66
1949 –cu illər boyu ABŞ antiinhisar orqanları tərəfindən davam edən
məhkəmə izləmələrinə dözə bilmədi. Bununla belə fəaliyyət dövründə
“FEB” karteli ilə yaxınlaşan bəzi elektrotexnika nəhəngləri tamamilə
başqa məhsul buraxılışı üzrə saziş bağladılar.
2.4.Q YMƏ TLƏ R N TƏ LƏ B D NAM KASINA TƏ S R .
Qeyd edildiyi kimi bəzən tələb hər hansı bir məhsulun qiyməti
dəyişərkən köklü şəkildə dəyişir.Belə tələbat elastik tələb adlanır.Əks
halda tələb qeyri elastik və ya nisbətən elastik olur. Gördüyümüz kimi
təyin edilmiş qiymətlərin dəyişilməsi müxtəlif ola bilər. Buna görə də
qiymətlərin dəyişilməsinin tələbın dəyişilməsinə təsirini əsaslı şəkildə
nəzərdən keçirək.
Ümumi halda bu və ya digər məhsul üçün tələb elastikliyi mənfi
olmalıdır.Başqa sözlə desək, hər-hansı bir məhsul üçün qiymət artımı
olduqda ona olan tələb aşağı enir. Amma elə məhsullar da var ki,hətta
qiymət qalxdıqda belə onlara olan tələb enmir, əksinə, qalxır. Belə
olduqda söhbət məhsula tələbın müsbət elastikliyindən gedir. Bazar
davranışı statistikasında belə görünüş “Giffen paradoksu”adlanır.
X X əsrin axırlarında ingilis statistiki R.Giffen britaniyalı
kömürçıxaran
fəhlələrin
büdcəsini
öyrənirdi.O,müəyyənləşdirdi
ki,çörəyə olan qiymət hər dəfə qalxsa da (məhsul heç də ucuz məhsul
deyil,amma gündəlik olaraq zəruridir)ona olan tələb enmirdi,əksinə
qalxırdı.Yalnız XX əsrin 20-ci illərində o vaxtlar az tanınmış olan
iqtisadçı E.E.Sulutski taliyanın iqtisadi-statistik jurnalında yerləşdirdiyi
məqaləsində bu paradoks üçün izahat verdi.
Alimin fikrincə, çörəyin qiymətinin qalxması ona görə ona olan
tələbatın azalmasına gətirib çıxarmır ki,çörək sadəcə olaraq ilkin
zəruriyyət məhsulu deyil,həyati zəruri olan bir məhsuldur.Tələb
müəyyən səviyyədən aşağı enə bilər,amma tam olaraq azalmaz.Burada
məhdudiyyət yalnız alıcının maliyyə imkanlarında ola bilər.Buna görə
də çörəyin qiyməti artarkən digər ərzaq məhsullarını əldə etmək imkanı
azalır.( məs:ət,yağ,meyvə və s.).Bunların əvəzinə çoxlu miqdarda,amma
nisbətən ucuz olan məhsul – çörək alınır.
Belə hesab edilir ki,bu paradoksal qanunauyğunluq “2-ci çorək
üçün” – kartof üçün və bəzi tərəvəz məhsulları üçün də qəbul
67
edilir.Amma ucuz məhsullar üçün tələbın artması qida strukturunun
korlanmasına gətirib çıxarır.
Qiymət dəyişikliklərinin tələb dinamikasına təsirini öyrənmək
üçün çarpaz elastiklik anlayışını nəzərdən keçirək.
Məlum olduğu kimi məhsula olan tələb səviyyəsi təkcə həmin
məhsulun qiymətindən deyil, həm də qarışıq mallara olan qiymətlərdən
asılıdır.Birinci növbədə bu məhsulun əvəzedicilərinə aiddir.
Belə asılılığı kəmiyyətcə ölçmək üçün çarpaz elastiklik
əmsalından istifadə etmək qəbul edilmişdir.Hər hansı 2 məhsul üçün
tələbın çarpaz elastiklik əmsalı bu məhsullardan birinin satış qiymətinin
bir faiz dəyişilməsi zamanı digərinə tələb səviyyəsinin faizlə
dəyişilməsinə bərabərdir.
ki məhsulun tələbının çarpaz elastiklik əmsalı məşhur statistik
formulalara görə hesablanır və bunları riyazi statistikada xüsusi
ədəbiyyatda tapmaq olar.
Tələb üzrə çarpaz elastiklik əmsalının ən müsbət işarəsi ondan
ibarətdir ki, hər hansı bir məhsula olan tələb artarkən digər məhsula da
tələb artır.Əksinə,tələb üzrə çarpaz elastiklik əmsalının mənfiliyi o
deməkdir ki,bir məhsula tələb azalarkən digər məhsulun qiyməti artır.
Məsələn,A.N.Tsatsulin tərəfindən tədqiq edilərək nəşr edilmiş
Sankt-Peterburq şəhərində qənnadı məmulatlarının satışı haqqında
statistik məlumatların öyrənilməsi zamanı aşağıdakılar məlum
oldu.”Şokoladlı konfetlər” adlı məhsullar üçün qiymətlərin 1 %
artırılması ona olan tələbatın 0,924% azalmasına gətirib çıxa-
rır;Bütövlükdə şəkərli məmulatlar üçün qiymətin 1 % yüksəlməsi 2,957
%-ə enir.Yaxın məhsul-əvəzedicilərə - karamel,noğul,iris və s. –
qiymətlərin 1 % belə yüksəlməsi uyğun olaraq şokolad məmulatlarına
olan tələbın 0,029; 1,214; 0,160% və s. artması ilə nəticələ-
nir.Deyilənlərdən yalnız birincisi birbaşa elastiklik əmsalıdır,qalanları
isə əvəzedici məhsullara aid olan çarpaz qiymət elastikliyidir.
Bir qayda olaraq,əvəzedici məhsullara çarpaz elastiklik əmsalı
müsbət olmalıdır.Çarpaz elastiklik əmsalının mənfi olması tələbın digər
əvəzedici məhsullara keçməsi deməkdir.
Hal-hazırda belə hesab edilir ki,adi tələb əyrisinin (yəni tələb –
qiymət koordinatı əsasında qurulan əyri )mənfi yönəlməsi var.Başqa
sözlə desək məhsulun qiyməti və ona olan tələb arasında əks asılılıq (
proporsional olması vacib deyil) vardır.Ümumi tələb qanununun müasir
anlayışı bundan ibarətdir.
68
Real olaraq elə hallar baş verir ki,bunları ümumi qanundan kənar
olaraq nəzərdən keçirmək olmaz.Belə hallara aiddir:
*Snoblar (özünü aristokrat göstərməyə çalışan şəxs) məhz elə
məhsulları almağa çalışır ki,onların qiymətləri get-gedə qalxsın və bu iş
təəssürat yaratmaq məqsədi ilə həmin məhsullara olan tələbdən asılı
olmayaraq həyata keçirilir ( snob effekti ).
*Məhsul bahalaşdıqca daha böyük həcmdə məhsul alan
istehlakçıların nümayişkəranə davranışı ( Veblen effekti )
*həmcins olan eyni mallar müxtəlif mağazalarda yüksək
qiymətlərlə satılır.Çox vaxt hətta səhv fikir də irəli sürülür ki,guya
qiymətin yüksək olduğu mağazada keyfiyyət yüksəkdir;
Alıcılar məhsul qiymətinin gələcək artımını gözləyərək alış
həcmini yüksəldirlər ( gözlənilən qiymət dinamikası effekti ).
“Tələbin dəyişməsi” və “Tələb həcminin dəyişməsi” anlayışlarını
ayırmaq lazımdır.
Tələb həcminin dəyişilməsi – tələb əyrisi boyunca (yuxarı və ya
aşağı) məhsulun qiymətinin dəyişilməsinin təsiri altında hərəkət
deməkdir ( şəkil 2.9 (a) ).
Шякил 2.9. Тяляб щяжминин вя тялябин дяйишмяси хятляри
Tələbin dəyişməsi - tələb əyrisinin özünün istehlakçının
gəlirləri,üstünlükləri,əvəzedici məhsulların qiymətləri və digər
faktorların dəyişilməsinin təsiri altında yerdəyişməsi deməkdir (şəkil
2.9(b) ).
Şəkil 2.9(a) üçün tələbin dəyişməsinin ümumi qanununda, əgər,
q
2
>q
1
,isə onda p
2
1.
Şəkil 2.9(b) üçün əgər q=const olarsa, onda.
Tələb elastikliyi işarəsindən başqa ( “minus” və ya “plyus” )
elastiklik əmsalının mütləq kəmiyyəti də böyük əhəmiyyət kəsb edir.
P1
P1
P1
P1
а)
б)
П
П
г
г
1
г
2
г
г
Dostları ilə paylaş: |