51
kiçik dastanlar yaranmışdır. Bu aşıqlar yalnız
Azərbaycanda deyil, həmçinin, bütün Qafqazda
tanınmışdılar. Onların əsərlərində yalnız Azərbaycanda
yazılmış cünglərə deyil, gürcü və erməni əlifbasındakı
əlyazmalara da rast gəlinir. Onların arasında Şikəstə
Şirin özünün Qafqazda baş vermiş tarixi hadisələrə həsr
etdiyi əsərləri ilə seçilir. Bu əsərlərdən biri “Əhvali-
Tiflis” adlanır. Müəllif burada Qafqazın bəzi şəhərlərini
viran edən o zamankı hökmdarların zorakılığına qarşı öz
nifrətini bildirir:
Ay ağalar, tarixlərdə görən var,
Çoxalıbdır qalmaqalı Tiflisin.
Neçə-neçə şahlar gəlib gedibdir,
Heç olmamış belə halı Tiflisin (8, 69).
Tədqiqatçı göstərir ki, bu poemada aşıq yadelli
işğalçıların zorakılıq hərəkətlərindən şikayətlənir, onların
törətdikləri vəhşilikləri təsvir edərək bildirir ki, Tiflisin
tari
xində, bu kimi hadisələrin çox olmasına baxmayaraq
he
ç vaxt belə amansız mühit olmamışdır.
Ey
Şikəstə Şirin, düşmən öyünü
Dedi,
Tiflis görməmişdi bu günü
Heç kimsədən getməz dağı, düyünü,
İntiqamın alır vali Tiflisin (8, 70-71).
Bu misralarda isə yadelli işğalçıların Qafqaz
xalqlar
ının başına gətirdikləri müsibətlərdən bəhs olunur.
Lakin şairin gələcəyə də böyük ümidlər bəslədiyinin şa-
hidi oluruq.
Məhəbbət mövzusunda isə Saili təxəllüslü şairin
gəraylısı məşhurdur:
Səhər çağı ötən bülbül,
Sən ağlama, mən ağlaram.
Dərdin
dərdə qatan bülbül,
Sən ağlama, mən ağlaram (8, 70)