45
məsələdə hər kəsə özünün layiq olduğu qiyməti vermək
lazımdır. Daha sonra Sarı Aşığın bayatıları təhlil olunur.
Onun bayatılarının mövzu istiqamətləri, həyatının,
dövrünün hadisələrini, ictimai vəziyyəti əks etdirə
bilmək xüsusiyyəti şərh olunur. Bütün bunlar H.
Araslının faktlara bələdliyini və elmi-mədəni sferada baş
verənlərə, prosesə fəal münasibətdə olduğunu
aydınlaşdırır.
Xalq mahnı və nəğmələrinin şifahi xalq
ədəbiyyatının ən qədim nümunələrindən olduğunu,
onların el xanəndələrinin, ozan və aşıqların sayəsində
dövrümü
zədək gəlib çatdığını dönə-dönə vurğulayan
Həmid Araslı milli dastanlarımıza, xalqımızın çoxəsrlik
aşıq yaradıcılığına xüsusi yer ayıraraq 1960-cı ildə “Aşıq
yara
dıcılığı” adlı kitab çap etdirmişdir. Azərbaycan
aşıqlarının III qurultayı günlərində tamamlanmış “Aşıq
yaradıcılığı”nda tədqiqatçı Dədə Qorqud boylarından
Sovet aşıqlarının müasir əsərlərinə qədər bütün dastan
quruculuğunu tarixi planda izləmiş, bir yaradıcılıq
prosesi kimi gözdən keçirmiş, hər bir dastanın yarandığı
əsri müəyyənləşdirməyə çalışaraq klassik dastanların
uzun əsrlər boyu yaşamalarının sirlərini izah etmişdir.
Dastanlarımızın istər nəşri, istərsə də tədqiqi sahəsində
çox iş görmüş H.Araslının bəzi mübahisəli hökmləri də
vardır ki, təkrara yol verməmək üçün bunların hər biri
haqqında yeri gəldikcə danışmağı məqsədə daha müvafiq
hesab edirik (8, 17-18).
Alim bu tədqiqat əsərinin girişində Azərbaycan
aşıq
yaradıcılığının
etnik
dünyagörüşümüzün
formalaşmasında zəruri əhəmiyyətini vurğulamış, aşıq
şeirinin növləri, aşıq sözünün mənşəyi araşdırılmış, ayrı-
ayrı bölümlərdə klassik aşıq şeirinin qədim dövrdən
başlayaraq orta əsrlər – XVI əsrədək, həmçinin XVII
əsrə qədər keçdiyi tarixi inkişaf yoluna nəzər salmış, yeni
46
dastanlar haqqında geniş məlumat vermiş, XVIII-XIX
əsrlərdə aşıq ədəbiyyatı, sovet dövründə aşıqlarımızın
keçdiyi yaradıcılıq yolu, Böyük Vətən müharibəsi
illərində aşıq yaradıcılığı və sonrakı illərdə bu zəngin
ədəbi xəzinədən bəhrələnən bir çox aşıqlar barədə dolğun
informasiyalar vermişdir. Kitabda biblioqrafiya da yer
almışdır. Həmid Araslı qeyd edir ki, əsər üçüncü aşıqlar
qurultayı münasibətilə çap edilmişdir.
Alim
aşıqlığın
mənəvi
keyfiyyətlərini
aydınlaşdırmağa çalışmış, “Qurbani”, “Abbas və
Gülgəz”, “Aşıq Qərib”, “Əmrah”, “Xurşid”, “Zabit”,
“Şəhriyar”, Aşıq Hüseyn Bozalqanlının yaratdığı “Qaçaq
Tanrıverdi”, Aşıq Xızırın “Leyli və Məcnun”u, Aşıq
Hüseynin “Vaqif”i, yeni bir aşığın “Valeh” dastanı, Aşıq
Mirzənin “Kamal Qasım” dastanı kimi dastanlarının
adını çəkmişdir.
H.Araslı xalqımızın aşıq sənəti kimi zəngin milli-
mənəvi irsinə çox həssas yanaşmış, bu dəyərli xəzinənin
qorunub saxlanması, gələcək nəsillərə dolğun, hərtərəfli
şəkildə çatdırılması üçün böyük səylər göstərmişdir.
Alim bu kitabında bir folklor tədqiqatçısı kimi də
diqqətimizi cəlb edir. “Onun Qurbani, Sarı Aşıq,
Tufarqanlı Abbas və başqa klassik aşıqlar, “Əsli və
Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” və xüsusilə
“Koroğlu” dastanı barədə fikir və mülahizələri öz
təravəti və elmiliyi ilə seçilir” (69).
Həmid Araslı bu tədqiqat əsərində Azərbaycan aşıq
sənətini yaşadan və inkişaf etdirən sənətkar aşıqların
yaradıcılığına toxunmuş, ayrı-ayrı aşıqların əsərlərində
xüsusi yer al
mış mövzular, aşıq şeiri janrları ilə bağlı
qiymətli fikirlər söyləmişdir. Alim folklorumuzun
ayrılmaz hissəsi olan aşıq yaradıcılığının araşdırılması
sa
həsində zəngin elmi irs qoymuşdur. Onun istər aşıq
yaradıcılığının mənşəyi, istərsə də poetikası və ayrı-ayrı
47
nü
mayəndələri haqqındakı elmi fikir və mülahizələri
əgər belə demək olarsa, Azərbaycan aşıqşünaslığında
hələ də aktualdır.
Həmid Araslı bu tədqiqatında aşıq qoşmaları
tərzində yazan, yazdığı şeirləri sazda çaldığı havalarla
oxuyan aşıq-şairlərdən Tikmədaşlı Xəstə Qasımın
yaradıcılığına işıq tutmuş, öz tədqiqatlarında onun
yaradıcılığını yüksək qiymətləndirmişdir. Alim qeyd
etmişdir ki, bu istedadlı şairin həyatından çox az şey
məlumdur. Onun qoşmaları ilə əlaqədar bir sıra
rəvayətlər, dastan epizodları yaranmışdır ki, bunların
şairin həyatı ilə əlaqəsi çox azdır. Ayrı-ayrı qoşmalar
X
əstə Qasımın olsa da, hadisələri sonrakı aşıqlar
yaratmışlar.
“Xəstə Qasım aşıq şeiri tərzində daha gözəl
qoşmalar yaratdığından onun əsərləri dildən-dilə düşərək
hafizələrdə yaşamış, xalq aşıqları bu istedadlı sənətkarı
us
tad aşıq – dədə aşıq adlandıraraq əsərlərini məclislərdə
ifa etmişlər. Şairin XVIII-XIX əsrlərdə yazılmış
əlyazmalarında saxlanılan şeirləri əsasında onun Cənubi
Azərbaycanın Tikmədaş qəryəsində doğulub mükəmməl
mədrəsə təhsili aldığını, gözəl saz çaldığını, aşıqlarla
deyişdiyini müəyyənləşdirmək olur” (8, 72).
Tədqiqatçı yazır ki, Xəstə Qasımın yaradıcılığında
əxlaqi-tərbiyəvi fikirlər, nəsihətçilik mühüm yer tutur.
Məhz buna görə də onun əsərləri daha geniş yayılmış,
orta əsr görüşlərini ifadə edən bu əsərlərdə mərdlik,
mala, pul
a güvənməmək və s. bu kimi nəsihətlər çox
olduğundan uzun müddət xalq aşıqlarının dilindən düş-
məmişdir (8, 72).
H.Araslı göstərir ki, aşıq-şairin “Yaxşıdır” rədifli
qoşmasında müəyyən bir əxlaqi fikir, nəsihət nəzər-
diqqəti cəlb edir. Əsərin girişi dini mahiyyətdə olsa da,
qalan bəndlər dünyəvi xarakter daşıyır:
Dostları ilə paylaş: |