2915-“ İ a şə m ə hsullar



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə52/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   48   49   50   51   52   53   54   55   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

 


82
Mühazirə 13. 
Tort və pirojnalar üçün yarımfabrikatların hazırlanması, onların bişmə 
rejimləri 
Plan:
1. Tort. Onların hazırlanması, bişirilməsi və bəzədilməsi. 
2. Müxtəlif yarimfabrikatların hazırlanması. 
1) Tort. Onların hazırlanması, bişirilməsi və bəzədilməsi. 
Tort yüksək qidalı və kalorili yeyinti məhsulu olmaqla yanaşı, həm də stolu 
bəzəməli, ona cəlbedici görünüş və bayram əhval-ruhiyyəsi verməlidir. Tortların 
hazırlanması üçün təzə və yüksək keyfiyyətli ənənəvi xammallarla yanaşı xüsusi 
dad və tama malik yeni xammallardan və yarımfabrikatlardan, meyvə və 
giləmeyvələrdən də geniş istifadə etmək lazımdır. Bəzənməsinə də xüsusi fikir 
verilməlidir. Bu isə tort bişirənin bacarığından, həvəsindən, bəzək üçün istifadə 
olunan əşyaların müxtəlifliyindən asılıdır. Əvvəllər daha çox biskvitli-kremli 
tortlar hazırlanırdı. Əsas yarımfabrikatlı biskvit və yağlı krem olmasına 
baxmayaraq səthinin bəzənməsinə, formasına, ölçüsünə və kütləsinə görə biskvitli-
kremli tortların 30-dan çox çeşidi hazırlanırdı. Müasir dövrdə, müxtəlif xəmirdən 
bişirilmiş yarımfabrikatlar əsasında 200-ə qədər çeşiddə tort hazırlanır. Həmin 
tortların bəzədilməsi üçün yağlı kremlə yanaşı zülallı krem, bişmiş krem, xamalı və 
xamalı-qaymaqlı kremlərdən, pomadkadan, jele kütləsindən və s. yarımfabrikatdan 
istifadə olunur. Tortların üzərinə müxtəlif güllər, yarpaq, modernləşdirilmiş 
omanentlər, şokolad fiqurlar, karamel bəzəkləri, meyvə-giləmeyvə, mürrəbə, sukat, 
marmelad və digər forma və bəzəklər vurulur. 
Tortların hazırlanmasında bir çox ümumi, texnoloji, gigiyenik və digər 
amillərə xüsusi fikir verilməlidir. Bunlardan əsasları aşağıdakılardır: 
1.
 
Bu və ya digər tortu hazırlamaq istədikdə, əvvəl reseptdə nəzərdə tutulan 
bütün xammalların evdə olması müəyyənləşdirilməlidir. Xammalların qarşılıqlı 
əvəz edilməsi tortun keyfiyyətinə və tamına mənfi təsiri göstərməməlidir. 


83

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə