F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2
d
əyərləndirir. Bunun ardınca o, digər ehtiyacların təmin olunması yolların-
dan b
əhs edir və bu sırada əkinçilik, sənətkarlıq və inşaat sahəsində fəaliy-
y
əti, əmtəə mübadiləsi, ailə institutunun formalaşması kimi məsələləri incə-
l
əyir. Şah Vəliyullaha görə, əkin əkib-becərmək, suvarma şəbəkəsi yarat-
maq, heyvanları əhlilləşdirmək və onlardan (ətindən, südündən, dərisindən
v
ə s.) istifadə etmək qida ehtiyaclarını qarşılamaqda önəmli fəaliyyətlərdən-
dir; s
ənətkarlıq insanların həyati ehtiyaclarını təmin etməyin vacib yolların-
dan
dır; insanları qışın soyuğundan və yayın istisindən
qorumaq üçün təbii
sığınacaqlardan istifadə etmək və zamanla evlər tikmək ehtiyacları qarşıla-
maq üçün vacib şərtlərdəndir (1, 133-134).
Filosof sosial sistemi inkişaf prosesində götürərək, təbii ehtiyacların
(yem
ə, içmə, isti və soyuqdan qorunma, cinsi əlaqədə olma və s.) təmin
olun
masının yeni ehtiyaclar doğuracağı nəticəsinə gəlir və dövlətçilik insti-
tutunun meyd
ana çıxmasını da bu baxış bucağından izah edir. Şah Vəliyul-
la
hın əsaslandırmasına görə, insanlar qarşılanması vacib olan ehtiyac və is-
t
əklərə görə eyni olsalar da, təbiətcə fərqlidirlər ki, bu da fərdlərarası müna-
sib
ətlərdə, yardımlaşma və işbirliyində xoşa gəlməyən halların (haqq və hü-
qu
qun inkarı, məsuliyyətdən boyun qaçırma, paxıllıq, xəsislik və s.)
ortaya
çıxmasını şərtləndirir. Belə halları önləmək və ya nizamlamaq üçün insanlar
z
əruri olaraq idarəçilik qurumuna ehtiyac hiss etmişlər. Mütəfəkkirin fikrin-
c
ə, dövlət sosial ədalətin bərqərar olmasında ən başlıca rol oynamalıdır. İn-
san
ların asayiş və təhlükəsizliyini
təmin etmək, zülm və fəsadların (adam öl-
dürm
ə, döymə, oğurluq, xalqı üsyana qaldırma, zina və s.) qarşısını almaq,
rüşvət və qumar kimi sosial bəlaları, ticarətdə pis vərdişləri (çəki və ölçüdə
al
datma, ehtikarlıq, mallarda qüsuru gizlətmə və s.) önləmək və aradan qal-
dırmaq dövlətin əsas vəzifələrindəndir (1, 152-153). Bunlarla yanaşı, dövlət
toplumu inkişafa və xoşbəxtliyə aparacaq yol və vasitələr tapmalı və tətbiq
etm
əlidir. Şah Vəliyullaha görə, dövlətin fəaliyyətində və sosial nizamın
t
ənzimlənməsində müxtəlif peşə və ixtisasların xalq arasında müəyyən nis-
b
ətdə paylanmasına nəzarət mühüm yer tutmalıdır. Onun müşahidə və araş-
dırmalar əsasında gəldiyi qənaət bundan ibarətdir ki, peşə və sənət sahələri
xalq arasında düzgün bölüşdürülməsə, toplumun sosial-iqtisadi həyatında
geril
əmə baş verəcəkdir. Məsələn, xalqın böyük əksəriyyətinin ticarətlə
m
əşğul olması kənd təsərrüfatının geriləməsinə yol açacaq. Yaxud da çox-
luq h
ərbi işlərə meyl edərsə,
geriləmə həm ticarətdə, həm də kənd təsərrüfa-
tında özünü göstərəcəkdir (1, 153).
- 70 -
F
əlsəfə tarixi
Ş.V.Dehləvi sosial ədalət prinsipləri üzərində qurulmuş və iqtisadi
baxımdan güclü bir sistemi xalqın rifah və xoşbəxtliyinin əsas meyarların-
dan biri kimi t
əqdir edir. Belə bir sistem islamın təbliğ etdiyi prinsiplərə də
uy
ğundur. Dövlət belə bir sistem qurub onu yaşada bilmədiyi halda tənəzzü-
l
ə məhkumdur. Mütəfəkkir bu baxış bucağından və öz dövrünün şərtlərin-
d
ən çıxış edərək, dövlətin çöküşünün iki əsas səbəbini göstərir: birincisi,
dövl
ət xəzinəsinin talan olunması – bu bir qisim insanın dövlət büdcəsindən
müt
əmadi maddi yardım alması nəticəsində baş verir. Bu insanların sırasın-
da x
əzinədə haqqı olan hərbçilər və elm adamlarından başqa dövlət adam-
la
rının mükafatlandırdığı şairlər, zahidlər və dilənçiliyi adət halına gətirən
tüfeylil
ər də var. İkincisi, kəndlilərin, tacirlərin və digər peşə sahiblərinin
üz
ərinə ağır vergilərin qoyulması. Bu hal bir tərəfdən verginin
ödənilməsi-
nin mümkünsüzlüyün
ə, digər tərəfdən isə iqtisadiyyatın geriləməsinə səbəb
ola bil
ər; yaxud da bəzilərinin vergidən yayınması, ya da üsyana qalxması
il
ə nəticələnə bilər (1, 154-155). Nəticədə ölkə tənəzzülə uğrayar. Buna görə
d
ə filosof dövlətin belə halların qarşısını almasını zəruri sayır.
Şah Vəliyullah insanların yaşayış səviyyəsində, maddi durumunda da
orta yolu tövsiy
ə edir. O, nə aşırı maddi rifahı, nə də yoxsulluq və səfaləti
t
əqdir etmir.
Mütəfəkkirin fikrincə, maddi rifahın yaxşı tərəfi ilə yanaşı pis
t
ərəfi də var: aşırı mal-mülk, var-dövlət düşkünü olanların mənəvi saflığı
pozulur, onlar göz
əl əxlaq prinsiplərindən uzaqlaşırlar. Lakin Şah Vəliyul-
lah dünya nem
ətlərindən imtina etməyi də düzgün saymır və Allahın kasıb-
ları sevdiyinə dair müsəlmanlar arasında kök salmış fikrin də yanlış olduğu-
nu
əsaslandırır. İslam insan həyatının hər iki dönəminə (dünya və axirət hə-
ya
tı) eyni səviyyədə yanaşılmasını təbliğ edir, var-dövlət
hərisi olub nəfsini
axir
ət üçün saflaşdırmamağı məqbul saymadığı kimi, dünya malından əl
ç
əkmək, gözəlliklərdən üz çevirmək kimi davranışları da təqdir etmir. Ehti-
yac
ların qarşılanmasına laqeyidlik göstərmək Allahın məmnun qaldığı bir
şey deyildir. Buna görə peyğəmbər də dünya nemətlərindən əl çəkərək özü-
nü ibad
ətə həsr etmək istəyən kəslərə qarşı çıxmışdır. Ən yaxşısı orta yol-
dur. İslamın da təbliğ etdiyi “dəngəli bir həyat tərzinin əsas alınmasıdır” (1,
188; 385).
Şübhəsiz ki, bir məqalədə Ş.V.Dehləvi kimi böyük düşüncə sahibinin
f
əaliyyətini və dünyagörüşünü yetərincə təhlil
etmək və dəyərləndirmək
mümkün deyil. Amma hesab edirik ki, bu m
əqalə ilə tədqiqatçıların diqqə-
tini Şah Vəliyullaha yönəldə bilərik.
- 71 -