1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

hüquqların itirilməsinə səbəb olur. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  elə  üsulları  var  ki,  onlar  həm  ilkin,  həm  də 
törəmə kimi çıxış edirlər. Məsələn, bəhər və gəlirə mülkiyyət hüququ və s. 
Mülkiyyət hüququnun əldə edilməsi üsulları mülkiyyət hüququnun bütün növləri üçün 
və  yaxud  mülkiyyət  hüququnun  bir  növü  üçün  səciyyəvi  ola  bilər.  Məsələn,  alqı-satqı 
müqaviləsi  mülkiyyət  hüququnun  hər  bir  növünün  əldə  edilməsi  üçün  əsas  ola  bilər.  Elə 
üsullar da var ki, onlar mülkiyyət hüququnun yalnız bir növünün əldə edilməsi üçün səbəb ola 
bilər.  Məsələn,  milliləşdirmə,  müsadirə  və  s.  ancaq  dövlət  mülkiyyət  hüququnun  əldə 
edilməsi  üçün  əsasdır.  Belə  üsullara  qanunla  müəyyən  edilmiş  hallarda  fiziki  və  hüquqi 
şəxslərdən alınan vergi, rüsum, gömrük və s. aid etmək olar. 
Mülkiyyət hüququnun əldə edilməsinin ayrı-ayrı üsullarını nəzərdən keçirək. 
Yeni  yaradılmış  və  ya  hazırlanmış  əşya  üzərində  mülkiyyət  hüququnun  əldə  edilməsi 
ilkin  üsuldur,  belə  ki,  mülkiyyət  hüququ  əvvəllər  olmayan  əmlak  üzərində  yaranır.  Əmlakı 
yaradan və ya hazırlayan (qanuni yolla) onun mülkiyyətçisi hesab olunur. Belə əmlak daşınar 
və  daşınmaz  əmlak  ola  bilər.  Daşınmaz  əmlak  üzərində  mülkiyyət  hüququ  dövlət 
qeydiyyatına alman vaxtdan əldə edilir. 
Emal  və  spesifikasiya  mülkiyyət  hüququnun  əldə  edilməsi  üsulu  kimi  onunla 
xarakterizə  olunur  ki,  əmlak  başqasının  materialı  üzərində  şəxsin  əməyi  nəticəsində  yaranır. 
Əgər  müqavilədə  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  əşya  üzərində  mülkiyyət  hüququnu 
material sahibi əldə edir. 
Elə  hallar  olur  ki,  emal  və  spesifikasiya  edən,  özgə  materialından  mülkiyyətçi  ilə 
müvafiq  müqavilə  olmadan  istifadə  edir.  Bu  zaman  emal  edən  üç  halda  yeni  yaradılan 
əmlakın sahibi ola bilər: 
1)  əməyin dəyəri materialın dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda; 
2)  emal  edən  vicdanlı  olduqda,  yəni  o  işi  başa  çatdırana  qədər  materialın  başqasına 
məxsus olduğunu bilməmiş olduqda; 
3)  spesifikator  (emal  edən)  əşyanı  kommersiya  məqsədi  üçün  deyil,  öz  şəxsi  məqsədi 
üçün  düzəltmiş  olduqda.  Bu  əlamətlərdən  hər  hansı  biri  olmayanda  mülkiyyətçi  materialın 
sahibi olur. 
Əgər  müqavilədə  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  əşyanın  sahibi  olan  material 
mülkiyyətçisi spesifikatorun (ustanın və s.) haqqını ödəməlidir; əgər mülkiyyətçi spesifikator 
olsa materialın dəyərini ödəməlidir. Belə qayda müqavilə olmayanda da tətbiq olunur. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  üsullarından  biri  də  yığılması  hamıya 
müyəssər  olan  əmlakın  mülkiyyətə  götürülməsi  üsuludur.  Qanunvericiliyə,  mülkiyyətçinin 
verdiyi  ümumi  icazəyə  və  ya  yerli  adətə  uyğun  olaraq  meşələrdə,  sututarlarda  və  ya  başqa 
ərazidə gilə-meyvə yığılmasına, balıq tutulmasına, heyvan ovuna və ya hamıya müyəssər olan 
digər  əmlakın  yığılmasına  yol  verildiyi  hallarda  müvafiq  əmlaka  mülkiyyət  hüququnu  onu 
yığan və ya ovlayan şəxs eldə edir. 
Hüququn obyekti kimi mülki dövriyyədə olan əmlak, eyni zamanda subyektə - məxsus 
olduğu sahibkara malikdir. Ola bilər ki, bəzən əmlak bu və ya digər hüquqi faktlar nəticəsində 
sahibsiz olur. Sahibsiz əmlak dedikdə, sahibi olmayan və ya sahibi naməlum olan əmlak başa 
düşülür.  Mülkiyyətçinin  imtina  etdiyi  daşınar  əşya  da  sahibsiz  əmlak  hesab  olunur.  Mülki 
Məcəllənin  185-ci  maddəsinə  əsasən,  mülkiyyət  hüququndan  imtina  etmək  məqsədilə 
mülkiyyətçinin  atdığı  və  ya  digər  şəkildə  əl  çəkdiyi  daşınar  əşyanı  (atılmış  əmlakı)  başqa 
şəxslər öz mülkiyyətinə yönəldə bilər. 
Mülkiyyətində,  sahibliyində  və  ya  istifadəsində  torpaq  sahəsi,  sututar  və  ya  başqa 
obyekt olan şəxs, əgər orada dəyəri şərti maliyyə vahidi miqdarının elli mislindən aşkar aşağı 
olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması 
zamanı əmələ gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan 
istifadəyə  başlamaqla  və  ya  əmlakı  mülkiyyətə  yönəltdiyini  göstərən  digər  hərəkətlər 
etməklə, onu öz mülkiyyətinə yönəltmək hüququna malikdir. 
Atılmış başqa əmlak onu sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, 
bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. 


Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  üsullarından  biri  de  tapıntıdır.  Tapıntı  o 
əşyalar  hesab  olunur  ki,  mülkiyyətçinin  və  ya  onun  səlahiyyətlərini  həyata  keçirən  şəxsin 
iradəsindən  asılı  olmayan  səbəblər  üzündən  onun  sahibliyindən  çıxmış  və  kimsə  tərəfindən 
tapılmış olsun. 
İtirilmiş  əşyanı  tapan  şəxs  tapıntı  barədə  onu  itirmiş  şəxsə  (mülkiyyətçisinə),  əgər 
mülkiyyətçi  məlum  deyilsə,  onda  polisə  dərhal  xəbər  verməli  və  həmin  əşyanı  təhvil 
verməlidir.  Əşyanı  tapan  şəxsə  mülkiyyətçinin  məlum  olduğu  və  ya  mülkiyyətçinin  əşyaya 
hüququnun  artıq  polisə  bildirildiyi  hallar  istisna  olmaqla,  əşyanı  tapan  şəxs  bu  barədə  xəbər 
verdiyi  vaxtdan  birillik  müddət  keçdikdən  sonra  tapıntıya  mülkiyyət  hüququ  əldə  edir. 
Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam 
verilir. 
Əşyanı tapan şəxs, onu mülkiyyətçisinə verdiyi zaman tapılmış əşyanın dəyərinin 5 %-i 
miqdarında bəxşiş tələb edə bilər. 
Tapıntı  ilə  dəfinənin  müəyyən  oxşarlığı  var.  Bu  hər  ikisində  gözlənilmədən  özgə 
əmlakının  tapılmasıdır.  Bununla  bərabər  dəfinənin  özünün  xüsusiyyətləri  var.  Dəfinə,  yəni 
müəyyən  niyyətlə  torpağa  basdırılmış  və  ya  sair  üsullarla  gizlədilmiş  elə  pul  və  ya  qiymətli 
əşyalardır ki, onun  mülkiyyətçisini  müəyyən etmək olmur  və  ya  mülkiyyətçi qanuna əsasən, 
bu  əşyalara  mülkiyyət  hüququnu  itirmiş  olur.  Mülkiyyətçinin  iradəsindən  asılı  olmayaraq 
itirilmiş tapıntıdan fərqli olaraq, dəfinəni düşünülmüş qaydada gizlədilən qiymətli əşya hesab 
etmək olar. 
Dəfinənin  aşkar  edilməsi  üsulları  müxtəlifdir.  Əgər  dəfinənin  mülkiyyətçisini 
müəyyənləşdirmək mümkün olmasa, onda dəfinə, onun gizlədildiyi torpaq sahəsinin və yaxud 
tikilinin  mənsub  olduğu  şəxslə  dəfinəni  aşkar  etmiş  şəxsin  mülkiyyətinə,  bərabər  paylar 
şəklində  daxil  olur.  Dəfinənin  aşkar  edilməsi  şəxsin  əmək  və  ya  qulluq  vəzifələrindən  irəli 
gəlmirsə,  həmin  şəxs  dövlətə  təhvil  verdiyi  qiymətli  əşyanın  dəyərinin  əlli  faizi  miqdarında 
bəxşiş almaq hüququna malikdir. 
Mülkiyyət  hüququnun  əldə  edilməsi  üsullarından  olan  nəzarətsiz  heyvanların  hüquqi 
rejimindən Mülki Məcəllənin 192-ci  maddəsində bəhs edilir.  Həmin  maddəyə  uyğun olaraq, 
nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs 
onları  mülkiyyətçisinə  qaytarmalıdır,  heyvanların  mülkiyyətçisi  və  ya  onun  olduğu  yer 
bilinmədikdə  isə  onları  tutduğu  andan  ən  geci  üç  gün  keçənədək  aşkar  etdiyi  heyvanlar 
barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir. 
Nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay müddətində 
onların  mülkiyyətçisi  aşkar  edilməzsə  və  ya  özü  onlara  hüququnu  bildirməzsə,  heyvanları 
saxlayan  və  onlardan  istifadə  edən  şəxs  onlara  mülkiyyət  hüququ  əldə  edir.  Həmin  şəxs 
saxladığı heyvanları mülkiyyətə götürməkdən imtina etdikdə, onlar dövlət mülkiyyətinə daxil 
olur. 
Nəzarətsiz heyvanlar mülkiyyətçisinə qaytarıldıqda, onları saxlamış şəxs, heyvanlardan 
istifadə  nəticəsində  götürdüyü  mənfəəti  çıxmaq  şərtilə,  onların  saxlanması  ilə  bağlı  çəkdiyi 
zəruri xərclərin əvəzinin heyvanların mülkiyyətçisi tərəfindən ödənilməsi hüququna malikdir. 
Nəzarətsiz heyvanları tutmuş şəxs onların mülkiyyətçisindən tutduğu heyvanların dəyərinin 5 
%-i  miqdarında  bəxşiş  tələb  edə  bilər.  Bundan  başqa,  nəzarətsiz  heyvanları  tutan  şəxs 
səlahiyyətli  şəxsdən  həmin  heyvanlar  saxlanması  xərclərinin  əvəzini  ödəməyi  de  tələb  edə 
bilər. Əgər heyvanları tutan şəxs bu barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd 
göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir. 
Mülkiyyət hüququnun əldə edilməsinin  ilkin  üsullarından bırı də  mülkiyyətin əldəetmə 
müddətidir.  Müddəti  əldə  edənin  mülkiyyət  hüququ  əvvəlki  mülkiyyətçinin  iradəsindən  asılı 
olmayaraq  əmələ  gəlir.  Həm  fiziki,  həm  də  hüquqi  şəxslərin  əldəetmə  müddətinə  görə 
mülkiyyət hüququ yarana bilər. 
Əldəetmə  müddətinə  görə  mülkiyyət  hüququnun  yaranması  üçün  qanunda  nəzərdə 
tutulan müəyyən şərtlərin (rekvizitlərin) olması vacibdir. 
Birinci,  qanunda  nəzərdə  tutulmuş  əldəetmə  müddətinin  vaxtı  başa  çatmalıdır.  Bu 
zaman  daşınmaz  (məsələn,  ev  və  s.)  və  daşınar  (avtomobil  və  s.)  əmlaka  mülkiyyət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə