1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə35/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
89
dılması planlaşdırılan Transxəzər qaz kəməri layihəsi, Rusiya və İranın etirazı ilə 
qarşılaşdı. Medvedevin Rusiya Təhlükəsizlik Şurasının iclasında, Transxəzər qaz 
kəmərinin tikintisi ilə əlaqədar olaraq AB ilə münasibətləri yenidən gözdən keçirə 
biləcəklərini, və eyni zamanda Xəzər dənizinin hüquqi statusu həll olunmadan 
hər hansı qaz kəmərinin çəkilməsinə icazə verməyəcəyini qeyd etməsi Rusiyanın 
mövqeyini ortaya qoyur. [7] Əslində bu Rusiyanın post-Sovet respublikalarının 
müstəqil xarici siyasət yeritmələrinə qısqanclıqla yanaşdığına bir misaldır. Med-
vedevin bu bəyanatı, 1994-cü ildə Heydər  Əliyevin əsasını qoyduğu müstəqil 
Azərbaycanın  neft  diplomatiyasına  qarşı  Moskvanın  təzyiq  və  hədələrindən 
fərqlənmir.  Qərbin  neft  şirkətləri  tərəfindən  Xəzər  dənizinin  Azərbaycana  aid 
hövzəsində aparılan tədqiqat işləri ilə əlaqədar olaraq, Rusiya Xəzər dənizində 
həyata keçiriləcək hər hansı neft layihəsinə qarşı çıxacağını və Rusiyanın icazəsi 
olmadan tədqiqatların qanunsuz olacağını Londona göndərmiş olduğu 28 Aprel 
1994 tarixli demarşda bildirmişdi. [4]
Rusiyanın bu “hədə-qorxuları”na baxmayaraq, neft və qaz siyasətində Bakı 
müstəqil siyasət yeritdiyini imzaladığı müqavilələrlə isbat etməkdədir. 
Türkiyə və İranla münasibətlərdə Azərbaycan xarici siyasəti son dövrlərdə 
daha aktiv istiqamətdə inkişaf etməkdədir. Heydər Əliyevin balanslaşdırılmış 
xarici siyasət diplomatiyası, müsəlman qonşulara münasibətdə də davam et-
dirilir. Türkiyə ilə münasibətlərdə strateji əməkdaşlıq və tərəfdaş ölkə faktoru 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Xüsusilə,  Ankara-İrəvan  arasında  gizlin  Cenevrə 
görüşmələri sonrası, regionda, xüsusilə Bakı və Ankara arasında yaranan soyuq 
münasibətlər, sonradan Türkiyə iqtidarının protokolları parlament müzakirəsinə 
çıxarmamasına  qərar  verdikdən  sonra  yenidən  yaxınlaşma  müstəvisində  da-
vam etdi. Dövlət rəsmiləri çıxışlarında Türkiyə və Ermənistan arasında diploma-
tik münasibətlərin qurulmasının Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 
rayonlarının erməni işğalçılarından təmizlənməsindən asılı oldugunu xüsusilə 
vurğulamağa başladılar və rəsmi Bakını buna inandıra bildilər. Eyni zamanda, 
Ankarada  AB-nin  aparıcı  dövlətlərinin  və  Qərbin  Ermənistanla  yaxınlaşmanı 
dəstəklənməsinə  canfəşanlığın  göstərilməsinin  həqiqi  niyyət  və  məramlarını 
başa düşmüş olmaları da bu protokolların imzalanmasından vaz keçilməsinə 
səbəb  ola  bilərdi.  Ermənistana  münaqişədə  işğalçılıq  siyasətindən  əl 
çəkilməsinə təzyiq göstərməyən Qərbin demokratik və “insan hüquqlarını qo-
rumaqla qürürlanan” dövlətləri, məhz Ankaraya Ermənistanla sərhədləri açmaq 
üçün  təzyiq  etməkdədirlər.  Regionda  Azərbaycan-Türkiyə  əməkdaşlığından 
narahat olan dövlətlər məhz sərhəd açılmasıyla bu birliyi zədələmək məqsədi 
güdürdülər. Azərbaycan xarici siyasəti, öz tutmuş olduğu mövqeyi ilə Ankara-
ya Dağlıq Qarabağ münaqişəsi həll olmadan sərhədlərin açılmasının bir yanlış 
mövqe olduğunu çatdıra bildi. Hazırda Türkiyə ilə hərbi sahədə inkişaf edən 
əməkdaşlıq, enerji sahəsində də davam etdirilir. 
Son dövrlərdə İranla münasibətlər, yenidən Tehran-İrəvan münasibətlərinin 
yaxınlaşması prizmasında və Azərbaycanın enerji layihələri ilə bağlı siyasətində 
bəzi  problemləri  ortaya  çıxarmaqdadır.  İranın  Azərbaycana  münasibətində 
soyuqluq,  xüsusilə  Azərbaycanın  Qərb  dünyası  ilə,  xüsusilə  ABŞ  və  İsrail  ilə 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
90 
əməkdaşlığından  doğur.  Enerji  layihələri  ilə  əlaqəli  olaraq  da,  rəsmi  Bakının 
mövqeyi Tehran tərəfindən etirazla qarşılanır və Rusiya ilə birlikdə bu layihələrin 
həyata keçirilməsinə qarşı çıxış edir. Bu mövqedən çıxış edərək, Dağlıq Qarabağ 
münaqişəsində rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, 
Ermənistanla ikitərəfli münasibətləri, Bakının etirazı ilə qarşılanmaqdadır. Zaman-
zaman, İran münaqişənin həlli ilə bağlı olaraq vasitəçilik təkliflərini irəli sürsə də, 
Bakı bu təklifə mühüm əhəmiyyət vermir. Səbəb olaraqsa, Tehran hökumətinin 
bu məsələdə obyektiv və səmimi olduğuna inamın olmamasından irəli gəlir. İki 
ölkə arasında narahatlıq doğuran digər nüans, Dağlıq Qarabağ münaqişəsinin 
həlli ilə bağlı olaraq, sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi ehtimal olu-
nan tərkibi ilə bağlıdır. Xüsusilə Azərbaycanın NATO ilə əməkdaşlığından ehtiyat 
edən Tehran hökuməti, sülhməramlılar adı altında Amerikan qoşunlarının regio-
na yerləşməsini öz təhlükəsizliklərinə təhlükə olaraq görməkdədirlər. 
Bütün  bu  problemlər  fonunda,  öz  balanslaşdırılmış  xarici  siyasət 
istiqamətlərini,  rəsmi  Bakı  regionda  sülh  və  stabilliyə  dəstək  verilməsi 
şəklində həyata keçirməkdədir. Aprel ayında İranın Urmiya şəhərində Türkiyə, 
Azərbaycan və İran xarici işlər nazirləri tərəfindən imzalanan bəyannamə buna 
bir sübutdur. [14] Terrorizm və separatizmlə mübarizə aparan bir dövlət olaraq, 
Azərbaycan Türkiyə və İranla bu sahədə əməkdaşlıqda maraqlıdır. 
Nəticə
Minsk  qrupu  formalaşdığı  gündən  etibarən  həmsədr  ölkələrin  vasitəçilik 
səyləri öz effektini vermir. Bu həmin dövlətlərin təcavüzkar Ermənistanı işğal-
çı siyasətinə görə cəzalandırmaq istəməmələrilə və həmin dövlətlərdə erməni 
lobbisinin  daha  aktiv  olmasıyla  izah  oluna  bilər.  Digər  tərəfdən,  Sovet  im-
periyası süqut etdikdən sonra, son on ildə Rusiyanın yenidən super güc ol-
maq  yolunda  siyasəti  və  dünyada  enerji  təhlükəsizliyi  nümunəsində  Avropa 
dövlətlərinin  Rusiyadan  asılılıqlarını  azaltmaq  cəhdləri,  Azərbaycanın  xarici 
siyasət prioritetlərindən olan Avropa Birliyinə və ümumiyyətlə qərbə inteqra-
siya ilə uyğunluq təşkil edərək onu mühüm tərəfdaş ölkəyə çevirməkdədir. Bu 
kontekstdə uğurlu balanslaşdırılmış xarici siyasət, Avropa dövlətlərini və ABŞ-ı 
Azərbaycanla siyasətlərində daha diqqətli olmağa vadar edir. Həm Rusiya, həm 
də Qərb üçün strateji əhəmiyyət daşıyan bir ölkə olaraq, Azərbaycanda İran və 
Türkiyə kimi region dövlətlərinin də maraqlarının olması Azərbaycanı mühüm 
etdiyi kimi, mürəkkəb siyasi labirint içərisində yol seçməyə də məcbur edir. 
Məqalənin  əsas  ideyasını  təşkil  edən  Dağlıq  Qarabağ  münaqişəsinin 
həllində  irəliləyişlərin  olmaması,  ATƏT-in  Minsk  qrupunun  formatının 
dəyişdirilməsi  zərurətini  yaratmaqdadır  və  bu  istiqamətdə  önəmli  olan  xü-
sus,  vasitəçi  statusunun  digər  bitərəf  dövlətlərə  verilməsi  ola  bilər.  Amma, 
geostrateji önəm daşıyan Cənubi Qafqaz regionundan Rusiya, Fransa və ABŞ 
kimi  dövlətlərin  neytrallaşdırılması  asan  deyil.  Enerji  layihələrinin  daha  da 
aktual  olduğu  bir  dövrdə,  xüsusilə  Rusiyanın  post-Sovet  məkanını  öz  nüfuz 
dairəsinə tam keçirmək istiqamətində həyata keçirdiyi siyasət, Qərbin regionda 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə