36
Məşhur “Dədə-Qorqud” dastanları da bu ozanların
yaradıcılığı idi” (50, 50).
Həmid Araslı bəzi nüsxələr üzərində yenidən
işləyərək, müasir oxuculara çatdırmaq, elmi dövriyyədə
onu daha da samballı şəkildə təqdim etmək məqsədilə
das
tanı yenidən nəşr etdirmişdir.
Alimin fikrincə, bu abidə Azərbaycan xalqının X
və XI əsrlərdəki həyat tərzi, adət və ənənələri haqqında
ən gözəl təsəvvür yaradan bir sənət əsəridir: “Eposda
əsas xalq dili ilə X-XI əsrin həyatı əks olunur. Burada
xalqın qəhrəmanlığı, istək və arzuları öz ifadəsini
tapmışdır. Əsərdə igidlikləri ilə təsvir edilən
qəhrəmanlar, mərd, namuslu, xalqı sevən, düşməndən
qorunmağı bacaran, qorxmaz insanlardır. Onlar
yarımköçəri həyat keçirirlər. Bədöy atların belində ölkəni
xarici düşmənlərdən qoruyurlar” (106, 5).
Belə bir faktı qeyd etmək lazımdır ki, ən yaxın XV-
XVI əsrlərdən etibarən “aşıq” adının çox yayılmasına
baxmayaraq, “Dədə-Qorqud” dastanlarında əsas yaradıcı
və ifaçı kimi iştirak edən “ozan” Nizami, Nəsimi, Fizuli
kimi klassiklərimizin əsərlərində işlənilməklə bərabər, bu
gün də yer adlarında və şifahi ədəbiyyat
nümunələrimizdə yaşamaqdadır.
Həmid Araslı yaradıcılığında “Kitabi-Dədə
Qorqud” dastanının nəşri və şərhləri mövzusuna
Monoqrafiyanın III fəslində geniş yer verildiyi üçün biz
burada dastanın tədqiqindən qısa bəhs edirik.
Tədqiqatlarında aşıq şeiri ənənələrindən geniş
şəkildə bəhs edən H.Araslı XVII əsrdə xalq şeirindən
bəhrələnib əsər yazan şairlərin bəzilərinin bayatı şəklinə
daha çox
üstünlük verd
iyini qeyd etmişdir. Onlar aşıq
şeirinin həm qoşma, gəraylı şəkilləriylə, həm də bayatı
şəklində əsərlər yaradırdılar.