STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
96
mai diplomatiya körpüsü atdı. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş
Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları beynəlxalq ictimai əlaqələr
səviyyəsində ölkəmizin nüfuzunu qaldırdı.
İctimai diplomatiyanın məqsədi ölkələr, xalqlar, siyasi liderlər, ictimai
xadimlər və sadə vətəndaşlar arasında bilavasitə təmas nöqtələri tapmaq və
ölkənin siyasəti və dəyərləri haqqında daha çox informasiya verməkdir. Baş-
qalarının səni tanıması və başa düşməsi üçün əvvəlcə sən özün digər tərəfi
eşitməyə və başa düşməyə çalışmalısan.
Heydər Əliyev siyasəti bu gün Azərbaycanda hər bir sahədə davam etdiri-
lir. Xarici siyasətimiz çox uğurlu və fəaldır. Azərbaycan beynəlxalq təşkilatlarda
çox önəmli yer tutur və mövqelərimiz möhkəmlənir. İndi Azərbaycanın müxtəlif
ölkələrdə 54 səfirliyi fəaliyyət göstərir ki, onların da əksəriyyətinin açılılması
haqqında son iki-üç ildə qərar verilibdir.
Bir çox alimlər ictimai diplomatiya və beynəlxalq ictimai əlaqələr arasın-
da fundamental vəhdət olduğunu qeyd edirlər. L’etang təsdiq edir ki, ictimai
əlaqələr gələcəkdə ictimai diplomatiya üçün müvafiq və yenilikçi ideyalara
stimul verə bilər (2). Alim ictimai diplomatiya ilə beynəlxalq ictimai əlaqələrin
ümumi cəhətlərini qeyd edərək, yazır: “Həm ictimai əlaqələr (public relatons),
həm də diplomatiya inam və danışıqlar strategiyası”ndan istifadə edir.” Çun Vanq
təkid edirlər ki, ictimai diplomatiya beynəlxalq ictimai əlaqələrin bir forması he-
sab edilə bilər. Bir cəhət diqqəti daha çox çəkir: həm beynəlxalq ictimaiyyətlə
əlaqələr, həm də ictimai diplomatiya əlaqələrin idarəetməsidir. İctimai diploma-
tiya beynəlxalq kontekstdə qarşılıqlı faydalı əlaqələr qurulmasına xidmət edir və
deməli milli dövlətlərin beynəlxalq ictimai əlaqələr qurmaq səyləri ilə sıx bağlı-
dır. Məsələn, Amerika Birləşmiş Ştatlarında Buş administrasiyasının 11 Sentyabr
hadisələrindən sonra Qlobal Kommunikasiyalar Ofisi yaratması ABŞ hökumətinin
beynəlxalq ictimai əlaqələri gücləndirmək üçün ictimai diplomatiyaya nə qədər
böyük əhəmiyyət verdiyini göstərirdi. Bu, daha çox ictimai diplomatiya vasitəsilə
beynəlxalq əlaqələrin idarə edilməsi zərurətindən xəbər verirdi (3).
Qloballaşma dövründə milli hökumətlərin sosial və iqtisadi prospektlərə
hesablanmış məqsədyönlü ictimai diplomatiyası ölkənin milli imicinin yaradıl-
masına xidmət edir. İndi interaktiv kommunikasiya üçün İnternetin yaratdığı
imkanlar ictimai diplomatiya proseslərinə daha dolğun və əhatəli məzmun ve-
rir. Qlobal internet şəbəkəsi informasiya, bilik və ideyaların yayılması üçün çox
əlverişli kanaldır.
Yeni kommunikasiya texnologiyaları bu gün xarici siyasətdə sürətlə tətbiq
olunur, dünya dövlətləri arasında ictimai diplomatiya sahəsində bir yarış və
rəqabət mühiti yaradır. Dövlətlər bu imkandan daha intensiv faydalanmağa ça-
lışırlar. Von Eşenə (4) görə, “qlobal media və texnologiya ictimai diplomatiyanı
açıq kommunikasiya forumuna çevirmişdir”. Kommunikasiya texnologiyaları-
nın inkişafı qeyri-hökumət təşkilatlarını, o cümlədən fəal ictimai qrupları, ayrı-
ayrı fərdləri ictimai diplomatiya prosesinə qoşur, milli dövlət və hökumətləri
Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL
97
həmin qüvvələrlə interaktiv əməkdaşlığa sövq edir. Milli hökumətlər bugünkü
ictimai diplomatiya sahəsində yeni kommunikasiya texnologiyalarını tətbiq
etməklə siyasət və diplomatiyada rəqabət üstünlüyü əldə etməyin əhəmiyyətini
getdikcə daha artıq başa düşürlər. Sayı milyonlarla ölçülən publika ilə işləməklə
bugünkü ictimai diplomatiya paradiqmasını dəyişmək mümkündür. Bunun
üçün dünya şəbəkəsi olan İnternetin əvəzi yoxdur. Çünki İnternet sərhəd ta-
nımır. İctimai əlaqələri ictimai diplomatiyaya tətbiq edərkən İnternetin dialoq,
ikitərəfli, və interaktiv təbiətini nəzərə almaq lazımdır. Fərdi və şəxsi təmaslar
qlobal ictimai təmaslara çevriləndə nəhəng gücə çevrilir, milli dövlətlərin icti-
mai diplomatiya səmərəliliyi artır.
Yun Vanq adlı tədqiqatçının fikrincə, “ictimai diplomatiya” (public diplo-
macy) termini neologizmdir, mahiyyətcə ənənəvi diplomatiyadan fərqli anla-
yışdır. O, diplomatiyaya daha geniş seqmentlər və daha geniş publika gətirir,
ənənəvi diplomatiya “hökumət-hökumət münasibətlərini” əhatə edirsə,
“beynəlxalq kommunikasiyanın müxtəlif növləri ilə silahlanmış ictimai diplo-
matiyanın hədəfi xarici vətəndaşlar və xalqlardır”. (5)
Bu gün ictimai diplomatiya proqramlarının həyata keçirilməsinə minlərlə
qeyri-hökumət təşkilatları (QHT), işgüzar və akademik dairələr, mədəniyyət və
incəsənət xadimləri cəlb olunur. Qeyri-hökumət təşkilatlarının ictimai diploma-
tiya proqramlarına cəlb edilməsi müasir siyasətdə ictimaiyyətin rolunun artma-
sı və QHT-lərin formal müstəqilliyi ilə izah olunur. Xarici ölkələrin vətəndaşları
dövlət müəssisələrindən çox, müstəqil QHT-lərə daha çox inanır, daha çox eti-
mad göstərirlər.
İctimai diplomatiya və ya xalq diplomatiyası xarici siyasətdə qabaqlayıcı
(preventiv) siyasi mexanizmdir. İctimai diplomatiya konkret xarici ölkədə ictimai
rəyi öyrənmək, onu formalaşdıranları məlumatlandırmaq və ona təsir etməklə
milli maraqların keşiyində durur. İctimai diplomatiya kütləvi auditoriyaya he-
sablanır. Güman olunur ki, ictimai rəy öz hökumətinə və siyasi sistemlərinə
təsir edə bilər. Hər cür ictimai diplomatiya konkret auditoriyaya təsir etmək
üçün müvafiq dil və obrazlardan istifadə edir. Məhz bu müəyyən olunmuş si-
yasi məqsədlərə çatmaq üçün imkan yaradır.
İctimai diplomatiya öz ölkəsi ilə xarici ölkə vətəndaşları arasında dialoqu
genişləndirmək məqsədi daşıyır. Fəal beynəlxalq mübadilə, informasiya proq-
ramlarının yaradılması, öz mədəni dəyərlərinin təbliği işini əhatə edir.
İctimai diplomatiya və ya xalq diplomatiyası ölkənin müsbət imicinin ya-
radılmasına xidmət edən əlaqələr qurmaq üçün beynəlxalq ictimaiyyəti
məlumatlandırma, digər xalqlarla təhsil, humanitar və mədəniyyət sahəsində
əlaqələr qurmaqdır. Xarici siyasətin əsas istiqamətlərindən olan iqtisadi meyar
üzrə XİN-in davamlı fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi potensialını və
işgüzar mühitini, azad biznesin inkişafı üçün yaradılmış əlverişli şəraiti nümayiş
etdirən investisiya və biznes forumları, habelə xarici ölkələrin hökumət və özəl
sektorunun nümayəndələrinin ölkəmizə səfərləri təşkil edilir.
Dostları ilə paylaş: |