41
dövrdə Sarı Aşıq xalq arasında böyük marağa səbəb
olmuşdu.
H.Araslı məqaləsində digər bir
məqama da toxunur
və xüsusi olaraq vurğulayır ki, “2-ci və 3-cü məlumat
1923-
cü ildə “Kommunist” qəzetinin 225-ci nömrəsində
“Sarı Aşıq” və “Qərib Aşıq” adlı məqalələrdədir.
“Hüseyn” imzası ilə dərc olunmuş məqalə, əsasən Həsən
Əli xan Qaradağskinin təzkirəsindən götürülmüşdür:
“Mən bu təzkirəni Ə. A. Müznib yoldaşda olan müəllifin
əlyazısından oxumuşam. Burada Aşığın adı Qurban Əli
olub, Sarı Aşıq və “Haqq aşığı” adı ilə şöhrət tapmış
olduğu və bayatı yazdığı, Qaradağdan gəlib, Qarabağın
Zəngəzur mahalında vaqe Güləbürd adlı qəryədə
yaşadığı göstərilir” (32). Bütün bunlar Sarı Aşıq haq-
qında deyilənlərə əlavələr idi. Bu fikirlər özlüyündə
digər araşdırmalara, mövcud mülahizələrin gərəkliyinə
ehtiyac doğururdu. H.Araslı Qaracadağinin bu məlumat-
larına da fikrini bildirir və xüsusi olaraq vurğulayır ki, bu
deyilənlər bir istiqamətdə xalq arasında olan rəvayətlərə
əsaslanırsa, digər istiqamətdə burada bayatılardan gələn
faktlara da istinad vardır. Onu da əlavə edək ki, S.
Mümtazın dedikləri ilə Ə. Qaradağlının təzkirəsində
olanlar arasında bir yaxınlıq var. Heç şübhəsiz təzkirədə
olanlar S. Mümtaza bələd olmuşdu və oradan çıxış
edərək bir sıra maraqlı fikirlər söyləmişdi.
Məqalədə müəllifin təxəllüslü bayatılara toxunması
da diqqəti cəlb edir: “Bu müqəddimədə (1927-ci il nəşri
nəzərdə tutulur) təxəllüslü bayatıların varlığını göstərən
S. Mümtazın bu doğru fikri rədd edilir və deyilir ki,
“Müəllifin Aşıq Abdulla adı ilə toplamış olduğu
bayatıların Aşıq Abdullanın olduğu kimsə tərəfindən
isbat ediləməz, onun üçün dəlil gətirmək istəyənlər də
böyük yanlışlıq yapmış olacaqdır…” (32). Bunlar