126
H Ü M A Y İ - Ə R Ş
Leylaya həvəs kim edə səhrayə düşərmiş,
Məcnun olub Qeys kimi vayə düşərmiş.
Gül ruyinə kim baxsa, dökər gözləri qanlar,
Qəmzəsinə kim meyl edə qavqayə düşərmiş.
Kim ləl ləbin yad edə, ol narə yanarmış,
Şəhla gözünə kim baxa dəvayə düşərmiş.
Əbrulərinə meyl edənin qəddi xam olmuş,
Müjganına kim etsə nəzər rayə düşərmiş.
Nayabə çıxar fikr edə kim muyi-miyani,
Zülfü-siyəhin kim görə sevdayə düşərmiş.
Baran yerinə dərdü-bəla döksə səma gər
54
,
Heç kimsəyə yox aşiqi-şeydayə düşərmiş.
Dünyada, Siraca, sirrü-sevda tutan adəm,
Tərk eylər imiş arını rüsvayə düşərmiş.
Sirac əfəndinin qəzəllərini ehtiva edən nüsxədə bir “Saqinamə”
daha varsa da ona aid olub-olmadığında tərəddüd olduğundan istinsax
edilmədi. “Düşərmiş” qəzəlini Nigarizadə Mahmud əfəndinin əlyazısı olan
bir kağızdan aldım. Mərhum Mahmud əfəndi bu qəzəli təxmis (nəzirə)
etmişdir. Sırası gəldiyində eynən yazılacaqdır.
Sirac əfəndi tərəfindən anasına xitabən söylədiyi sözləri ifadə edən
Sədi əfəndinin mərsiyəsi.
Ey yazıq ana, eyləmə fəryad əcəldən,
Çün olmadı möhlət bana bidad əcəldən.
Babam çox aman istədi səyyadi-əcəldən,
Can saydi çi sud olmadı azad əcəldən.
Bir gün ölür axir olan icad əcəldən,
Biçarə ana, eyləmə çox dad əcəldən.
Yaqub dəxi Yusif üçün qəm nədən eylər,
Vüslət qoxusun hər dəm ona pirəhən eylər.
Biçarə babam bəndən ümidi-kəfən eylər,
Dünya yüzünü kəndinə beytül-xəzan eylər.
54
Mütəəxxirin (Son dövr) ədiblərin öndəri Ziya paşa həzrətlərinin “Bi bəxt olanın
bağına bir qətrəsi düşməz; Baran yerinə dürri-gövhər yağsa səmadan” beytinə digər
bir nümunədir. Paşadan daha əvvəl Sirac əfəndi həzrətlərinin bu aşiqanə tərzi daha
zəngin görünməkdədir.
128
H Ü M A Y İ - Ə R Ş
Qaldın ürəyi yarə, ciyər parə, nə çarə,
Avarə, günü qarə, biçarə, nə çarə.
Çərx eylədi həsrət bizi didarə, nə çarə,
Saldı bəni azarə, səni zarə, nə çarə.
Ad oldu gülün bərbad əcəldən,
Biçarə ana, eyləmə çox dad əcəldən.
Biləməm bəni kim oxladı, ey Mir Siraci,
Aya nə idi illətim olmadı ilaci.
Ərz oldu ətibbaya biri olmadı naci,
Kim duttu isə nəbzimi təlx oldu mizaci.
Qət oldu ümid, olmadı dad əcəldən,
Biçarə ana, eyləmə çox dad əcəldən.
Sədi əfəndinin bu mərsiyəsi Sirac əfəndinin ata və anasının əhvalını
layiqilə təsvir etdiyi üçün çox mühüm bir sənəddir. Demək olar ki, yeganə
övladının yoxluğuna təhəmmül edə bilməyəcək qədər şəfqət göstərən bu
ata gecə-gündüz bargahi-izzətdən şəfa istəmiş, anası isə oğlunun vəfatı ilə
özünün düşəcəyi vəziyyəti bilirmiş kimi qəmə batmışdır.
Vəzn, qafiyə, kəlmə düşgünlüyü kimi bir şeylər məxsus isə də bunu
istinsax edənə aid etmək məcburiyyətindəyəm, çünki Sədi əfəndi mər-
hu mun dilində bu qədər düşük bir tərzdə sözlər zühur etməmişdir. Çox
güman ki, bəzi təhriflər də vardır. Bu qədər var ki, bu həsrətnamənin əsli
Sədi əfəndinindir. O dövrdə intişar etmiş və Sirac əfəndinin vəfatından bu
günə qədər xalq dilində dövran etməkdədir. Heç şübhəsiz ki, belə bir öv lad
üçün illərin keçməsi heç də xatirəsini unutdurmağa kafi gəlməz. On səkkiz
yaşında o zamankı təhsilə görə sağlam istedadını göstərən bu zəka, hə qi-
qətən, mütəfəkkirləri duyğulanmağa sövq edəcək itkilərdəndir. Bu ailədən
iki gəncin zamansız köçüb getməsi son dərəcə kədərli olmuşdur. Birisi
Siracəddin əfəndi mərhum ki, ondan bəhs edirik. Birisi də yenə o ailədən Mir
Mustafazadə Seyid Əbdürrəhmanın oğlu Xaləddin adlı uşaqdır. Bu uşağın
cənazəsi minlərcə adamla yola salınmış və matəm hökm sürmüşdür. Cənazə
götürülərkən “Şair, ədib, bəlağət və fəzilət sahibi, müttəqi, alim, kamil, iftixarı-
vicdanımız olan Hacı Əbdülməcid əfəndi həzrətlərinin o zaman bədahətən
yazdığı mərsiyəsi oxunmuş və camaat ümumən ağlamışdır. Bu mərsiyə də
Azərbaycan əhalisi arasında indi yayğındır.
Təəssüf olunur ki, mən Rusiyaya [Azərbaycana] getdiyim zaman bunu
bir avamın dilindən iqtibas etməyə məcbur qaldım. O sırada mərhum fazil
ailəlikcə Türkiyəyə hicrət və Adanada ﺍﺪﻴﻬﺷ ﺕﺎﻣ ﺎﺒﻳﺮﻗ ﺕﺎﻣ ﻦﻣ [Qürbətdə qərib olaraq
ölən şəhiddir] sirrinə məzhər olmuşdu. Alim, əllamə, fəzilət sahibi bir zat imiş.
Özü Qarabağ
55
Şəkisi deyə təbir edilən kənddəndir.
55
Qarabağın Cəbrayıl uyezdindən Araz çayı kənarındakı Molla Məhərrəmli kəndindən