1. İnformasiya anlayışı və informatikanı təşkil edən komponentlər İnformatika



Yüklə 75,94 Kb.
səhifə25/39
tarix17.05.2022
ölçüsü75,94 Kb.
#87200
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
İnsan kompüter interfeysi - Konspekt

Əhatə dairəsinə görə bu sistemlər bir neçə kateqoriyaya ayrılır: qlobal, subkontinental, milli, regional, subregional, lokal (yerli).

Yer səthində və fəzada müxtəlif obyektlərin koordinatlarını və sürətini avtomatik təyin etmək üçün naviqasiya peyklərindən (navigation satellite) istifadə olunur. Xüsusi qəbuledicinin köməyi ilə dünyanın istənilən nöqtəsində koordinatları təyin edən peyk sisteminə qlobal mövqe təyinetmə sistemi (Global Positioning System, GPS) deyilir.

GPS 3 əsas seqmentdən - kosmik, idarəetmə və istifadəçi seqmentlərindən ibarətdir. GPS peykləri siqnalı kosmosdan translyasiya edir və bütün GPS qəbulediciləri öz koordinatlarını hesablamaq üçün bu siqnaldan istifadə edir. Kosmik seqment Yerin orta orbitində fırlanan 32 süni peykdən ibarətdir.

Hazırda Coğrafi İS-nin geniş istifadə edildiyi sahələrdən biri kadastr işləridir. Kadastr nələrin, yaxud kimlərinsə siyahısı, reyestridir. Orada hər hansı obyektlər və ya hadisələr haqqında sistemləşdirilmiş məlumatlar saxlanılır. Kadastr növləri: su kadastrı, torpaq kadastrı, iqlim kadastrı, meşə kadastrı, landşaft kadastrı, mineral resurslar kadastrı və s.

Təyinatından asılı olmayaraq kadastr sistemi qeydiyyatı aparılan obyekt haqqında müəyyən qaydada nizamlanmış verilənlərdən ibarətdir. Başqa İS-də olduğu kimi, burada da hər bir obyektə bənzərsiz kod verilir. Ancaq kadastr sistemlərində obyektlərin əksəriyyəti fəza xarakterli olduğundan bu sistemlərdə, adətən, coğrafi İS tətbiq edilir.

Yüklə 75,94 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə