1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

onun  əldə  edilməsi  gəlir  əldə  etmək  məqsədilə  bazarda  satılmaq  üçün  nəzərdə  tutulur. 
Mülkiyyət  hüququnun  obyektlərinin  dövriyyə  qabiliyyəti  bazar  iqtisadiyyatına  uyğun  olaraq 
daim yüksəlmiş olur. 
Mülki  qanunvericilik  xüsusi  mülkiyyət  hüququnun  obyektləri  üçün  ümumi  və  xüsusi 
rejim  müəyyən  etmişdir.  Əgər  qanunda  və  ya  digər  normativ  aktlarda  vətəndaşların  xüsusi 
mülkiyyətində  olan  obyektlər  üçün  xüsusi  rejim  nəzərdə  tutulmamışdırsa,  belə  obyektlər 
ümumi rejim altına düşmüş olur. 
Hər  şeydən  əvvəl  daşınmaz  əmlak  xüsusi  rejimdə  olan  əmlakdır  (torpaq  sahələri, 
yaşayış  evləri,  çoxillik  əkmələr  və  s.).  Göstərilən  əmlaka  əşya  hüquqları,  habelə  onlar 
üzərində bağlanan əqdlər dövlət qeydiyyatından keçməlidir. 
Torpaq  sahələrinin  əldə  edilməsi  üçün  də  xüsusi  qaydalar  nəzərdə  tutulur.  Məsələn, 
torpaq sahəsinin alınması üçün onun ayrılması qeydiyyatdan keçir. Həmin torpaqda ev tikmək 
üçün  torpağın  ayrılması  və  qeydiyyata  alınmasından  başqa,  evin  tikilməsi  üçün  layihənin 
təsdiqi,  evin  tikintisinə  razılığın  alınması,  bir  sıra  yerquruluşu  qaydalarına,  sanitar,  ekoloji 
qaydalara  və  normalara  əməl  olunması  tələb  olunur.  Qanunla  müəyyən  olunmuş  qaydada 
daşınmaz  əmlak  əldə  edəndən  sonra  mülkiyyətçi  bir  sıra  mükəlləfiyyətlər  yerinə  yetirməli 
olur. 
Onlardan  biri  əmlaka  görə  vergidir.  Xüsusi  hüquqi  rejim  daşınmaz  hesab  olunmayan 
əmlaka da aid oluna bilər. Nəqliyyat vasitələri, odlu silah əldəetmə və s. obyektlər belə xüsusi 
rejimdə  ola  bilər.  Xüsusi  rejim  belə  obyektlərin  qeydiyyatı  və  saxlanması,  təhlükəsizlik 
qaydalarının gözlənilməsində və s. ifadə olunur. 
Bələdiyyə mülkiyyət hüququ. Mülkiyyət forması kimi bələdiyyə mülkiyyətinin dövlət 
mülkiyyətindən  ayrılması  ilk  dəfə  «Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında» 
Qanunla müəyyən olunmuşdur. Sonralar Azərbaycan Respublikasının yeni Konstitusiyasında 
(13-cü maddə) mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti təsbit olunmuşdur. 
Bələdiyyə  mülkiyyətinin  formalaşmasında  yuxarıda  göstərilən  qanunvericilik 
aktlarından  başqa  «Bələdiyyələrin  statusu  haqqında»  2  iyul  1999-cu  il  tarixli  respublika 
Qanunu, «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında», «Bələdiyyələrin əraziləri və 
torpaqları  haqqında»,  «Bələdiyyələrin  maliyyəsinin  əsasları  haqqında»  7  dekabr  1999-cu  il 
respublika qanunları, «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», 27 dekabr 2001-ci il 
respublika  Qanunu  və  s.  qanunlar,  o  cümlədən  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi 
mühüm rol oynamışdır. 
Mülki  Məcəllənin  156.1-ci  maddəsinə  əsasən,  bələdiyyələrə  mülkiyyət  hüququ  ilə 
mənsub olan əmlak onların mülkiyyətidir. 
Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır: 
-  qanunvericiliyə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı; 
-  bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak; 
-  fiziki  və  hüquqi  şəxslərin,  beynəlxalq  təşkilatların  və  fondların  bələdiyyələrə 
könüllü maddi yardım şəklində verilən əmlak; 
-  varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak; 
-  bələdiyyələrə vəsiyyət edilən əmlak; 
-  qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak. 
Bələdiyyələr  öz  əmlakına  dair  mülkiyyətçi  hüququna  malikdir,  yəni  sərbəst  olaraq 
əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir. 
Bələdiyyələr  haqqında  respublika  qanunvericiliyinə  müvafiq  olaraq  bələdiyyə 
mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, 
bələdiyyənin  büdcədənkənar  fondları,  bələdiyyə  əmlakı,  habelə  bələdiyyə  torpaqları, 
bələdiyyə  müəssisələri  və  təşkilatları,  bələdiyyə  mənzil  fondları  və  qeyri-yaşayış  binaları, 
dövlət  və  xüsusi  mülkiyyətdə  olmayan  yollar,  bələdiyyə,  təhsil,  səhiyyə,  mədəniyyət  və 
idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. 
Bələdiyyələr,  bələdiyyə  mülkiyyətini  idarə  edirlər.  Bələdiyyə  mülkiyyətinin  tərkibinə 
daxil  olan  əmlak  barəsində  mülkiyyət  hüququnu  bələdiyyələr,  Azərbaycan  Respublikasının 
qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. 


Qanunvericiliyə  əsasən,  bələdiyyələr,  bələdiyyə  mülkiyyəti  obyektlərini  fiziki  və 
hüquqi  şəxslərin  müvəqqəti  və  ya  daimi  istifadəsinə,  icarəsinə  verə  bilər,  qanunla 
müəyyənləşdirilmiş  qaydada  özgəninkiləşdirə  bilər,  habelə  bələdiyyə  mülkiyyətində  olan 
əmlak  barəsində  başqa  əqdlər  bağlaya  bilər,  özəlləşdirilən  və  ya  istifadəyə  verilən 
obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərlə müəyyənləşdirə bilərlər. 
Bələdiyyə  mülkiyyətinin  özəlləşdirilməsi  qaydasını  və  şərtlərini  əhali  bilavasitə  və  ya 
bələdiyyə 
müstəqil 
surətdə 
müəyyənləşdirir. 
Bələdiyyə 
mülkiyyəti 
obyektlərinin 
özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur. 
Yerli  büdcə  bələdiyyə  statusuna  uyğun  olaraq  özünüidarəetmə  prinsiplərini 
reallaşdırmaq, 
Azərbaycan 
Respublikasının 
Konstitusiyası 
və 
qanunları 
ilə 
müəyyənləşdirilmiş  bələdiyyə  səlahiyyətlərini  həyata  keçirmək  üçün  formalaşan  və  istifadə 
olunan  maliyyə  vəsaitidir.  Yerli  büdcə  bələdiyyə  büdcəsi  olub,  dövlət  büdcəsinin  tərkib 
hissəsi deyil. 
Yerli  büdcənin  gəlirlərinə  fiziki  şəxslərdən  alınan  torpaq  və  əmlak  vergiləri;  yerli 
əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və 
təşkilatlardan  mənfəət  vergisi;  bələdiyyə  mülkiyyətində  olan  torpaqlarda,  binalarda  və  digər 
obyektlərdə  yerləşdirilən  küçə  reklamlarına  görə  ödəniş;  kurort  rüsumu,  mehmanxana 
rüsumu,  avtomobillərin  dayanacaqları  üçün  rüsum  və  qanunla  müəyyən  edilən  digər  yerli 
vergi  və  ödənişlər;  Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən  verilən  dotasiya  və 
subvensiyalar;  bələdiyyə  əmlakının  özəlləşdirilməsindən  və  icarəyə  verilməsindən  gəlirlər, 
lotereyalardan  daxil  olan  vəsait,  habelə  bələdiyyələrin  fəaliyyətindən  əldə  edilən  digər 
gəlirlər; fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və 
qrantları;  dövlət  əhəmiyyətli  tədbirlərin  və  dövlət  orqanlarının  qərarları  nəticəsində  yaranan 
xərclərin ödənilməsi üçün maliyyə vəsaitləri və s. aid edilir. 
Bələdiyyə mülkiyyətinin mühüm bir hissəsini bələdiyyə torpaqları təşkil edir. Müvafiq 
inzibati  ərazi  daxilində  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  dövlət  mülkiyyətində 
saxlanılmış  və  xüsusi  mülkiyyətə  verilmiş  torpaqlar  sıxılmaqla  qalan  torpaqlar  bələdiyyə 
torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının 
qanunvericiliyi  ilə  müəyyən  edilmiş  ümumi  istifadədə  olan  torpaqlara,  hüquqi  və  fiziki 
şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına 
bölünür. 
Bələdiyyələr 
haqqında 
respublika 
qanunvericiliyinə 
uyğun 
olaraq, 
torpaq 
münasibətlərinin  tənzimlənməsi  sahəsində  bələdiyyələrin  öz  inzibati  əraziləri  daxilində 
qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, 
onlardan istifadə və onlar barədə sərəncam vermək; onları ümumi istifadəyə, hüquqi və fiziki 
şəxslərin  istifadəsinə,  icarəsinə  və  respublika  vətəndaşlarının  və  hüquqi  şəxslərinin 
mülkiyyətinə  vermək;  bələdiyyə  torpaqlarının  istifadəçilərindən  torpaq  vergisini  və  icarə 
haqqını almaq; ehtiyac  yarandıqda respublikanın torpaq qanunvericiliyi  ilə  müəyyən  edilmiş 
qaydada  onları  geri  almaq;  bələdiyyə  torpaqlarının  mühafizəsinə  və  yaxşılaşdırılmasına  dair 
proqramlar  hazırlamaq,  təsdiq  etmək  və  onları  həyata  keçirmək;  bələdiyyə  torpaqlarından 
səmərəli  istifadə  olunmasına  və  onların  mühafizəsinə  nəzarət  etmək  və  respublika 
qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətlərə malikdirlər. 
Bələdiyyələrin  mülkiyyətində,  həmçinin,  su  təsərrüfatı  obyektləri  də  ola  bilər. 
Bələdiyyə  torpaqlarında  yerləşən  dövlət  mülkiyyətində  olan  yerli  əhəmiyyətli  su  təsərrüfatı 
obyektləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. 
Su  təsərrüfatı  obyektləri  üzərində  bələdiyyə  mülkiyyəti  aşağıdakı  şərtlərlə  yaradıla 
bilər: 
1)  qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su təsərrüfatı 
obyektlərini bələdiyyə mülkiyyətinə verməklə; 
2)  bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla; 
3)  hüquqi  və  fiziki  şəxslərin  mülkiyyətində  olan  su  təsərrüfatı  obyektlərini  əqdlər 
əsasında bələdiyyə mülkiyyətinə almaqla; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə