduğu müxtəlif tamah və problemlərə düçar olmamışdır. Gənclər onlara imkan yaradılan yerdə hidayət məşəli ucalda bilərlər. Bu hidayət məşəli din, imamın fikirləri, xalqı beynəlxalq aləmdə böyük və yeni sözə malik bir xalq kimi tanıtdıran aydın yoldur.


İslamın sözü - aydın həqiqət

Mənim əzizlərim! Bu gün İran xalqının və İslam Respublikası quruluşunun dünyaya yeni sözü var. Bu gün böyük güclərin siyasi və iqtisadi təzyiqləri altında dünyanın beli əyilib, deyilən təkrar sözlər hegemonizmin zülmündən əziyyət çəkən xalqları tamamilə məyus edir. Yeni söz İslamın həyatın idarəsi üçün dediyi sözdür. İslamın sözündə həm iman, həm etimad, həm psixoloji dinclik, həm də həyatın idarəsi üçün aydın yol mövcuddur. Buna görə görürsünüz ki, müsəlman və hətta bəzi qeyri-müsəlman xalqlar bu gün imamın, inqilabın və İslam quruluşunun adı ilə qürur duyur, onlara eşq bəsləyirlər. Bu, aydın məsələdir.

Siz əziz gənclərin məqsədi bütün tələbələri, ilk növbədə ətrafınızda olan istedadlı gəncləri İslam maarifi ilə tanış etmək, onları adi həyatda qarşılarına çıxan iztirablardan iman, dinclik və ilahi aramlıqla xilas etmək, beyin və qəlblərini düzgün inqilab xəttinə - İran xalqının günbəgün artan qüdrəti, inkişafı və rifahı üçün yeganə yola hidayət etmək olmalıdır.
Düşmənin hiyləsi

Ehtiyatlı olun ki, düşmən İslam təşkilatları arasında yuva qura bilməsin. Buna çox diqqət yetirin. Universitetdə İslam fəaliyyətini, gənclərimizin İslamla tanış olmalarını, inqilabın həqiqətlərini dərk etmələrini, İslam quruluşunun həqiqətlərini olduğu kimi anlamalarını və inqilabın parlaq simaları ilə tanış olmalarını istəməyənlərin hiylələrindən biri budur ki, din və inqilab mərkəzlərinə, o cümlədən tələbə təşkilatlarına, tələbələrin İslam və təbliğat cəmiyyətlərinin içinə girə bilsinlər. Mən bütün əziz gənclərdən istəyirəm ki, sayıq olsunlar, düşmənin məqsədlərinə qarşı ağıllı tədbir görsünlər. Ağıl və cəsarətlə onlarla rəftar edin, öz aydın və parlaq yolunuzu mömincəsinə davam etdirin.

Ümidvaram ki, Allah-Taala Öz hidayətini, köməyini və rəhmətini sizin hamınıza şamil etsin!

Allahın salamı və rəhməti olsun sizə!


Mənəvi nüfuz və siyasi iqtidar34

Bismillahir-Rəhmanir-Rəhim.


Dünyanın azad insanlarının sərvəri olan həzrət Əbu Abdullahın (ə) səadətli doğum günü, Mühafizəçi Günü, Kərbəla səhrasında canından keçərək fədakarlıq ələmdarı olan həzrət Əbəlfəzl Abbasın (ə), həmçinin abidlərin sərvəri olan İmam Səccadın (ə) doğum günü, eləcə də müsəlman xalqımızda azadlığın, cəsarətin və inqilabi qeyrətin yenidən tərənnümü olan 13 Aban günü – bütün bu səmərəli günlər siz əziz iştirakçıların hamısına və bütün İran xalqına mübarək olsun!

Bu il bu üç mövlud və Mühafizəçi Günü 13 abana (4 noyabra) - casus yuvasının fəthi və Hegemonizmlə Mübarizə Gününə təsadüf edir. Müxtəlif hadisələrin ildönümüdür. Hamısı təxminən bu bir neçə gündə bir yerə toplaşıb. Bizim bugünkü məclisimiz də hər biri bu böyük hadisələrin bir növ əlaməti və simvolu olan şəxlərdən ibarət bir məclisdir: bizim əziz mühafizəçilərimizin bir hissəsi burada iştirak edirlər. Həm İslam İnqilabının Mühafizəçiləri Korpusundakı mühafizəçilərin, həm bu gün polisdə çalışan komitə mühafizəçilərinin, həmçinin əziz tələbələrimizin, əziz şagirdlərimizin və əziz əlillərimizin bir hissəsi buradadırlar. Bura ətirli və mübarək bir məclisdir. İnşallah, Allahın lütfünü və həzrət İmam Mehdinin (ə) şəfqətli baxışını gətirsin.

Bir cümlə mühafizəçilər barədə deyəcəyəm, bir cümlə tələbə və şagirdlər, bir cümlə də əlillər barədə. Qoy bizim bu üç ictimai təbəqəmizin və cəmiyyətimizdə mövcud olan üç təşkilatının birliyi aydın olsun. Sonra da bəzi məsələlərə toxunacağam.
Tələbə və şagirdlər - xalqın ümidləri

Elm, bilik və məlumat sahəsində fəal gənclər olan tələbə və şagirdlər - gələcəkdə ölkəni idarə etməyə hazırlaşan bu şəxslər hər bir xalqın və hər bir cəmiyyətin ümidləridir. Yəni bu ölkə, xalq və dövlət öz gələcəyi üçün bu gənclərə ehtiyaclıdır. Hər bir ölkənin başucalığını və gələcəyini təmin edəcək əsas amillərdən biri bu gün təhsil alan gənclərdir. Onların təhsili, fəaliyyəti, fikir, əxlaq və din baxımından tərbiyəsi nə qədər yaxşı və güclü olsa, ölkənin gələcəyi daha yaxşı təmin olunar. Bundan əlavə, tələbə və şagirdlər hər bir zamanın mövcud ehtiyacına uyğun rol ifa edə bilərlər.


Mühafizəçilər - gözəl örnək

Mühafizəçilər bizim milli tariximizin ən həssas anlarında bu universitetlərdən, məktəblərdən və xalqın müxtəlif təbəqələri arasından çıxıb möhkəm sıralarda yer alan, mərdliklə, şüaətlə rol oynayan şəxslərdir; yəni bir dövrdə, misal üçün, inqilab dövründə, inqilabdan sonrakı çox həssas və təhlükəli dövrdə, məcburi müharibə dövründə tələbə və şagirdlərin arasından qurucu və güclü rol ifa edən insanlardır. Bunlar həmin adamlardır. Bu gün sizin gördüyünüz bu zabitlər inqilabın əvvəllərində bu gün bizim tələbələrimizin və bəzi şagirdlərimizin yaşında olan gənclər idilər; dəliqanlı, ayıq, cəsarətli, dini və inqilabi hisslərə sahib fədakar gənclər. O dövrdə başqa gənclər də vardı. Ölkənin gəncləri təkcə bunlar deyildilər. Onlarda ya bu qorxmazlıq yox idi, ya bunlarda olduğu kimi imanları güclü deyildi, yaxud ölkənin digər işləri ilə məşğul idilər. Onlar İslamın, inqilabın bu həqiqi əsgərlərinin və canını verməyə hazır olan şəxslərin qatıldığı təhlükəli işlərə girişmədilər. Deməli, bunlar da xalqın və ölkənin başucalığının, gələcəyinin təminində ən əsas amillərdən hesab olunurlar. Onlar ən həssas zamanlarda doğrudan da mərdlik göstərdilər. Gördükləri iş təkcə bir dəliqanlı və aşiqanə imanı göstərmək deyildi. Bəli, bu vardı, amma təkcə bu deyildi. Onlar eyni zamanda öz fikirlərini, beyinlərini, istedadlarını işlətməklə möhtəşəm işlər bacardılar. Bizim hərbi taktikalarımızın, çox geniş döyüş əməliyyatlarımızın çoxu, istər müharibədə, istər düşmənin məhvinə səbəb olan əks-kəşfiyyat sahəsində çoxlu işlərimiz bu gənclər tərəfindən görülürdü. Onların bu sahədə nə müəllimləri, nə təhsil kursları vardı, lakin ehtiyac duyaraq öz daxili istedadlarını işə saldılar, birdən-birə bulaq kimi çağladılar və böyük işlər gördülər. Bunları çoxlu təhlükələr təhdid etdi, amma səhnədən çıxara bilmədi. Bizim gənc mühafizəçilərimizin hər biri gənc nəsil üçün gözəl örnəkdir.


