46
-Ayaqüstü bir çay içək. Mən boyda
adama belə eləyən, görün, sizə neyləyər?!
Həyətdəcə adama bir piyalə çay içibib çıxdılar.
Əbdüləli müəllim içindəki sıxıntını gizlədə bilmirdi. Bir tərəfdən də gördüyü yuxu
onu sakit buraxmırdı. Axır ki, canını dişinə tutaraq Qarabay əkədən soruşdu: -Qarabay
əkə, atam Hacı Lətif kişi haqqında bir söz demədiniz.
Bura qədər basıb bağlayan Qarabay əkənin gözlərinə çökən buluddan üzünə kölgə
düşdü:
-Allah rəhmət eləsin!Odur, bax, Daut dağının başında durub gəlişinizi gözləyir.
Birdən-birə sanki hər şey dəyişdi. Əbdüləli müəllimin gözləri yandı.
Yanaqlarından qaynar göz yaşları süzülməyə başladı. Hönkürtüsünü boğmaq istədi.
Hıçqırdıqca qalxıb enən çiyinlərini saxlamaq üçün sanki əllərini yaylıq edib sinəsinə
bağlayan Əbdüləli müəllim sövqi-təbii olaraq atasının məzarına doğru irəlilədi. Qarabay
əkə ilə Bərdah əkə qabağa keçdilər ki, yolu göstərə bilsinlər. Qəbristanlığa çatanda
orada uyuyan mərhum və mərhumələrin ruhu şad olsun deyə əl açıb dua etdilər.
Hacı Lətif kişinin qəbri Davud dağının üzü cənub-qərbə baxan yaslan bir yerində
qazılmışdı. Qəbrin təzəliyi baş daşına bağlanan qara parçanın rəngindən bilinirdi. Yeri
çox mənzərəli bir yer idi. Buradan səmaya və uzaqlara baxmaq olardı. Bəlkə də,
Kokaraldan baxanda doğmalarını görə bilsin deyə onu Davud dağının döşündə dəfn
etmişdilər. Bu axşam çox qəribə axşam idi. Məhz bu axşam doğmaları Hacı Lətif kişinin
axirət evinin qarşısında idilər və onun əziz ruhuna dualar oxuyurdular.
Atasının qəbri qarşısında diz çöküb dərin düşüncələr içində hər şeyi unudan
Əbdüləli müəllimi
Mehralı
çiyinlərindən tutub silkələdi:
-Qalx, gör, kimlərin arasındasan.
Əbdüləli müəllim başını qaldırıb anasını,Əbdülməcidi və Hamidi başının üstündə
dayanan gördü. Qollarını açıb hamısını birdən bağrına basdı.
Qovuşur sevincə yenə göz yaşı...
Ürəklər dayanır sanki bir anlıq.
Başına sağlıqlar, susan baş daşı!
Əkiz doğulubdur işıq, qaranlıq.
Ürəklər dayanır sanki bir anlıq.
Hər
görüş bir cürə olur, nə etmək?
Axı, kim deyir ki, açan solmayır?
Oğultək atanın üstünə getmək
Bəlkə də hamıya qismət olmayır.
Axı, kim deyir ki, açan solmayır?
Onlar əllərini buraxmadan beləcə yavaş-yavaş dikəldilər. Sanki kimsə kiminsə
əlindən çıxıb qaçacağından ehtiyat edirdi. Əbdüləli müəllim bir də baxıb gördü ki, ətrafı
dolu adamdır. Sən demə, balaca Kokarala ildırım kimi yayılan xəbəri eşidənlər də
qəbristanlığa axışıblarmış. Əbdüləli müəllim bir anlığa özünü Nuxada olduğu kimi hiss
etdi.Onlar adamların əhatəsində evə qayıtdılar. Kənd camaatı evə girmədən Əbdüləli
47
müəllimə başsağlığı verib dağılışdı. Qarabay əkə dirəşib Bərdah əkə ilə
Mehralını
evinə
qonaq apardı.
Lampa işığında başlanan söhbət qurtarmaq bilmirdi. Balaca Hamid anasına
söykənərək yuxuya getmiş, Əbdülməcidin gözləri yuxusuzluqdan qan çanağına
dönmüşdü. Axırda Güllü xanım gözlərinin yaşını yaylığının ucu ilə silə-silə dedi:
- Allah bu camaatı qorusun. Bizə onlar arxa durdular.Torpaq sahəsi ayırdılar. Ev
tikdilər. Korluq çəkməyə qoymadılar. Amma ki, kişi üzülmüşdü. Nə qədər elədik,
sağalda bilmədik. Axır vaxtlar tez-tez:-Əbdüləli harada qaldı?-deyə soruşurdu. Heç
nədən xəbərimiz olmasa da, biz də:-Gəlir,-deyirdik. Oğlum, sən də yat, gözünün acı
çimirini al. Əbdülməcid sən də.
-Ana, yerimizi yanaşı sal, mən Əbdüləli qadamla yatacağam,-deyə Əbdülməcid
ayağa qalxdı.
Əbdüləli müəllim pəncərədən çölə baxdı. Səhərin alatoranında orda-burda banlayan
xoruzların səsi eşidilirdi.
**********
*****
Kokaral camaatı növbə ilə onları qonaq çağırırdı. Qarabay əkə başda olmaqla hamı
onların Kokaralda qalmasını istəyirdi. Hətta, yalvaranlar da olurdu. Onlar
Əbdülməcidin uşaqlarına oxumaq, yazmaq öyrətməsindən çox məmnun
idilər.Əbdülməcidin getməsi onlara faciə kimi görünürdü. Əbdüləlinin müəllim
olmasını bilən kimi daha da qızışdılar. And verib boğaz
çəkən kim, dil tökən kim...
Gedəsi gün yaxınlaşırdı. Kokarallılara qalsaydı, tutub zamanı da saxlayardılar. Bu
isə mümkün deyildi... Artıq bir həftə tamam olmuşdu.
Onları təntənə ilə yola saldılar. Hərə bir şey gətirmişdi. Yemək, içmək, şirniyyat ...
Cəmisi on beş-iyirmi evdən ibarət olan Kokaral kəndi həm sevinir, həm də kədərlənirdi.
Ona görə sevinirdi ki, bir ailə öz doğma yurduna qayıdırdı. Ona görə kədərlənirdi ki,
çox qiymətli adamları itirirdi. Axır ki, Bərdah əkənin qayığı Berqın sularında yırğalana-
yırğalana Kokaraldan uzaqlaşdı. Kokarallı bir qız o qayığın dalınca kədər və ümid dolu
baxışlarla baxdı. Baxdıqca da göz yaşları yanaqlarından sel kımi axdı. Heç kim ona:-
Ağlama!-demədi. Çünki ağlamağa dəyərdi.
BİRİNCİ HİSSƏNİN SONU
48
Kubinka
I
Artıq bir neçə gün idi ki, onlar Bakıda idilər. Min bir çətinliklə bir rus qarısının
evində mənzil kirayələmişdilər. Qarının kimliyi bəlli deyildi. Bəlli olan təkcə onun adı
idi: Babuşka Vera. Yerdə qalanı ilə maraqlanmağa da dəyməzdi, çünki qarının özü də
belə şeylərlə maraqlanmırdı. Ona kirayənişin lazım idi, bunlara da kirayə mənzil.
Mənzil Bakının Kubunka deyilən yerində yerləşirdi. Kubinka Şamaxı və Balaxanı
yollarının kəsişməsində yerləşirdi və Qubalı tacirlərin bayır bazar meydanı kimi əmələ
gəlmişdi. O sanralardan böyük bir məhəlləyə çevrilsə də, Kubinka olaraq qalırdı. Orada
hər cürə mal tapıldığından o, bir növ qapalı məhəllə sayılırdı. Ora hər deyəndə milis-
zad gələn yer deyildi.
Avqust ayının 20-nə iki gün qalırdı. Əbdüləli müəllim Mehralı qardaşla birlikdə
təcili olaraq Nuxaya yola düşdü. Mehralı qardaşın köməyinə ehtiyac var idi. Əbdül
Məcidin sənədləri oxuduğu Nuxa yeddillik məktəbindən götürülməli, nə yolla olursa-
olsun, familiyası və adında dəyişiklik edilməklə Bakıya çatdırılmalı idi. Sənədlərdə
onun adını “Əbdül Məcid” əvəzinə “Məcid”, atasının adını sadəcə olaraq “Lətif”,
familiyasını isə ata babasının adı ilə “Rəsulov” şəklində yazdırmaq qərarına
gəlmişdilər. Bunu edə biləcək yeganə adam Mehralı qardaş ola bilərdi. O da öz
növbəsində Siyasi İdarədə işləyən “Yumru qıza” ümid bəsləyirdi.
Hər şey yaxşı bir sonluqla nəticələndi. Təzələnmiş sənədlər vaxtında Bakıya
çatdırıldı.1931-ci ildə Rəsulov Məcid Lətif oğlu Nəriman Nərimanov adına Sənaye
texnikumuna daxil oldu. Texnikumun Üçüncü kursunda
oxuyarkən ona dərs deyən
M. Rəsulov N.Nərimanov ad. Bakı Sənaye
texnikumunda təhsil alarkən. Təxm. 1934-cü il.