32
maraq göstərən həvəskar aşıqlara bu peşənin heç də asan
olmadığını, el atası olmuş bu sənətkarların yüksək əxlaq,
intellekt, bi
lik sahibi olduqlarını, zəngin mənəvi aləmləri
ilə başqalarından çox fərqləndiklərini bildirmişlər.
Azərbaycan aşıq sənətinin inkişafında öz zəngin
yaradıcılıqları ilə əvəzsiz sənət yaratmış Aşıq Abbas
Tufarqanlı, Aşıq Ələsgər Göyçəli, Növrəs İman, Aşıq
Hüseyn Bo
zalqanlı və b. öz əsərlərində yüksək ruhi-
mənəvi keyfiyyətlərdən bəhs etmiş, insanların mənəvi
zənginliyinə çalışmışlar. Görkəmli tədqiqatçı aşıq
sənətindən bəhs edərkən qeyd edir ki, öz dərin biliyi,
ağlı, kamalı, doğru məsləhətləri ilə xalqa kömək edən,
onun dərdlərini yüngülləşdirməyə çalışan bu sənətkarlar
öz şəxsi rəftar və davranışları ilə də xalqa nümunə
olmalıdırlar. Heç təsadüfi deyildir ki, aşıq sənətinin
insanların mənəvi yüksəlişinə, daxili paklığına xidmət
etdiyini
Aşıq Ələsgər də yüksək dəyərləndirmişdir:
Aşıq olub tərki-vətən olanın,
Əzəl başdan pürkəmalı gərəkdir.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura,
pak dura,
Dalısınca xoş sədalı gərəkdir (49, 5).
Aşıq sənətinin çox qədim tarixə malik olduğunu
bütün türk xalqlarının möhtəşəm abidəsi olan “Kitabi-
Dədə Qorqud” dastanında da görmək mümkündür. Aka-
de
mik H. Araslı bu barədə yazır: “Çox qədim və zəngin
olan aşıq yaradıcılığımızın dünyaca məşhur qiymətli
abidələri vardır. “Dədə Qorqud”, “Koroğlu” kimi qəhrə-
manlıq, “Şah İsmayıl”, “Aşıq Qərib” və “Əsli-Kərəm”
kimi məhəbbət dastanları yaradan çox qədim bir aşıq