Alatoran-15-an-son-2010-1: Layout qxd


Sabir Əhmədli haqda yazı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
58
Sabir Əhmədli haqda yazı
S
abir Əhmədli 78 yaşında vəfat etdi. Sabir müəllim
Azərbaycan ədəbiyyatının sütunlarından biriydi.
Sabir Əhmədli Azərbaycan tarixində ən çox roman yazmış
yazıçıydı. Sabir Əhmədli “Yamacda nişanə”, “Qanköçürmə
stansiyası”, “Yasamal gölündə qayıqlar üzür”, “Ömrün
urası”, “Axirət sevdası” kimi ciddi əsərlərin müəllifi idi. Bu
əsərlərin eləcə adına fikir verin, hər bir addan poetika yağır,
istedad yağır, ədəbi enerji yağır.
Istedad və şəxsiyyətin nisbəti haqda çox deyilib, yazılıb.
Elə bu köşədə siz mənim neçə yazıçı haqda tənqidi yazılarımızı
oxumusunuz. Yenə də deyirəm, istedad insana onu satmaq üçün
verilmir.
Sabir Əhmədli isə istedadını möhkəm xarakteri ilə
cilalamış nadir adamlardan biriydi. O, “Ədəbiyyat qəzeti”ndəki
korrupsiyalar müzakirə olunan vaxtı vəfat etdi. Hərçənd Sabir
Əhmədlini də guya mənimsəmələrə görə işdən kənarlaşdır-
mışdılar. Amma Sabir Əhmədli elə bir qaya idi ki, küləklər
ondan heç nə apara bilməzdi. O, ömrünün son günlərinə qədər
hamının qarşısında dik dayandı. Və onun təntənəsiz, sakit hətta
bəlkə bir az da hörmətsiz dəfni Sabir Əhmədlinin ömür yolunu
çox gözəl tamamlayırdı.
Sabir Əhmədli yaşadığı iki quruluşun - Sovetlərdə və
müstəqillik illərinin bədəlini ağır ödəmişdi. Belə ki, onun qar-
daşı Cəmil Əhmədov 19 yaşında II Dünya müharibəsində həlak
olmuşdu. Qarabağ müharibəsində isə universiteti atıb cəbhəyə
könüllü gedən oğlu Məhəmməd şəhid oldu. Görənlər danışır ki,
həyat yoldaşının Sabir müəllimə ağlaya-ağlaya dediyi bu xəbəri
- Məhəmmədin könüllü cəbhəyə yollanması xəbərini Sabir
müəllim heyranlıqla və məmnunluqla qarşılamışdı.
Sabir müəllim dəfələrlə cəbhə bölgəsinə gedir, əsgərlərlə
görüşürdü. Bir dəfə isə oğlu Məhəmmədin döyüşdüyü hərbi
hissəyə getmək təklifini Sabir müəllim rədd eləmiş, qonşu hərbi
hissəyə getmişdi. Özü yanındakılara demişdi: “Qoy elə
bilməsinlər ki, oğluna yardım aparır”. Bakıya qayıdanda isə
artıq gec idi, Məhəmmədin ölüm xəbəri gəlmişdi.
Həm II Dünya, həm də Qarabağ müharibəsində yaxın-
larını itirmiş adamların sayı elə də çox deyil. Yazıçılar arasında
isə bircə Sabir Əhmədli bu iki ağır əzaba qatlaşmalı olmuşdu.
Lakin onu daha artıq dərəcədə böyük edən tamam başqa
səbəblər idi; möhkəmliyi, dönməzliyi.
Sabir müəllimin “Yamacda nişanə” adlı bir romanı var.
Romanın qəhrəmanı Laçın əyalət sakitliyinə alışmaq istəmir, o,
ürəyinin istədiyi kimi yaşamaq istəyir. Axırda isə yanğın-
söndürən maşının sirenasını açıb aləmə səs salır. Sabir müəllim
də belə bir ömür yaşadı. O, susmaq, sürüyə qoşulmaq istəmirdi.
Sabir müəllimin yazdığı romanları, yaratdığı obrazları
bir kənara qoyaq. O, xalq yazıçısı idi. Əslində o, bu adı elə yaz-
mağa başladığı ilk günlərdən almışdı. Bu adın rəsmiləşməsi isə
1992-ci ilə təsadüf edir. Amma onun dəfnində nə prezident əl
boyda bir nekroloq mətni imzaladı, nə də o, Fəxri xiyabanda
dəfn olundu. Onun dəfninə mədəniyyət naziri də gəlmədi.
Yazıçılar Birliyinin sədri Anar da dəfndə görünmədi.
Amma mən bu dövlətin, Yazıçılar Birliyinin,
Mədəniyyət Nazirliyinin hərəkətsizliyinə görə qətiyyən rəncidə
olmuram. Çünki Sabir Əhmədli böyük yazıçıdır. Sabir Əhmədli
lap tez, “Yamacda nişanə” romanını yazıb rahatca ölə də bilərdi.
Sabir Əhmədlinin Fəxri xiyabanda dəfn olunmaması da heç
nəyi dəyişdirmir. Çünki nə qədər Azərbaycan dilində yaşayan
insanlar olacaq, nə qədər ki, bu dildə ədəbiyyat yaranacaq
Sabir Əhmədli də var olacaq. Ruhlarını şeytana satmışların
isə səltənəti uzun sürməyəcək.
Çünki çox yox, iyirmicə il sonra, Sabir Əhmədlinin
yanında cılız kreslo sevdasıyla ömür sürən məmur-yazıçıları
heç kim tanımayacaq. Onlar ictimai nifrət quyularında boğula-
caqlar.
Və nə qədər Azərbaycan varsa, Sabir Əhmədli də ola-
caq.
Anar və Rafiq Tağı
P
rofessor Cəmil Həsənli insanı çox təəccübləndirməyi
bacaran adamlardandır. O, 2005-ci ildə mandatdan
imtina etməyib parlamentə üz tutdu. Aqil Xəlil hadisəsində
Cəmil müəllim məsələyə olduqca sərt reaksiya verdi və biz
Qan Turalı 


АЛАТОРАН № 15, YANVAR 2010
59
yenə də təəccübləndik. Referendum parlamentdə səsə qoyu-
landa Cəmil müəllim bizi bitərəf qalmaqla təəccübləndirdi.
Başqa bir gözlənilməz adam - Əkrəm Əylisli də bu səsverməyə
qatılmamışdı. Amma səsvermədən 10-ca gün keçməmiş Cəmil
Həsənli “Bizim Yol”a müsahibə verib referendumun əleyhinə
danışanda biz yenə də təəccübləndik.
Bəli, Cəmil Həsənliyə birmənalı yanaşmaq çətindir, o,
insanı həmişə təəccübləndirir. Lakin açıq etiraf edək ki, Cəmil
müəllim itirilmiş adam deyil. Amma onun “qazanılmış adam”
olduğunu da indi demək çətindir.
Professor iki gün əvvəl “Azadlıq” qəzetində Anar
haqqında böyük bir məqalə dərc elətdirib. Məqalə haqqında
Pərviz və Xaliq Bahadır öz sözlərini deyiblər.
Məqalədə isə təəccüblü bir şey yoxdur, Cəmil müəllim
əvvəl də bu cür yazılardan yazıb. Təəccüblü olan isə həmişə in-
tellektual keyfiyyətləri ilə fəxr etdiyimiz Cəmil Həsənlinin bu
yazıda göstərdiyi naşılıq, obyektinə yanaşmada seçdiyi
metodologiyanın yarıtmazlığıdır.
Bu yazıda biz Cəmil müəllimdə kitablarında rast gəldiy-
imiz tarixçilik vərdişlərini, soyuq alim təfəkkürünü görə
bilmirik. Yazıya Cəmil müəllimin gənclik illərinin emosional
ovqatı hakimdir.
Bir neçə gün əvvəl Aydın Mirzəzadə haqqında
yazmışdım ki, o ancaq yalan danışır, çünki üzvü olduğu partiya
ona doğru danışmaq üçün əsas vermir.
Cəmil müəllimin mövzusu da belədir. Bu mövzu elmi,
rasional danışmaq üçün əsas vermir. Cəmil müəllimin professor
ağlı dincəlir, gənclik kompleksləri danışır. Bu məqamı Pərviz
düzgün tutmuşdu. Misal üçün Cəmil müəllim yazır ki, Rəsul
Rza və Anar Sovet illərində dilimizin dövlət dili olması, işlək
dilə çevrilməsi uğrunda böyük mübarizə aparıblar.
Bu mübarizə kimə qarşı aparılıb, Cəmil müəllim?
Rəsul Rza Sovet hökumətindən “xalq şairi”, “Sosialist
əməyi qəhrəmanı” mükafatlarını alıb. Anar Mərkəzi Komitənin
orqanı olan “Qobustan” jurnalının baş redaktoru olub. Sovet
dövründə Azərbaycan dilinin vəziyyəti haqqında kitab yazmış
bir alim kimi sizinlə mübahisəyə girişməyin cahillik olduğunu
başa düşürəm.
Amma siz də gərək marksizm-leninizim haqqında mən-
imlə mübahisə etməyəsiniz. Lenin tezisinə uyğun olaraq “vahid
sosialist mədəniyyəti” yaratmaq üçün bütün xalqların
mədəniyyəti inkişaf etdirilərək rus mədəniyyəti səviyyəsinə çat-
malı idi.
Dil uğrunda mübarizə deyə bir şey heç zaman ol-
mamışdı, çünki dilimizin inkişafı partiya sənədlərində yazılan
və əməldə tətbiq edilən ideya idi. Ona görə də xalqın gözünə kül
üfürməyin, o dövr arxada qalıb.
Bir də Cəmil müəllim, siz hansı dildə düşünürsünüz?
Cavabınızı bilirəm, amma sizin qəhrəmanınız ədəbi
düşüncələrini rus dilində yazıb. Bu əsərin adı “Noçnıe mısli”dır,
yəni “Gecə düşüncələri”.
Cəmil müəllim, sizin nəsil yalançı bütlərə aldandı, on-
ların arxasınca gedib şeytana təslim oldu. Bizim nəsil isə bütlərə
tapmadı, öz ziyalımızı özümüz yaratdıq. Bizim ziyalı idealımız
Rafiq Tağıdır, yazısına görə məhbəsdə yatan bir həkim,
istedadlı yazıçı, böyük insan. Sizin idealınız isə Anardır, kres-
loda oturub guya xalq üçün yanan bir adam.
Biz Rafiq Tağı yolunu tutmuşuq, yazırıq, yazılarımız
üçün hər şeyi gözə alırıq. Siz isə Anar yolunu tutmusunuz,
mandatınız var, arada hökuməti tənqid də edə bilirsiniz,
bununla vicdanınız rahatlaşır.
Hədəflər üzərinə qeydlər
B
iz Yazıçılar Birliyi, onun sədri və üzvləri, jurnalları,
sədrin atası, haqqında illərdir yazırıq. Bu yazılara
görə ictimai rəyi xeyrimizə dəyişdirməyimiz də bir həqiqətdir.
Belə ki, 20 il əvvəl meydanlarda “hanı bu millətin ziyalıları”,
“hanı Anar, hardadı Elçin” nidaları səslənirdi. Amma indi belə
demirlər. Çünki Anarın da, Elçinin də simasını açıb xalqa
göstərdik. Biz bir neçə yazar Sovet hökumətinin milyonlarla
manat məbləğindəki təbliğatını məhv elədik.
Lakin hər şeyin mənfi tərəfi var. Biz bu yazılarla həm də
onları “diriltdik”, gündəmə gətirdik. Onlar da məcbur olub bizə
cavab verdilər. Onlar unudulmuş və yaddan çıxmışdı. Bizə
cavab verib gündəmə gəldilər. Ölü ədəbi prosesi məhz biz can-
landırdırdıq. Ölüləri biz diriltdik və təzədən öldürdük.
Biz qalibik və qələbəmizi bayram edirik. Azərbaycanda
feodalizm ilk dəfə ədəbi sferada məhz bizlər tərəfindən məhv
edildi. Ətalət, ölgünlük və yaltaqlıq üzərində ilk qələbəni də
məhz biz çaldıq.
Qələbə elə də asan olmayıb. Lakin bu gün biz gənc
yazarlar ən nüfuzlu qəzetlərdə yazırıq. Ədəbi gündəmi biz diqtə
edirik, biz gündəmi dəyişdiririk. Bu gün Azərbaycanda əli
qələm tutan istənilən adam ya bizimlədir, ya da bizim dos-
tumuzdur. Bununla belə, bizim görüləsi işlərimiz hələ çoxdur.
Düzdür, biz düşməni yatağına qədər qovmuşuq. Lakin ölkə vi-
ranədir. Biz o viranəni düzəltməliyik.
Hər şeydən əvvəl biz klassikaya düzgün münasibətimizi
ortaya qoymalıyıq. Təbii ki, Azərbaycan türkcəsində ilk əsərləri
biz yazmamışıq. Bizdən qabaq böyük ədəbi irs var. Söhbət istər
divan ədəbiyyatından, istərsə aşıq şeirindən, istərsə də Mirzə
Fətəli ilə başlayan modern ədəbiyyatdan gedir.
Söhbət aşıq şeirinə qayıtmaqdan, qəzəl yazmaqdan getmir. Biz
klassik irsi müasirlik prizmasından yenidən işıqlandırmalı,
öyrənməliyik. Biz sübut etməliyik ki, yazdıqlarımız ədəbi irsə
söykənir. Biz sübut etməliyik ki, Mirzə Cəlil sağ olsaydı Azad
Yazarlar Ocağının başqanı olardı və elə AYO başqanı Rafiq
Tağı kimi məqalələrinə görə həbsdə yatardı.
Azərbaycan ədəbiyyatı yalnız Sovet illərindən
öyrənilməyə başlanıb. Bütün müsbət cəhətləri ilə bərabər, Sovet
dönəmi ideoloji dönəm idi və bu da klassikaya münasibətdə də
özünü biruzə verirdi. Azərbaycan klassikləri öz dövrlərinin ic-
timai münasibətlər sistemindən kənara çıxarıldı, ideoloji
rakursda öyrənilirdi. Bu ideoloji rakursun səciyyəvi cəhəti isə
onları marksizmin inkişafını izah etməklə ifadə oluna bilər. Tu-
talım, Ќizaminin əsərlərində sosial bərabərlik ideyaları önə
çıxardılır, qabardılırdı. Mirzə Fətəli Axundov geniş şəkildə
təbliğ edilirdi, onun konstitusiyalı monarxiya, maariflənmiş
monarx olduğu deyilirdi. Bütün bunlar təbii ki, həqiqət idi.
Lakin istənilən yaradıcı adamı öyrənmək üçün ilk növbədə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə