1. Qədim Şərqin diplomatiyası


SSRİ-nin dağılmasının beynəlxalq nəticələri



Yüklə 39,66 Kb.
səhifə11/12
tarix09.05.2023
ölçüsü39,66 Kb.
#109236
1   ...   4   5   6   7   8   9   10   11   12
Beynəlxalq münasibətlər tarixi

SSRİ-nin dağılmasının beynəlxalq nəticələri

XX əsrin 80-ci illəri dünyanın yarısından çox ərazisini və əhalisini əhatə edən sosializm sisteminin və onun başlıca mərkəzi olan sovetlər ittifaqının mövcudluğunun sonuncu onilliyi kimi tarixə daxil oldu. Hələ əsrin əvvəlindən ictimai-iqtisadi sistem kimi, meydana gələn sovet sosialist sistemi mövcud olduğu 70 ildən artıq bir dövrdə ziddiyyətli və ziddiyyətli həyat yaşamış, son məqamda kapitalizm dünyası ilə ölüm-dirim müharibəsində məğlub olaraq iflasa uğrasa da bir nəzəri praktik platforma olaraq öz əhəmiyyətini qoruyub saxlamışdır. İflasdan sonrakı dövrün tarixi göstərir ki, bəşəriyyət sosializm təlimindən tam imtina edə bilmir, zaman-zaman bu nəzəriyyəyə və onu praktik tarixinə müraciətlər, onun ətrafında aparılan diskusiyalar onun birmənalı inkarının olmadığını sübut edir. SSRİ-nin dağılması, sosializm dünyasının kapitalist dünyası ilə uzun illər boyu davam edən “soyuq müharibədə” məğlub olaraq iflas etməsinə münasibət bu gün müxtəlifdir. Onun nəticələri dövlətlərin fərdi maraqlarından asılı olaraq fərqli dəyəndirilir. Lakin zaman keçdikcə həmin hadisə və proseslərə adekvat qiymət verilməsi, nəticələrin düzgün qiymətləndirilməsi təkcə tarixi ədalətin təsdiqi xatirinə deyil, həm də dünyada müasir dövrdə gedən proseslərə təsiri baxımından vacibdir.Qeyd etmək lazımdır ki, sosializm nəzəriyyəsi kiminsə uydurması deyildir və onun meydana çıxması bəşəriyyətin sosial ədalət axtarışlarının nəticəsi idi. Onu bir nəfərin, bir siyasi cərəyanın, bir fəlsəfi bünövrənin adı ilə bağlamaq düzgün olmazdı. İnsanlığın can atdığı sosial ədalət cəmiyyətinə çatmaq fikrinə hər teoretik və ya fəlsəfi cərəyan özünəməxsus şəkildə yanaşır və özünəməxsus həllini təklif edir. Onların hər birinin mənfi və müsbət, zəif və güclü cəhətləri vardır ki, onlar da özlərini praktikada tətbiq olunduqları zaman əyahi şəkildə büruzə verir, prosesin gedişinə müvafiq şəkildə təsir göstərir. Bu mənada belə bir dövlətin və onun malik olduğu ictimai-iqtisadi sistemin iflası da çoxmənalıdır.Tədqiqatçıların müxtəlif səpkili əsərlərində SSRİ-nin iflasına münasibət, bu hadisənin baş verməsinin müsbət və ya mənfi cəhətdən dəyərlənməsi də bir birini əvəz edir.SSRİ-nin iflası nə dərəcədə tarixi inkişafın qanunauyğun gedişinin nəticəsi idi və ya burada subyektiv amillər nə dərəcədə həlledici rol oynayır. Bu suallara dəqiq cavabın olmadığı kimi onun birmənalı dəyərləndirilməsi də bu vaxta qədər mümkün olmamışdır.SSRİ-nin dağılması onun tərkibinə daxil olan millətlərin həyatında fərqli nəticələrə gətirib çıxarmışdır. 1983-cü ildə Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqan Strateji Müdafiə Təşəbbüsü adlı kosmosda raketdən müdafiə planını həyata keçirməyə başladı. SSRİ həmçinin öz hərbi ve kosmik xərclərini artırdı. İqtisadi inkişafı sürətləndirmək üçün Qorbaçov "Yenidənqurma", " Sürətləndirmə", "Aşkarlıq" kimi şüarlar irəli sürdü.Regionlarda etnik münaqişələr Sovetlərin vəziyyətini gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı "Böyük dağılmanın" başlanğıcı oldu. 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun "səhhəti ağır olduğu üçün" onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. "Avqust qiyamı" puç oldu. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı.1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorusiya SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı.


  1. Yüklə 39,66 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə