1. İnformasiya anlayışı və informatikanı təşkil edən komponentlər İnformatika



Yüklə 75,94 Kb.
səhifə24/39
tarix17.05.2022
ölçüsü75,94 Kb.
#87200
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
İnsan kompüter interfeysi - Konspekt

14. Coğrafi informasiya sistemləri

Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən verilənlərə coğrafi verilənlər və ya fəza verilənləri deyilir. Bu verilənlər obyektlərin Yer səthindəki yerlərini göstərir. Hər bir obyekt (ölkə, bölgə, şəhər, yollar və s.) ona verilmiş atribut və əməliyyatlar vasitəsilə təsvir edilir. Atributlar mətn, ədədlər, qrafik, audio və video şəklində olan verilənlərdir.
Coğrafi informasiya sistemləri coğrafi və ya fəza verilənləri də daxil olmaqla hər növ verilənlərin emalı üçün nəzərdə tutulub. Coğrafi İS-in layihələndirilməsi, yaradılması və istifadəsinin elmi, texniki, texnoloji və tətbiqi məsələləri ilə məşğul olan sahə geoinformatika adlanır. Coğrafi İS işləməsi üçün çox güclü aparat vasitələri - irihəcmli yaddasaxlama qurğuları, əksetdirmə sistemləri, yüksəksürətli şəbəkə avadanlıqları tələb olunur.

Coğrafi İS-in VB informasiya qatları yığım şəklində təşkil edilir.



Əsas qat - coğrafi verilənlər;

2-ci qat - verilmiş ərazidə yerləşən obyektlər haqqında informasiya;

Növbəti qatlarda bu obyektlər haqqında tam informasiya detallaşdırılır.

Qatların yaradılması və üst-üstə qoyulması prosesində onlar arasında zəruri əlaqələr qurulur.

Coğrafi İS-də verilənlər, gerçək obyektləri (yolları, binaları, su hövzələrini, meşə massivlərini və s.) təsvir edir. Belə obyektləri 2 kateqoriyaya ayırmaq olar: diskret (evlər, ərazi zonaları və s.) və kəsilməz (relyef, yağıntıların səviyyəsi, orta illik temperatur) obyektlər. Bu 2 kateqoriyalı obyektləri göstərmək üçün vektor və rastr qrafikasından istifadə olunur.


Coğrafi İS xəritəçəkmə, geologiya, meteorologiya, Yer quruluşu, ekologiya, nəqliyyat, iqtisadiyyat, müdafiə və bir sıra başqa sahələrdə tətbiq edilir.




Yüklə 75,94 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə