61
Şəkil 2.8. Bazarların təsnifatı
Dövlət sərhədlərinin genişləndirilməsi: Məhsul satışı üçün əlavə
bazar axtarışı: yeni regionlar və hətta bütövlükdə bir ölkə, istehsal və ya
satış kompaniyalarının yeni növləri, əhalinin yeni istehlakçı qrupları.
Fəaliyyə göstərən bazara yeni, təkmilləşmiş məhsul növünün təklif
edilməsi (məsələn: ağ-qara televizorlar bazarında rəngli televizorların
daxil olması)
stehsal – satış imkanlarının diversifikasiyası: Diversifikasiyanın mənası
– yeni məhsulun əlavə bazarlara doğru irəliləməsidir. Məsələn: əgər
müəssisə mini-çörəkbişirmə aparatları istehsalı ilə məşğul olarsa və bu
şəbəkəni əvvəllər buna bənzər heç bir şey olmadığı kənd və rayonlarda
yayımlayarsa bu, müəssisə üçün çox məqsədəuyğun sayılır.
Bazarda bu və ya digər fəaliyyət strategiyasını seçərkən
müəssisə öz fəaliyyətini uyğun şəkildə etməli və qiymət əmələ gəlmənin
strategiyasını da bura daxil edərək onu düzgün idarə etməlidirlər.
Bazarda müxtəlif səviyyəli rəqabət və satıcılar və yaxud alıcılar
arasında intensivliyi müxtəlif dərəcəli özünəməxsus yer tutur. Alıcıların
və satıcıların sayı arasındakı münasibətdən fərqli olaraq əmtəə
bazarlarının ayrı-ayrı növləri aşağıdakı kimi təsniflənir: (Şəkil 2.1).
Şəxsi istehlak maları bazarı
Müxtəlif istehlakçı
qrupları
Bütün bazarlar
Investisiya əhəmiyyətli məhsulların
bazarı
Xarici
bazar
Daxili
bazar
Istehsal
müəssisələri
Digər sfera
Müxtəlif istehlakçı
qrupları
Xarici bazar
Daxili bazar
Dövlət müəssisələri
Digər müəssisələr
62
1) kitərəfli (dialoq) satış və tələb inhisarı; yəni bazarda yalnız və
bir satıcı var.
2) Tam satış inhisarı; yəni alıcı çox, satıcı isə təkdir.
3) Tam tələbat inhisari (monopsoniya, yaxud satıcı monopsoniya)
– bazarda çox sayda satıcı və yalnız bir alıcı var.
4) Məhdud tələbat inhisarı – yəni bazarda bir neçə satıcı və yalnız
bir alıcı var.
Cə
dvə
l 2.1
Ə
mtəə bazarlarının təsnifatı
T ə
l ə
b a t
Bir alıcı
Bir neçə
alıcı
Çox sayda alıcı
T
ə
k
l i
f
Bir satıcı
Ikitərəfli inhisar
Məhdud inhisar
Tam satış inhisarı
Bir neçə satıcı
Məhdud inhisar
Ikitərəfli inhisar
Satış oliqopoliyası
Çox sayda satıcı
Monopsoniya (tələb
inhisarı)
Tələb inhisarı
Tam tələbat
5) Satış oliqopoliyası – bazarda çox sayda alıcı və yalnız bir neçə
alıcı var;
6) Tələbat oliqopoliyası – bazarda bir neçə alıcı və çox sayda satıcı
var;
7) Ikitərəfli oliqopoliyası – bazarda bir neçə alıcı və bir neçə satıcı
var;
8) Tam və ya ideal rəqabət – bazarda çox alıcı və çox satıcı var.
Bazar rəqabəti şəraitində üstünlük o tərəfə verilir ki, fəaliyyətə
səmərə gətirsin:
1. alıcılar üçün bazarda perspektivli və çox alınan məhsul təqdim
edir;
2. istehsal texnologiyası elə dəyişir ki, o, məhsul vahidinə düşən
xərcləri xüsusi çəkisini aşağı salır;
3. xamal və materialların qiymətlərindəki dəyişiklik nəzərə alınır;
4. alıcının tələb etdiyi məhsulların bazara daxil olmasının
səmərəliliyinin yüksəlməsi
Belə hallarda müəssisənin fəaliyyətinə aşağıdakılar təsir
göstərir:
63
1) Eyni məhsul bazarında iştirak edən müəsisələr tətəfindən real
rəqabət
2) Xammal, material və məlumat təchizatçıları tərəfindən göstəriş
3) Alıcıların iqtisadi maraqları
4) Rəqiblərin iştirakı
5) Bazarda yeni rəqabətyönlü əmtəə və xidmətlərin yaranma
təhlükəsi.
Bəs müəssisənin fəaliyyət səmərəliliyinin artırılması üçün nə
etmək lazımdır? Ümumi mənfəət – məhsulun satış məbləğindən bütün
zəruri xərclər çıxarıldıqdan sonra əldə qalan nəticədir. Müəssisənin
iqtisadi fəaliyyətinin tarazlıq şərtləri ondan ibarətdir ki, məhsul
istehsalının orta xərc həddləri faktiki satış qiymətinə bərabər olsun.
Əgər satış qiyməti orta hədd xərclərindən çox olarsa, onda
müəssisə ona uğurlu inkişaf vəd edən mənfəət əldə edir. Əksinə, əgər
məhsulun satıldığı qiymət orta həddə qiymətindən aşağı olursa, onda
müəssisə itki ilə işləyər. Bu halda müəssisə ya bazardan getməli, ya da
ki, mənfi ticarət balansını dəf etmək istiqamətində yönəldilmiş tədbirlər
göstərməlidirlər. Amma bütün bu deyilənlər yalnız hər bir şeyin tələb və
təklifin balanslaşdırılması yolu ilə həll edildiyi xalis rəqabət şəraiti üçün
düzgün sayılır.
Ümumi mənfəətin maksimumu heç də həmişə məhsul vahidinə
düşən mənfəətin maksimumu ilə uyğunlaşmır.Buradan da belə nəticə
çıxarmaq olar ki, inhisarçı heç də həmişə məhsul üçün ən yüksək
qiyməti müəyyənləşdirmir – bir sıra hallarda onlar tərəfindən
müəyyənləşdirilən qiymətlər məhsul həcmini stimullaşdırmaq üçün çox
aşağı olur.
Əgər tələbat məhsulun qiymətindən aşağı olarsa ,onda inhisarçı
daha aşağı səviyyəli qiymətlər müəyyənləşdirir,beləliklə böyük həcmdə
satış prosesi stimullaşdırılır və nəticədə əldə edilən ümumi mənfəət
kütləsi artmış olur.
Oliqopoliyada ,əgər satıcıların və alıcıların sayı məhdud
olarsa,qiymətlər xüsusi razılaşmalar əsasında,qiymət liderliyi əsasında
və s. müəyyənləşdirilməlidir.
Bazardakı rəqabət şərtlərindən asılı olan qiymət səviyyəsi
əsasında müəssisənin səmərəli fəaliyyət göstərib göstərməməsi haqqında
nəticə çıxarmaq olur.
Müəssisənin iş səmərəliliyinin qiymətləndirilməsində 2
yanaşma vardır. Birinci halda müəssisənin ümumi gəlirlərini onun