33
sənəti irsimiz vardır” (8, 3). “Dədə Qorqud” dastanından
bəhs edərkən görkəmli tədqiqatçı qeyd edir ki, əsərin hər
yerin
də qopuz (saz) Dədə Qorqud adı ilə əlaqədardır:
“Hətta qəhrəmanlar düşmənin əlində qopuz olduğu
zaman onu öldürmürlər. “Dədə Qorqud qopuzu
hörmətinə çalmadım” deyirlər. Bu faktlar Qorqudun
Molla Nəsrəddin kimi bir şəxsiyyət olduğunu aydın
göstərir” (53, 22).
“Kitabi-
Dədə Qorqud” dastanlarında biz müasir
aşıq məfhumunu ifadə edən ozan adı ilə məşhur xalq
sənətkarlarına rast gəlirik. Belə bir incə mətləbə toxunan
tədqiqatçı yazır: “Ozan kəlməsi Azərbaycan dili üzərində
o zamanın din və hökumət dili olan ərəb dilinin
hegemoniyası nəticəsində öz yerini aşıq kəliməsinə tərk
edir. Bu yeni kəlmə isə xalq dilinin ahənginə
uyğunlaşaraq aşıx şəklini alır. Ancax Ozan kəlməsi dildə
uzun zaman yaşayır, bu gün belə xalq poeziyasında buna
rast gəlinir:
Qızım, qızım, qız ana,
Qızım verrəm ozana.
Ozan axca qazana,
Qızım geyə, bəzənə” (9, 3).
Akademik Həmid Araslının “XVII-XVIII əsr
ədəbiyyat tarixi” adlı əsəri də xüsusi əhəmiyyətə
malikdir. Müəllif əslində doktorluq dissertasiyası olan bu
əsərində “Koroğlu”, “Şah İsmayıl”, “Aşıq Qərib”,
“Abbas-
Gülgəz”, “Şəhriyar “ və başqa dastanlar
haqqında danışır, bunların hər birini ictimai-məfkurəvi
və bədii cəhətdən təhlil edir.
M
əlum olduğu kimi, folklorun yaradıcısı xalq,
toplayıcısı və naşiri isə alimlərdir. Odur ki, müəllifin
yaradıcılığında folklorun bu dərəcədə araşdırılmasına
ön
əm verilməsi təqdirəlayiqdir. Bu isə xalqın keçmişinə,
milli
ənənəsinə və kökünə yenidən nəzər salınmasını