|
1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı
|
səhifə | 57/159 | tarix | 29.05.2022 | ölçüsü | 391,8 Kb. | | #88318 |
| beyn-lxalq-h-quq (1)Beynəlxalq müqavilələrin təsnifatı.Beynəlxalq müqavilələri aşağıda göstərilmiş əsaslara görə ayrı-ayrı növlərə bölmək olar:
– iştirakçıların dairəsinə görə:
ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr);
çoxtərəfli müqavilələr (ikidən artıq dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr). Çoxtərəfli müqavilələr arasında dünya dövlətlərinin ümumi mənafeyini əks etdirən, ümumi məsələlərin həllinə yönəlmiş universal müqavilələr xüsusi yer tutur.
– dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə:
açıq müqavilələr (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi maneə olmadan
tərəf ola bilər):
qapalı müqavilələr (bu müqavilələrin anlayışı yuxarıda vermişdik).
– məzmununa görə:
siyasi müqavilələr. Bu müqavilələrə, əsasən aşağıdakılar aiddir:
müttəfiqlik haqqında müqavilələr – bu cür müqavilələrin iştirakçısı olan dövlətlər
özlərinin müəyyən mənafelərini qorumaq məqsədilə birgə fəaliyyət göstərməyı öhdəsinə götürürlər;
qarşılıqlı yardım haqqında müqavilələr – iştirakçı dövlətlər bir-birinə bu və ya digər sahədə yardım göstərmyi öz üzərlərinə öhdəlik kimi götürürlər;
neytirallıq haqqında müqavilələr – bu müqavilələr vasitəsilə iştirakçı dövlətlər öz
üzərlərinə öhdəlik götürürlər ki, hər hansı hərbi əməliyyatlarda iştirak etməsinlər və müəyyən əraziləri hərbi bazaya çevirməsinlər;
ç) sülh müqavilələri – bu müqavilələr müharibə vəziyyətini hüquqi baxımdan başa çatdırır və müharibədən sonrakı siyasi və digər münasibətləri müəyyən edir.
iqtisadi müqavilələr. Buraya daxildir:
ticarət müqavilələri;
əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər;
texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər; ç) beynəlxalq hesablaşmalar haqqında sazişlər;
gömrük məsələləri və s. üzrə sazişlər:
xüsusi məsələlər üzrə sazişlər. Bu qrupa aşağıdakı sahələrdə bağlanmış müqavilələri daxil etmək olar:
nəqliyyat sahəsində;
rabitə sahəsində;
kənd təsərrufatı sahəsində;
ç) elmi əməkdaşlıq məsələləri üzrə;
hüquqi məsələlər üzrə;
ətraf mühitin mühafizəsi sahəsində; ə) mədəniyyət sahəsində və s.
Dostları ilə paylaş: |
|
|