Əlillər

Bizim əlillərimiz də əsasən, həmin fədakar təbəqədən təşkil olunublar. Yəni həmin hisslərlə, həmin ruhiyyə ilə öz işindən, dərsindən, peşəsindən, ailəsindən ayrılıb təhlükəli cəbhəyə getmiş, şəhadət sərhədinə qədər irəliləmiş, lakin buna nail olmayıb həyata dönmüş, özünün fiziki sağlamlığını bu yolda fəda etmiş, sonra da səbir nümayiş etdirmiş şəxslərdir. Əlil səbir edib bunu Allahın hesabına yazır, gözəl, güclü, yaraşıqlı bir gənc kor halda, yaxud ayağını, əlini, ciyərini və sağlamlığını əldən vermiş, insanın fiziki sağlamlıq şəraitində faydalandığı bir çox xeyirlərdən məhrum halda digər insanlar arasında yol yeriyir, lakin şükür edir, Allah yolunda bir iş gördüyü üçün qürur hissi keçirir. Bunun qiyməti və dəyəri şəhidlikdən az deyil, bəzən hətta çoxdur da. Bu sözlər bu gün burada iştirak edən və buranı nurlandıran bu üç təbəqənin ümumi tərifidir.


Məqsədə inam

Əgər bir xalq siyasi və ictimai başucalığı, maddi rifah, elm, beynəlxalq güc, dünya və axirətə aid böyük mənəvi arzu və amallara nail olmaq istəyirsə, özündə bəzi amilləri təmin etməlidir. Birinci məsələ iman, məqsədlərə və yola inamdır. İmansızlıq, səhlənkarlıq və hərdəmxəyallıq aydın və parlaq gələcəklə uyğun gəlmir. Siz tarixə baxsanız, görərsiniz ki, bir xalq nəyəsə nail olmuşsa, malik olduğu birinci şey iman və etiqad olmuşdur. Əgər tarixi, 1000 il, 5000 il bundan qabaqkı yox, müasir tarixi, bu gün dünyada mövcud olan ölkələrin tarixini mütaliə etsəniz, görərsiniz ki, nələri varsa, hansı müsbət cəhətləri varsa, bu cəhətlər onlara bu xüsusiyyətlərə, ilk növbədə imana malik olduğu dövrdə verilmişdir. Öz düzgün fikri, düzgün seçimi ilə başucalığını, iftixarı və həyat səadətini Allahın yolunda tapan, Allahın dininə əməl edəcəyi təqdirdə həm dünyaya və həm axirətə, həm maddiyyata və həm mənəviyyata sahib olacağını bilən bir cəmiyyət üçün bu yolun ilk şərti odur ki, bu fikrə, bu əsasa və bu yola imanı olsun. Baxın, Allah-Taala Quranda buyurur ki, ey Peyğəmbər, Biz səni şahid, müjdəçi və qorxudan kimi göndərdik; ondan ötrü ki, sən və səninlə olan bütün şəxslər Allaha və Peyğəmbərə iman gətirəsiniz. Peyğəmbərin özü də bu müraciətə daxildir. Yəni iman olmasa, heç bir şey alınmaz. Bu məqamı beyninizə yerləşdirin və sonra görün ümumi imanda dəlik açmağa çalışan, həmişə bu işə çalışan şəxslər hansı məqsədi güdürlər. Bilirsiniz ki, bu iman xalqın səadət və ucalığının əsas şərtidir. Hər hansı bir amil, hər hansı bir təbliğatçı hər hansı yolla bu imanı zəiflətsə, ya onu şübhəyə və tərəddüdə salsa, yaxud laqeydliyə və səhlənkarlığa sövq etsə, deməli, çirkin məqsəd güdür, milli şərəf, başucalığı və səadətə qarşı çıxır.


Məsuliyyət hissi

Başqa bir məsələ məsuliyyət hissidir. Bu iman məsuliyyət hissi ilə birgə olmalı, insan öz üzərinə hansısa vəzifənin düşdüyünü duymalıdır. Məsuliyyət hissi olmasa, bu iman öz funksiyasını itirər. Bu iki amil də gərək qorxmazlıqla, rəşadətlə, öz daxili qüvvəsinə diqqətlə yanaşı olsun. Çünki hər bir toplumu, hər bir xalqı, hər bir ordunu məğlubiyyətə sürükləyən amillərdən biri öz gücündən xəbərsiz olmasıdır.


Mənəvi nüfuz və siyasi iqtidar

Bu gün İran xalqının mənəvi nüfuzu və siyasi iqtidarı bütün məntəqəyə - Orta Şərqə, Şərq ölkələrinə, Afrikaya və digər yerlərə yayılmışdır. Bu, İran xalqının gördüyü böyük işlərə görədir. Bu gün İslam Respublikası quruluşu ən qüdrətli dövlətlərdən biridir. Bu söz yüksək səviyyəli siyasi təhlillərdə deyilir. Hətta bizimlə düşmən olan ölkələr də bunu etiraf edir, yazır və deyirlər. Sizin nümunə və əlamətlərini bu gün Fələstində və qeyri-müsəlman ölkələrin çoxunda gördüyünüz bu iqtidarı, mənəvi və siyasi nüfuzu İran xalqının, xüsusən də gənc nəslin gözündə unutdurmağa, inkar etməyə, onlara İran xalqının təcrid olunmuş bir xalq olduğunu, kənarda qaldığını, heç kəsin ona diqqət yetirmədiyini təlqin etməyə çalışırlar. Bu, düşmənin işidir. Nə üçün? Ona görə ki, xalq öz həqiqi şəxsiyyətindən, malik olduğu böyük qüvvədən, imkanlarından xəbərsiz olsun. Bu, düşmənin planlarındandır. Buna əsasən, cəsarət, rəşadət, öz bacarığı haqda məlumat və imandan irəli gələn iqtidar da gələcəyi təmin etməyin şərtlərindəndir.


Söz birliyi

Söz birliyi də belədir. Hamı bir olmalıdır. Fikir ayrılığı hər bir təşkilatda var. Siz heç bir cəmiyyət tapa bilməzsiniz ki, onlar bütün məsələlərdə yekdil olsunlar. Lakin bu fikir ayrılıqları bir xalqda və bir təşkilatda olan birlik tellərini qırmamalıdır. Görün düşmənin təxribatları necədir. Elə qruplar var ki, ən əsaslı məsələlərdə fikirləri birdir; İslama, şəriətə, İslam Respublikası quruluşuna inamda və dindarlıqda, bəzən hətta müstəhəblərə əməl etməkdə, fikirlərində, əqidələrində, yollarında, hətta əməllərində birdirlər, lakin düşmənin təlqini ilə bir-birinə qarşı özgəlik və nifrət hissi keçirirlər, quruluşa aid mərkəzlərdə, xalq arasında, müxtəlif sahələrdə bir-birinə qarşı dayanırlar. Onların arasında hansı daha sərtdirsə, daha açıq düşmənlik edirsə, ixtilaf alovunu daha da alışdırırsa, bu xalqın və dövlətin düşmənlərinə daha çox xidmət göstərir; istər bilərəkdən etsin, istər yox. Birlik də vacib şərtlərdən biridir. Bu, quruluşun gələcəyini qurmaq və təmin etmək üçündür. Bu barədə deyiləsi söz çoxdur.


Əcnəbinin təsiri

Sizə bunu da deyim, hər bir xalqın əldə etdiyi uğur onun düşmənlərinin ölkədəki təsiri ilə tərs-mütənasibdir. Yəni nə zaman xalq və müxtəlif təbəqələr arasında və siyasi arenada əcnəbi bir qüvvənin, hətta açıq düşmənçilik etməyən bir xarici gücün təsiri çoxalsa, xalq şərəfli, fəxrli və uğurlu gələcəkdən daha çox uzaqlaşar. Demək istəmirəm ki, hər bir əcnəbi ilə vuruşmaq lazımdır. Xeyr, bəzən insan hansısa məsləhətlərə görə biri ilə dostluq edir, lakin ona evin, ailənin, ölkənin daxili işlərinə qarışmaq icazəsi verilməməlidir. İnqilabın əvvəlindən ABŞ-ın və digər güclərin - təkcə ABŞ deyildi, lakin ən pisi ABŞ idi - bu ölkədəki təsir imkanları məhv oldu.


Siyasi manevr

Bu gün ən çox istifadə etdikləri yol siyasi manevrdir. Bu işlər müxtəlif formalarda görülür. Bir siyasətçi öz məqsədini həyata keçirmək istədikdə bəzən üzünü turşudur, bəzən təbəssüm edir, bəzən qəzəbləndiyini göstərir, bəzən təhdid edir, bəzən irəliyə gəlir, bəzən arxa çevirir. Bunlar siyasi manevrlərdir. Bir gün deyirlər ki, biz İran xalqına çox pislik etmişik və buna görə təəssüflənirik, bir gün İran xalqı əleyhinə Senatda qanun qəbul edirlər, bir gün inqilab əleyhdarı olan xainləri və rəzil qruplaşmaları tərifləyirlər, bir gün Fələstini işğal etdiyinə görə sionizmlə açıq-aşkar müxalif olduğundan, dolayı yolla İrana qarşı təbliğat aparırlar, bir gün də İslam Respublikası quruluşunu devirmək üçün pul ayırırlar. Bütün bunlar siyasi manevrlərdir. Radiolarında, təbliğatlarında, daxili şəxsiyyətlərlə əlaqələrində hər bir yoldan istifadə edir, İran xalqının düşmən qarşısında çəkdiyi bu böyük səddin bir küncünü bir qədər yumşaltmağa çalışırlar. Hansısa hissənin yumşaq olduğunu gördükdə də orada mərkəzləşirlər ki, içəriyə girsinlər. Yumşaq və zəif nöqtə siyasi şəxsiyyət də ola bilər, siyasi partiya da, dövlət məmuru da.


Kafirlərə qarşı sərt, öz aralarında mehriban

Məhz buna görə Allah-Taala bütünlüklə qəhrəmanlıq və dərsdən ibarət olan Fəth surəsində Peyğəmbərin səhabələri haqda buyurur ki, bunlar kafirlər, yəni düşmənlər qarşısında sərtdirlər. “Kafirlər” sözündə məqsəd Peyğəmbərin sayəsində Mədinədə yaşayan yəhudi, yaxud məsihilər deyil. O zaman məsihi və yəhudilər Mədinənin daxilində yaşayırdılar. Peyğəmbər və səhabələri onlarla yaxşı münasibətdə idilər. Bu ayə onlardan ötrü deyil. Ayə İslam və müsəlman Mədinəsi əleyhinə həmişə hərbi fəaliyyətlərdə olan Qüreyş kafirlərinə, ya da Bəni-Qüreyzə, Xeybər və bu kimi yerlərin yəhudilərinə aiddir. Onlar da həmişə problem yaratmaqla məşğul idilər; o tərəf-bu tərəfə səfər edir, müxtəlif qrupları İslam əleyhinə toplayır, ordu yığır, təhrik edir, şayiə yayırdılar. Ayə müsəlman simasında, amma kafir ürəklə Mədinə daxilində yaşayanlara da aid ola bilər. Onlar da həmişə ya birinci, ya da ikinci qrup kafirlərlə əlaqədə idilər. “Kafirlərə qarşı sərt” dedikdə bu üç qrupa qarşı sərtlik nəzərdə tutulur.

“Onlar öz aralarında mehribandırlar”. Baxın, İslamın üsulu budur. Bu onun üçündür ki, düşmən heç bir yolla bu sərtliyə təsir buraxa bilməsin. “Sərtdirlər” nə deməkdir? Yəni çox möhkəmdirlər. Dəmir haqqında deyirlər ki, sərtdir, şiddətlidir, yəni möhkəmdir. Burada işlənmiş “şiddət” sözü zülm mənasında deyil. Zəruri olaraq qan tökmək mənasında deyil, möhkəmlik mənasındadır. Yəni bu sədd yumşalmamalı, bu divarda çat yaranmamalıdır.
Siyasi cinahlar

Mənim siyasi cinahlara və ölkədəki siyasi şəxsiyyətlərə həmişəki sözüm budur: Özünüzü düşmənə elə göstərməyin ki, sizin vasitənizlə inqilabın qəlbində dəlik açıb öz təsirini genişləndirə biləcəyini hiss etsin. Əgər mən hərdən bəzi şəxslərdən, yaxud mətbu orqanlarından gileylənmişəmsə, bunun üçün olmuşdur. Elə bir iş görməsinlər ki, düşmən quruluşun içinə yol tapıb öz təsirini genişləndirə biləcəyini hiss etsin. Dedik ki, onun təsiri nə qədər çox olsa, milli şərəf, milli iqtidar və ölkənin gələcəyini təmin etmək işi zəifləyəcək. Kimsə düşmənə hər hansı imkan yaradırsa, Amerikaya qarşı düşmənliyin elan olunması günü olan 13 abanı Amerika qarşısında zəlillik gününə çevirmək istəyirsə, milli birliyi möhkəmlətmək əvəzinə həmişə təfriqə haqda düşünürsə, düşmənin nüfuzuna şərait yaradır. Belə bir şəxs milli birliyin, milli maraqların tərəfdarı olduğunu iddia edə bilməz.


Düşmənə xidmət, ölkəyə xəyanət

İslam quruluşunda bir qrup insanın düşmənə sevgi bəsləməsi çox pis haldır. Bununla kifayətlənməyib onun sözlərini təkrarlayırlar. Bununla da kifayətlənməyib quruluşun müqəddəslərini sual altına salırlar. Bununla da kifayətlənməyib düşmənin istədiyi işi eynilə yerinə yetirirlər. Yəni birinci şərt olan xalqın imanını sarsıdır, gənclərin qəlbindəki qorxmazlığı və özünəinamı məhv edir, dəhnə götürüb bu quruluşa vurur, onda dəlik açmaq istəyirlər. Bu işləri görürlər, sonra da quruluş onlara qarşı tədbir görür və qanuna uyğun olaraq onları cinayətkar elan edir. İslam quruluşunda cinayətkar olmaq əbədi ləkədir; təbii ki, tövbə edib vurduğu ziyanı aradan qaldıran, yaratdığı qaranlığı aydınlaşdıran, keçmiş səhvini düzəldən şəxsdən başqa. O zaman Allah-Taala ondan keçər və onun cinayəti yaxşılığa çevrilər. Amma nə qədər ki, bu işləri görməyib, bir cinayətkardır. Cinayətkar sayılandan sonra kimlərsə qanunun ziddinə olaraq bu cinayətkarı müdafiə etməyə başlayırlar. Bu, ən pis işlərdəndir. Bir ölkədə ən pis hallardan biri ölkənin müxtəlif orqanlarının bir-birini ittiham etməsidir. Bu, mənasızdır, ölkəni idarə edən qurumların birliyini sarsıdır. Bir təşkilat o zaman ideal işləyə bilər ki, qurumlar bir-birini tamamlasın, bir-birinə kömək göstərsin; nəinki birinin fikri-zikri o birini gözdən salmaq, o birinin fikri-zikri də başqa birisini məhv və bədnam etmək olsun. Belə olmaz! Cinayətkar cinayətkardır. Düzdür, öz cinayəti qədərincə cinayətkardır, artıq yox. Bütün cinayətlər eyni deyil. Bir cinayət, pis bir iş bütün yaxşı işləri məhv edə bilməz. Xeyr! Belə deyil. Lakin cinayət cinayət sayılmalıdır. Qanuna, qaydaya və düzgün üsullara əsasən, cinayət sayılan bir işdə üç-dörd nəfər diqqətsiz adamın cinayətkarı həvəsləndirməsi, tərifi, “əhsən” və “afərin” deməsi düzgün deyil. Ölkənin gələcəyinə zərbə vuran amil bu diqqətsizliklərdir. Bu işi görür və sonra da deyir ki, mən milli iqtidarın tərəfdarıyam, xalqın səadətini, gələcəyini düşünürəm. Bunlar bir-biri ilə uyğun gəlmir.


Gənclərin vəzifəsi

Mənim siz gənclərə - korpus mühafizəçilərinə, tələbələrə, şagirdlərə və əlillərə demək istədiyim budur: Mənim əzizlərim! Quruluşun bu günü və sabahı sizin çiyninizdədir. Bir zaman bu ölkədə bir qrup gənc vardı. Onlar bəzi işlər gördülər, buraya çatdırdılar. Bundan sonrakılar sizin üzərinizə düşür, sizin vəzifənizdir. Mən siz gənclərə deyirəm: Mənim əzizlərim! İman ilk əsas şərtdir. Qorxmazlıq, özünəinam, məsuliyyət hissi, mömin qruplar arasında birlik əsas şərtlərdəndir. Başqa şərtlər də var. Mən indi bu bir neçə məsələ üzərində dayandım. Bilin ki, bu inqilab və bu quruluş sayəsində dövlətimiz dünyanın ən qüdrətli dövlətlərindən biridir. O, gələcəkdə də ən qüdrətli, ən başıuca və ən öncüllərdən olacaq. Məmurlar öz vəzifələrini yerinə yetirməli, xalqın ehtiyaclarını düşünməli, dərk və təmin etməlidirlər. Xalqın bu problemləri – məhrumiyyətlər, intizamsızlıqlar, ayrıseçkiliklər və işsizliklər yolun maneələridir. Bunları aradan qaldırmaq məqsəd deyil. Məqsədə çatmaq üçün bunları aradan qaldırmaq lazımdır. Məqsəd dünyada nümunəvi bir dövlət qurmaqdan ibarətdir. Elə zirvədə olasınız ki, bütün dünyaya, bütün üsullara, bütün mədəniyyət və sivilizasiyalara nəzarət edəsiniz. Bunun mərhələləri var. Mən başqa bir söhbətdə bizim indi hansı mərhələdə olduğumuzu deyəcəyəm. Biz bir yola başladıq, çox da irəliləmişik. Düşmən inkar etsə də, bu xalq çox inkişaf etmiş və yaxşı uğurlar qazanmışdır. Lakin yolun davam etdirilməsi bu maneələrin aradan qaldırmasına ehtiyaclıdır. Yoxsulluq, işsizlik, bəzən ətrafda müşahidə olunan fəsadlar, bəzi təfriqə və müxalifətlər böyük milli hərəkətə maneədir. Bu xalqın inkişafı üçün bunlar yoldan götürülməlidir. Necə ki, bu xalq böyük maneələri, böyük dağları öz yolundan götürdü. İnşallah, əl-ayağa dolaşan bu tikanları da öz yolundan götürəcək. Bilin ki, xalqımız, əziz İslam İranı və müqəddəs İslam Respublikası quruluşu siz gənclərin görəcəyiniz gələcəkdə dünya ölkələrinin zirvəsində və insanların yolu üçün təyinedici bir məqamda yer tutacaqdır.

İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bu gələcəyə nail olmaq üçün Öz köməyini, nəzərini bu xalqa və bu əziz gənclərə lütf elə!

İlahi! Bizim mövlamızın, qeybdə olan imamımızın pak nəzərlərini və dualarını bizə şamil et!

İlahi! Əziz şəhidlərimizin pak ruhlarını və mərhum imamımızın müqəddəs ruhunu bizdən razı et!

İlahi! Öz canını, bədənini, sağlamlığını və imkanlarını inqilab yolunda sərf edən insanları uca tutmaq səadətini bizə nəsib et!

Allahın salamı və rəhməti olsun sizə!


Yüklə 384,43 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə