Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
93
Açar sözlər: ictimai
diplomatiya, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan,
xarici siyasət, diplomatiya, KİV, lobbiçilik.
Kew words: public diplomacy, the Nagorno-Karabakh conflict, Armenia,
foreign policy, diplomacy, media and lobby.
Ключевые слова: общественная дипломатия, Нагорно-Карабахский
конфликт, Армения, внешняя полтика, дипломатия, СМИ, лобби.
Azərbaycanın
xarici siyasətində
ictimai
diplomatiya
elementləri
Rəşad
Ağazadə
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı
rashadagazade@yahoo.com
Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
95
Azərbaycanı xaricdə təmsil edən səfirlər, səfirliklərin digər işçiləri çalışmalıdırlar
ki, Azərbaycan haqqında reallıqlar o ölkələrdə
yaşayan ictimaiyyətə çatdırılsın.” (1)
Beynəlxalq münasibətlərdə ictimaiyyətlə
əlaqələrin fəallığı informasiya hücumu və xalq
diplomatiyası baxımından xeyli dərəcədə ak-
tualdır. Odur ki, Azərbaycan icmaları fəaliyyət
göstərdikləri ölkələrin ictimai-siyasi həyatında
daha fəal iştirak etməyə çalışırlar.
Azərbaycanın dövlət başçısının ölkənin
xarici siyasətinin uzunmüddətli strategiya-
sına xidmət edən bu çağırışı ictimai dip-
lomatik fəallığı xeyli artırmışdır. Dünya
Azərbaycanlılarının ardıcıl və davamlı keçiril-
miş qurultaylarından sonra xaricdə yaşayan
soydaşlarımızın təşkilatlanması prosesi daha
böyük vüsət almışdır. Onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iş-
tirak səviyyəsi yüksəlmiş, bu ölkələrdə mədəni irsimizin təbliği, digər xalqla-
rın, xüsusilə türk diasporları ilə əlaqələrin inkişafı istiqamətində canlanma əldə
olunmuşdur.
İctimai diplomatiyanın hədəfi (audutoriyası) həm xarici ölkələrin hökuməti
və elitası, həm də geniş ictimaiyyət, kütləvi informasiya vasitələri, mədəniyyət,
incəsənət xadimləri və yetişməkdə olan yeni nəsildir. İctimai diplomatiya dün-
ya ictimaiyyətinin gözündə öz hərəkətlərinə bəraət qazandırmaq üçün total
siyasət mexanizmidir.
Xarici siyasətdə ictimaiyyətlə əlaqələr
və ictimai diplomatiya
Son illər ictimai diplomatiya (public diplomacy) və ya xalq diplomatiyası
beynəlxalq ictimai əlaqələr (public relations) nöqteyi-nəzərindən daha çox
diqqət çəkir. Qloballaşma dövründə dünya ölkələri bütün səviyyələrdə adamlar
arasında şəxsi münasibətlər yaradılmasına böyük əhəmiyyət verirlər.
On altı il bundan əvvəl - 1994-cü il sentyabrın 30-da Azərbaycanın ümum-
milli lideri Heydər Əliyev BMT Baş Məclisinin sessiyasında ilk dəfə çıxış etdi. Bö-
yük öndər Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Dünya təşkilatları
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsində Azərbaycan
diplomatiyasının səsini eşitdilər. Sonralar, böyük siyasətçi Heydər Əliyevin BMT
Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin zirvə görüşündəki çı-
xışları diplomatiyamızın tarixində parlaq səhifələr yazmaqla dövlətimizin xa-
rici siyasətinin əsas prioritetlərini dünyaya çatdırıb. Dünya Azərbaycanlılarını
Azərbaycançılıq ideyası ətrafında birləşdirməklə böyük rəhbər dünyaya icti-
Amerika Birləşmiş Ştat-
larında Buş administ-
rasiyasının 11 Sentyabr
hadisələrindən sonra Qlobal
Kommunikasiyalar Ofisi
yaratması ABŞ hökumətinin
beynəlxalq ictimai əlaqələri
gücləndirmək üçün ictimai
diplomatiyaya nə qədər
böyük əhəmiyyət verdiyini
göstərirdi.