48
Bir yerə gedəndə özünü öymə!
Şeytana bac verib, kimsəyə söymə!
Əgər qüvvətlisən, zəifi döymə!
Demə var qüvvətim, qolum yaxşıdır! (8,73)
“Xəstə Qasım həmin şeirdə təvazökarlıq, xalqa
hörmət, mərd, mübariz olmaq kimi sifətləri tərifləyir,
oxucuları yaxşı ad qazanmağa çağırır, “yaman ad
etməkdən ölüm yaxşıdır” – deyir. O, başqa bir şeirində
qorxaq, namərd və yalançı adamları tənqid edir, düzlüyə,
mərdliyə çağırır” (8, 73).
Xəstə Qasımın eyni zamanda məhəbbət
mövzusunda yazılmış şirin, bu günə qədər aşıqlar
tərəfindən sevilə-sevilə oxunan qoşmaları da vardır:
Gümüş kəmər bağlayıbdır belinə,
Danışdıqca mail oldum dilinə.
Gül uzatdım nazlı yarın əlinə,
Canım aldı, gülü məndən alınca (8, 73).
Bu bənddə gördüyümüz incəlik, zəriflik və aydınlıq
Xəstə Qasımın heca vəznində yazdığı bütün şeirləri üçün
səciyyəvidir.
Xəstə Qasımın şeirlərində nəsihətçilik mühüm yer
tutsa da, bu nəsihətçiliklə əlaqədar olaraq dini mistik
görüşlərə yer verilsə də, şairin yaradıcılığında nikbinlik,
gələcəyə inam nəzər-diqqəti daha çox cəlb edir:
Alimdən dərs aldım əlif-bey üçün,
Sürahilər düzülübdür mey üçün,
Dəli könül, qəm çəkirsən nə üçün?
Qəmli günün şad günü var dalınca (8, 60).
Xəstə Qasımın belə şad, nikbin əhval-ruhiyyəsi
başqa əsərlərində də aydın görünür:
Yaxşı olur qohum-qardaş,
El başına dolandığım,
Harda görsən yara yalvar,
Dil başına dolandığım.
49
Budur gəldi bahar vaxtı,
Sinəm oldu yarın taxtı,
Soyuldu bülbülün rəxti,
Gül başına dolandığım (8, 60).
Alim
Xəstə Qasımın əsərlərinin dil, ifadə
xüsusiyyətləri baxımından Vaqifin yaradıcılığına çox
yaxın olduğunu göstərmişdir. “Vaqifdə olduğu kimi, o da
klassik şeirin müvəffəqiyyətli ifadələrini canlı danışıq
dilinin,
şifahi
xalq
şeirinin
xüsusiyyətlərinə
uyğunlaşdırmışdır. Onun şeirləri əsasında da dastan
yaranmışdır (8, 60).
Həmid Araslı Aşıq Abbas, Növrəs İman, Aşıq
Hüseyn Bozalqanlı, Qurbani və digər aşıqların öz
əsərlərində aşıq sənətinin mənəvi keyfiyyətlərini
müfəssəl surətdə izah etdiklərini vurğulayır.
Alim Tufarqanlı Aşıq Abbas adı ilə məşhur olan
görkəmli xalq şairinin yaradıcılığını işıqlandırmış, onun
XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaşayıb
yaratdığını, geniş xalq kütlələrinin məhəbbətini qazanan
əsərləri ilə çox şöhrətlənmiş bir şəxsiyyət olduğunu
diqqətə çatdırmışdır. Abbasın şeirləri o qədər xəlqi,
xalqın istək və arzularına uyğun olmuşdur ki, uzun
müddət öz müəllifini Azərbaycan aşıqları içərisində
ustad aşıq kimi sevdirmişdir.
XVII-
XVIII əsrlərdən qalmış bir çox cünglərdə
Tufarqanlı Abbasın aşıq şeiri üslubunda yazılmış
qoşmaları, gəraylıları ilə birlikdə qəzəlləri, dini mövzuda
yazılmış müxəmməsləri də saxlanılmışdır (8, 60).
H. Araslının təbirincə desək, şairin həyatı haqqında
az-
çox təsəvvür verən yalnız onun adı ilə bağlı “Abbas
və Gülgəz” adlı dastanıdır ki, aşıqlar bu gün də həmin
dastanı məclislərdə söyləyir. Abbası ustad aşıq kimi
tanıyırlar. Onun dini mövzularda yazdığı qoşmalar,
50
nəsihətamiz-didaktiki şeirlər bu gün də aşıqlar tərəfindən
ustadnamə kimi oxunmaqdadır.
Abbasın şeirləri içərisində ən çox məhəbbət
mövzusunda yazılmış qoşmalar məşhurdur. Onun
“İnciməsin” və s. rədifli bu kimi zərif qoşmaları bu gün
də dillər əzbəridir. Yalnız aşıqlar deyil, geniş xalq kütləsi
də öz məhəbbətini çox zaman Abbasın şeirində ifadə
olunmuş hiss və duyğularda tapır:
Bulbul fəqan eylər gül həvəsindən,
Elə gəl, elə get bağ bərəsindən
Bülbüllər ürküşüb, gül inciməsin.
Yaxud:
Əsmə səba yeli, titrəmə çöllər,
Cığalar tərpənib, çöl inciməsin (8, 61).
Tədqiqatçı
aşıq-şairin
dövründəki
ictimai
bərabərsizliyin
onun
əsərlərində
çox
aydın
göstərilməsinə də toxunur: “Eyni zamanda Abbasın
məhdud görüşü, dini etiqadlara şübhə ilə yanaşan
müasirlərinə qarşı münasibəti də öz ifadəsini tapmışdır.
Şair belələrini yol ərkanı bilməyən, Allahı tanımayanlar
adlandıraraq məzəmmət edir, bunu zəmanənin
dəyişilməsi ilə, xeyir-şərin öz yerində olmaması ilə izah
edir:
Adam var çölləri gəzər kəllahı,
Adam var tanımaz gözəl Allahı.
Adam var ki, bilməz o bismillahı,
Adam var ki, yol ərkanı bəyənməz (8, 62).
H.
Araslı bu tədqiqatında həmin dövrdə yaşayıb-
yaradan bir çox aşıqların öz əsərlərini XVIII əsrdə baş
verən tarixi hadisələrə həsr etdiyini də xüsusilə
vurğulamışdır. Öz əsərlərini Şikəstə Şirin, Həmrah
Hüseyni, Saili, Urfani, Zabit, Xurşid, Səyyad təxəllüsləri
ilə yazmış məşhur aşıqlar, əsasən, məhəbbət mövzusunda
əsərlər yazmışlar ki, bu aşıqların da adları ilə əlaqədar
Dostları ilə paylaş: |