Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
105
Ermənistana gəldikdə isə vəziyyət daha mürəkkəb xarakter alır.
Ermənistanda “Qarabağ klanı” hakimiyyətdədir, bu ölkəyə rəhbərlik edənlər
bilavasitə Azərbaycan ərazilərinin işğalında iştirak ediblər. Qarabağ klanı
Ermənistan cəmiyyəti üzərində güclü hakimiyyətə malikdir. Digər tərəfdən,
erməni cəmiyyəti bütövlükdə təcavüzkarlıq xəstəliyinə tutulub. Bu ölkənin
mətbuatında Qarabağ münaqişəsinin mümkün həllinə dair bir dənə də olsun
ağlabatan fikrə rast gəlmək mümkün deyil. Elə bir erməni ziyalısı, ictimai xadi-
mi tapmaq
mümkün deyil ki, xalqı işğal edilmiş ərazilərin qaytarılmalı
olduğu-
na inandırmaq istəsin. Bütün ideologiya Azərbaycan ərazilərində ikinci erməni
dövlətinin yaradılmasını qanuniləşdirmək üzərində qurulub. Ermənistanın
siyasi rəhbərliyi danışıqlarda hər hansı konstruktivlik nümayiş etdirmir. Belə
vəziyyətdə ictimai diplomatiyanın tətbiqi də heç bir nəticə verə bilməz.
Digər tərəfdən, münaqişədə həddən artıq qan tökülməsi də xalq diploma-
tiyasının imkanlarını məhdudlaşdırır. Ermənilərin Qarabağda Xocalı soyqırımı
və digər hərbi cinayətlər törətməsi, işğal altındakı ərazilərdə yeridilən talançılıq
siyasəti, tarix-mədəniyyət abidələrinin izlərinin silinməsinə yönələn cinayətlər
fonunda Ermənistanla xalq diplomatiyasına dair istənilən təşəbbüs Azərbaycan
cəmiyyətində qıcıq doğurur.
Bununla belə, qəbul etmək lazımdır ki, əgər Ermənistanla Azərbaycan
arasında sülh danışıqlarında nə vaxtsa razılaşmanın əldə edilməsi yaxınlaşsa,
istər-istəməz ictimai diplomatiyanın rolu da aktuallaşacaq. Çünki əldə olu-
nacaq razılaşmanı həyata keçirə bilmək üçün cəmiyyətlə uzlaşma qaçılmaz-
dır. Deməli, ictimai diplomatiya ancaq danışıqlarda real irəliləyişlərin əldə
edilməsi zamanı effektli ola bilər. Ermənistanda isə hələ bu meyl hiss olunmur.
Əksinə, Ermənistan hakimiyyəti ictimai rəyi təcavüz faktını legitimləşdirməyin
mümkünlüyünə inandırmağa çalışır. Bu məsələ həm də İrəvandakı hakim elita
üçün öz hakimiyyətini saxlamaqda vasitəyə çevrilib.
Hadisələrin gedişi onu göstərir ki, ictimai diplomatiyanın tətbiqi cəmiyyət
tərəfindən nə qədər radikal qarşılansa da, qıcıq verici olsa da, razılaşma
əldə olunacağı təqdirdə dinc, yanaşı yaşamaq prinsipinin qəbul olunacağını
cəmiyyətə çatdırmaq üçün bütün vasitələrdən istifadə olunmalıdır. Əks halda
münaqişə
həll olunsa belə, lokal toqquşmalar qaçılmaz olacaq.
Nəticə
Ümumiyyətlə, bu sahənin inkişaf templərini nəzərə alaraq aşağıdakı
təklifləri vermək olar. İctimai diplomatiya fəaliyyəti həm dövlətlərin mərkəzi xa-
rici əlaqələr orqanları, həm də xaricdə yerləşən xarici əlaqələr orqanları, eləcə
QHT-lər, ayrı-ayrı ictimai-siaysi xadimlər, cəmiyyətin müxtəlif nümayəndələri
tərəfindən aktiv tətbiq olunmalıdır. Bu zaman ictimai diplomatiya fəaliyyəti
aşağıdakıları özündə birləşdirməlidir:
• həm ölkə daxilində, həm də xaricində dövlətlərarası qarşılıqlı anlaşmanı