1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə43/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
106 
yaxşılaşdıran hər bir aktı
•  dövlətin «ictimai simasının» yaradılması üzrə tövsiyyələri 
•  anlaşılmazlığın mənbələrinin tapılması və aradan qaldırılmasına yönəlmiş 
addımları
•  xarici  əlaqələr  orqanlarının  müvafiq  təbliğat,  görüşlər,  toplantılar,  video 
göstəriləri vasitəsilə təsir dairəsinin genişlənməsinə yönəlmiş fəaliyyəti
•  xarici əlaqələr orqanları və ictimaiyyət arasında əlaqələrin yaxşılaşdırılması-
na yönəlmiş istənilən addımları
Xüsusilə,  Azərbaycanın  xarici  siyasət  orqanları  ilə  paralel  olaraq  xarici 
ölkələrdə  yerləşən  “Milli  İctimaiyyətlə  Əlaqələr  Departamentləri”nin  yaradıl-
ması və aktiv fəaliyyəti xarici siyasət sahəsində uğurlarımızı daha da artıra bilər.   
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin birin-
ci müşavirəsində  (27 iyul 2004) Prezident Ilham Əliyevin nitqi
2. J. L’Etang, Public relations as diplomacy, 1996
3. M.J. Dutta-Bergman, Civil society and communication, 2005
4. P.M. Von Eschen, Enduring public diplomacy, 2005
5. Jun Wang, The new public diplomacy: Britain and Canada compared, 2006 
6. Azərbaycan qəzeti, 9 Mart 2007 
7. 24. Xalq qəzeti, 18 Noyabr 2007
8. Berlin şəhərində Azərbaycan və Türk Diaspor Təşkilatlarını Əlaqələndirmə 
Şurasının illik iclasının materialları. Azərbaycan qəzeti, 28 Mart 2008
9.Azərbaycan  Respublikası  Prezidentinin  «Rusiya  Federasiyası  ərazisində 
ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haq-
qında» 22 Noyabr 2006-cı il tarixli 1788 saylı Sərəncamı
10. “İzvestiya” qəzetinin 30 sentyabr tarixli tematik əlavəsi 6 Aprel 2010
11. Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət or-
qanları rəhbərlərinin müşavirə (ikinci) materialları. Xalq qəzeti, 14 Avqust 
2006 
12. Azərbaycan Respublikasını diplomatik xidmət orqanları rəhbərlərinin üçün-
cü müşavirəsində prezident Ilham Əliyevin nitqi, 7 İyul 2008
13.  Ramiz Mehdiyev, “Gorus-2010: absurd teatrı mövsümü”, 2010
14. www.day.az,  2 İyul 2009
Rashad Agazade
Elements of public diplomacy in the foreign policy of Azerbaijan
Nowadays public diplomacy or grassroots diplomacy is often investigated 
and analyzed in sociology in the context of the international public relations. 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
107
Sociologists consider public relations as a tool of the international public dip-
lomacy. The article marks general features of the public diplomacy and the in-
ternational  public  relations,  also  referring  to  sociological  sources  affirms  the 
fundamental unity between public diplomacy and international public relations, 
investigates the difference of public diplomacy from traditional diplomacy. At 
the same time, the public diplomacy elements in Azerbaijan’s foreign policy and 
its chances in solving Nagorno Karabakh conflict are analyzed in the article.  
Решад Агазаде
Элементы  общественной  дипломатии  во  внешней  политике  
Азербайджана 
В  настоящее  время  общественная  или  народная  дипломатия  часто 
исследуется и анализируется в социологии в контексте международных 
общественных связей. Социологи считают общественные связи орудием 
международной общественной дипломатии. В статье отмечаются общие 
черты  общественной  дипломатии  и  международных  общественных 
связей,  со  ссылкой  на  социологические  источники,  утверждается 
фундаментальное единство между общественной дипломатией, народной 
дипломатией и международными общественными связями, исследуется 
отличие  общественной  дипломатии  от  традиционной  дипломатии.  В  то 
же время, в статье дается анализ элементов общественной дипломатии во 
внешней политике Азербайджана и возможности народной дипломатии 
в урегулировании Нагорно-Карабахского конфликта.


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
108 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
109
ERMƏNİSTANIN  
DAXİLİ VƏ XARİCİ 
SİYASƏTİ. ERMƏNİSTAN-
AZƏRBAYCAN DAĞLIQ 
QARABAĞ MÜNAQİŞƏSİ


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
110 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
111
Açar  sözlər:  Ermənistan,  Serj  Sərkisyan,  Levon  Ter-Petrosyan,  Parlament, 
seçkilər, Erməni Ümummilli Hərəkatı, müxalifət.
Keywords: Armenia, Serj Sargsyan, Levon Ter-Petrosyan, Parliament, elec-
tions, National Movement of Armenia, opposition.
Ключевые  слова:  Армения,  Серж  Саргсян,  Левон  Тер-Петросян, 
Парламент,  выборы,  Общенациональное  Движение  Армении, 
оппозиция.
“Qara qitə”nin 
inqilab dalğası 
və Ermənistan 
daxili siyasətinin 
dinamikası
Hatəm 
Cabbarlı
Azərbaycan Respublikası Milli Məclisi 
Aparatının Analitik informasiya şöbəsinin 
müdir müavini,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
hcabbarli@meclis.gov.az


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
112 
Giriş
Son zamanlarda ərəb ölkələrində başlanmış proseslərin təkcə bu ölkələrdə 
deyil, dünyanın müxtəlif bölgələrində antidemokratik rejimlərdə domino təsiri 
doğura biləcəyi haqqında fikirlər səslənməkdədir. Hadisələrin son dinamikasına 
nəzər  yetirdikdə  bu  fikrin  təsdiq  olunduğu  görünür.  “Qara  qitədə”  yarım 
əsrdən  çox  davam  edən  diktatorluq  rejimlərinin  devrilməsi  və  bəzilərinin 
“taxtının laxlaması” onu göstərir ki, hadisələr hələ yüksələn xəttlə davam edə 
bilər. Bu inqilab dalğasının Ermənistana təsir etməsi məsələsi erməni və bölgə 
mətbuatında müxtəlif paradiqmalardan müzakirə edilir. 
Ermənistanda hakimiyyət və müxalifət münasibətləri təhlil edildiyi zaman 
“Qara  qitə”dən  daha  əvvəl  müxalifətin  etiraz  səsinin  yüksəldiyini  görmək 
mümkündür.  Ermənistanda  2012-ci  ildə  Parlament,  2013-cü  ildə  prezident 
seçkiləri  keçiriləcəkdir.  2007-ci  ildə  Ermənistanda  keçirilən  parlament 
seçkilərindən sonra hakim Ermənistan Respublika Partiyası 29 fevralda Artur 
Bağdasaryanın  lideri  olduğu  “Orianç  Yerkir-Qanunlar  Ölkəsi”  və  oliqarx 
Qaqik Tsarukyanın lideri olduğu “Barqavaç Hayastan-Çiçəklənən Ermənistan”  
Partiyaları  ilə  üçtərəfli  kolalisiya  hökumətinin  qurulması  haqqında  müqavilə 
imzaladı.  Daha  sonra  ayrıca  imzalanan  müqavilə  ilə  Daşnaqsutyun  Partiyası 
da koalisiya hökumətində yer almış, ancaq 27 aprel 2009-cu ildə Ermənistan 
Türkiyə ilə ortaq bəyyannamə imzaladıqdan sonra prezident Serj Sərkisyanla 
görüşərək  6  may  2009-cu  ildə  koalisiya  hökumətindən  ayrılaraq,  müxalifət 
düşərgəsinə keçmişdir.
Son zamanlarda koalisiya hökumətinin digər ortaqlarının da istefa verəcəyi 
haqqında müxtəlif informasiyalar verilsə də, hələlik bu barədə deyilənlər təsdiq 
olunmamışdır.
Ermənistan müxalifətinin ümumi portreti [1]
2004-cü  ildə  Gürcüstanda  başlayan  “qərənfil  inqilabı”  və  2011-ci  ilin 
əvvəllərindən etibarən  “Qara qitə”də başlayan və dalğa-dalğa yayılan “Tunis 
sindromu”nun dinamizmi dəyərləndirildiyi zaman Cənubi Qafqaz regionunun 
siyasi reallıqları ilə bənzər və fərqli cəhətləri vardır. Ancaq postsovet məkanında, 
aşağıdakı ortaq xarakterik xüsusiyyətlər nəzərə alınmalıdır:
-güclü görünsə də siyasi sistemin zəifliyi;
-iqtidar və yaxud müxalifətin sosial bazasının gücü və potensialı;
-xarici  dövlətlərin  dəstəyinin,  geosiyasi  maraqlarının  və  bölgəyə  yönəlik 
güclər tarazlığının düzgün dəyərləndirilməsi;
-siyasi  partiyaların,  qeyri-hökumət  təşkilatlarının,  internetin  və  medianın 
siyasi sistemə təsir etmə imkan və bacarığı;
-inqilabın  baş  verməsi  üçün  iqtidar  partiyası  daxilindəki  anlaşılmazlıq  və 
problemlərin doğru təhlil edilərək prioritet məsələlərin seçilməsi;


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə