STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
102
matiyası səyləri durmadan artır. Mühüm tədbirlərdən biri Heydər Əliyev Fondu-
nun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xa-
nım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında Bakıda təhsil problemlərinə
dair uğurla keçirilmiş YUNESKO-nun regional konfransı, Azərbaycanın mədəni-
tarixi abidələrinin Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində apa-
rılan işlər, Muğam simpoziumları ölkəmizin həqiqətlərini təbliğ etmək baxı-
mından böyük ictimai təsir gücünə malikdir.
Sivilizasiyalararası körpü rolunu oynayan Azərbaycan Qərb və Şərq
mədəniyyətləri arasında dialoqun və dini tolerantlığın inkişaf etdirilməsinə
xüsusi əhəmiyyət verir. Bu səbəbdən, son illər ölkəmiz həmin sahədə bir sıra
təşəbbüslər irəli sürmüş, artıq dünyada özünəməxsus yer tutmuşdur. Bunların
sırasında Bakıda 2008-ci ilin iyun ayında Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qa-
dınların rolunun genişləndirilməsi” adlı Bakı forumunu, 2011-ci ilin aprel ayın-
da keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd
etmək olar.
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin
üçüncü müşavirəsində xarici siyasətdə ictimai rəyin rolu və ictimai əlaqələrin
əhəmiyyətindən danışan Prezidenti İlham Əliyev demişdir: “...Səfirlər bütün
dövlət, hökumət qurumları ilə sıx əlaqə saxlamalıdırlar, Azərbaycan həqiqətlərini
onlara çatdırmalıdırlar, ictimai qurumlarla fəaliyyəti gücləndirməlidirlər, xaricdə
yaşayan Azərbaycan icmaları ilə daha da sıx əlaqə saxlamalıdırlar. Mən hesab
edirəm ki, bu istiqamətdə son illər ərzində çox böyük işlər görülübdür. Demək
olar ki, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim diaspor strukturları-
mız formalaşıb və güclənir. Bu, həm orada yaşayan azərbaycanlılar üçün böyük
fayda gətirir,
həm də ki, Azərbaycanın siyasətinə böyük dəstəkdir. (12)
Xarici siyasətdə ictimai rəyin rolu və xalq diplomatiyasının əhəmiyyətindən
danışan dövlət başçısı bildirmişdir: “... Mən istəyirəm ki, Ermənistanın işğalçı
siyasəti nəinki dövlətlərin rəsmi orqanlarında, həm də ictimai rəydə, ictimaiyyət
arasında, mətbuatda tam şəkildə ifşa olunsun. Bu da çox önəmlidir. Çünki icti-
mai rəy dünyada və o cümlədən Azərbaycanda çox böyük rol oynayır. Münaqişə
haqqında dəqiq məlumat, Azərbaycan torpaqlarının uzun müddət işğal altında
qalması – bütün bu mövzular daim danışıqlar və fəaliyyət mövzusu olmalıdır.
Mən deyə bilərəm ki, beynəlxalq təşkilatlar öz yerində, biz beynəlxalq icti-
mai rəydə də müsbətə doğru dəyişiklikləri görürük. İndi Azərbaycanın iqtisadi
imkanları var. Xarici İşlər Nazirliyinin büdcəsi də ildən-ilə artır və nə qədər la-
zımdırsa biz bunu artıracağıq ki, Azərbaycanın haqq işi dünya birliyinə çatdı-
rılsın, dünya ictimai rəyində tam şəkildə ədalətli yanaşma üstünlük əldə etsin.
Bu bizə lazımdır, həm danışıqların davam etdirilməsi üçün, həm də ki, əgər da-
nışıqlar dayansa, başqa tədbirlərin görülməsi üçün. Bunlar səfirlər və səfirliklər
qarşısında duran əsas vəzifələrdir.”