Alatoran-15-an-son-2010-1: Layout qxd



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
69
şairin ənənlərini gözdən salmaqla, danmaqla uzun illər məşğul
oldu. Sonra isə  atasının danışdığı ləhcəni lağa qoyan
komediyalıar yazmağa başladı. Bu heç bir peşəyə yaramamaq,
yüngül qazanc, tüfeylilik yoludur. Digər şair oğlu  isə lap
radikal qazanc yolu tapdı. O yazıçılat Birliyinin Kommunisr
küçəsindəki 2300  m2 ölçüsündə mülkiyyətini özəlləşdirdi. Özü
isə heç nə yazmır. 20 ildir intriqa ilə məşğuldur.  Vaxtı ilə Hey-
dər Əliyevə eyham vuran  padşahın nağılını yazmışdı. İndi isə
Heydər Əliyevi  tərifləyən məqalələr , xatirələr yazır. Əlbəttə H.
Əliyevin onun təriflərinə ehtayacı yoxdur. Bu adam isə təmənna
ilə yazır. Bu yazıların qeyri-səmimiliyi fantastik dərəcədədir. O
istəyir ki, yuxarıdan onun daha beş il Yazıçılar İtifaqında sədr
olmasına icazə versinlər. Görürsüz, zaman dəyişir, amma
Yazıçılar Birliyində təmənnalı siyasətbazlıq davam edir.
Yazıçılar Birliyinin ədəbi sahədə monopoliya iddiaları
sovet ədəbiyyatı psixologiyasının və praktikasının davamıdır.
Bu praktika əslində bazar rəqabtinin bir formasıdır: onun pred-
meti isə büdcə pullarıdır.
Birliyin üzvlərinin sayı məsələsində isə saxtakarlıq
vardır. Birliyin üzvləriniin sayı 600 nəfərdən çox deyil. 1500
rəqəmi isə ictimaiyyəti aldatmaq üçündür. Birliyin Qurultayı
keçiriləndə AYB rəhbərlərinə müxalif olan yazıçıları məclisə
çağırmamaq  üçün uydurulub. Üzvlər çox olduğu üçün istədik-
ləri yazıçıları dəvət edir, istəmədikləri isə  kənarda qoyulur.
1500 rəqəmi bu saxtakarlığı ört-basdır edir.
İndi YB-nə qəbulu katibliyin qərarı ilə həyata keçirirlər.
Bu da təsdiq edir ki, AYB-nin indiki fəaliyyəti heç bir Nizam-
namə ilə tənzimlənmir. 
“Usta və Marqarita” romanında belə bir yer var: kücə ilə
gedən birisi  təsadüfən bir iclasa rəst gəlir və nədən söhbət get-
diyini bilmək üçün orda yubanır. Nəticədə isə onu Sovet ədəbi
jurnallarından birinin redaksiya heyətinə üzv seçirlər. Bizim
AYB  üzvlüyü də buna bənzəyir. Təsadüfi adamların Birliyin
üzvlüyünə qəbulu  həqiqi, vicdanlı, müstəqil ədəbi gəncliyə
qarşı psixoloji mübarizə formasıdır. Buna fikir vermək lazım
deyildir. Bu, AYB-dəki  mənəvi və psixoloji deqradasiyanın
təzahürlərindən biridir. 
Həm də AYB-də qədim mübarizə formasıdır: vaxtilə Əli-
ağa Vahidə, Hüseyn Cavidə, Əhməd Cavada  qarşı psxoloji və
sonra fiziki terrorda bu üsuldan istifafdə edilirdi. Savadsız və
tərbiyəsiz təsadüfi adamları AYB-nə üzv edir və sonra  böyük
yazıçılara qarşı iclaslarda onlardab “fon nəfəri” kimi istifadə
edilirdi.
Rasim əzizim, bu fon nəfərlərinə fikir verməyin. Onlar
Nazim İbrahimov, Ayaz Vəfalı, Anar, Təvəkkül Yanar, Fikrət
Qoca, Həsən Tale, Xədicə Hurlu və s.  istedadsız   funksiyon-
erlər kimi unudulub gedəcək. Həqiqi ədəbiyyat  öz yerini tutur.
Zaman ən böyük ələkdir. Özünüzə inanın və yazıb-yaradın. Hər
dövrdə ədəbiyyatı iki-üç adam yaradır.
R.Q. - Proletkult dövrundə lümpenlər ədəbiyyata
gətirildi - bolşevik siyasətinin tələbi belə idi. Sonra həmin
lümpen yazıçıların “elitar” usaqları müstəqillik dövrünün
ədəbiyyatını yaradan gəncləri “lümpen” və “denşik” ad-
landırdı. Sizcə tarixi yaddas nə deməkdir?
R.Ə. – Proletkulta  bizdən 20-30-cu illərdə qoşulanlar
həqiqətən lümpenlər idi, onların əksəriyyəti çar-üsuli-
idarələrində  dalandarlıq etmiş adamların, ya da çarizmə yarın-
mış adamların övladları idi. Bu adamlar lümpen olmaqdan çox
yaddaşsız adamlar idi, mədəni və əxlaqi zəminsiz adamlar idi.
Onların davranışında çörək əsas  arqument idi. Yaddaşsız adam
palçıq kimi olur, onu hansı divara vursan orada yapışıb qalır.
Bunlar boş formadan ibarət adamlar idi. Rusca məktəb ox-
uduqları, beş-altı kəlmə bildikləri üçün ataları çara, övladları
isə bolşevik Rusiyasına kor-koranə xidmət edirdilər. Kim ar-
vadını ermənilərin məclislərinə aparır, onlarla şərab icir və
namaz qılmırdısa, onları vəzifələrə qoyurdular. Sovet elitasının
yaradan meyarlar belə idi. Yaddaşcızlar, sifətsizlər, çörək qulları
təhlükəsiz olur. Siyasət düz aparılmışdı. 1988-1993-c ilərdə
xalqın taleyi təhlükədə olduğu vaxtlarda xalq hərəkatının AYB
binasında bircə tədbiri, iclası olmadı. Övladlar yaddaşsızlıqda
atalardan geri qalmadılar, SSRİ  təhlükəsizlik orqanlarının
tapşırıqlarını sədaqətlə icra etdilər. İndiki xələflər də öz lüm-
penliklərini büruzə verir və  atalarına layiq olduqlarını sübut
edirlər.
Məsələn, Yazıçılar ittifaqının binalarını satmağa nə ad
vermək olar? Bu elə sələflərin, Yazıçılar İttifaqı banilərinin
lümpen təbiətinin və əxlaqının davamı deməkdir.  Onlarda
yaddaş və prinsip yoxdur, pul isə hər şeydir.
Bir tərəzi təsəvvür edin və onun bir gözünə Yazıcılar
İttifaqının indiki binasının yarısını satmış adamları, o birisinə
isə yazılarında açıq-saçıq ifadələrə yol verən Qaturalını,
Seymur Baycanı qoyun. Bunların hansına mənəvi lümpenlik
demək olar?  İkincilərdəki  arqo kəlmələrdən istifadə əslində
birincilərin əxlaqsızlığına qarşı ədəbi protestdir.
Tarixi yaddaş - mədəniyyətdir. Tarixi yaddaş keçmişlərdə
yaranmış ən yaxşı dəyərlərin, o sıradan əxlaqi dəyərlərin
qorunması davamı və inkişafı deməkdir. Yaddaşsızlıq isə
mədəniyyətdən kənarlıqdır.
İyirmi il əvvəl bir “alim” Nizaminin müasiri olan bir
qadın yazıçı haqqında dissertasiyasında bir alman aliminin
əsərini tərcümə edib öz adına çıxmışdı. O ifşa olundu. Amma
iyirmi ildən sonar bu adam akademik oldu. Yaddaşsızlıq belə
şeylər də yaradır. Yaddaş yoxdursa, yaxşı ilə pis, ağla qara,
həqiqətlə yalan  arasındakı fərqlər görünmür. Amma bu fərqlər
yox ola bilməz. Demokratik mətbuat hər şeyi açıb ortaya qoyur.
Xoşbəxtlikdən yaddaşsızların yeri tarixin zibilliyidir. Bu
dəfələrlə sübut olunub.
R.Q. - Yaradıcılıq planlarınız haqqında da 
-
nışarsızmı? Sovet ədəbiyyatına əncam çəkəcək təməl kitabı
nə zaman yazacaqsınız?
R.Ə. – Rasim, sənin arzuladığın kitablar  təkbaşına
redaktə etdiyin “Alatoran” jurnalında yaranır. Junalı qoruyun,
ətrafına daha artıq müstəqil qələm adamları yığın. Müstəqil
ədəbi tənqidin meydanını genişləndirin, sovet ədəbiyyatının
tənqidi təhlilinə daha geniş yer verin. Saxta nüfuzları daha
qətiyyətlə dağıdın. Sözdə mənəvi hakimiyyət yaratmaq gücü
var. İnanıram ki, bir gün “Alatoran”ın mənəvi hakimiyyəti
AYB-nın çürük imicindən yüksək olacaq.
Mən isə söz verirəm ki, ömür vəfa eləsə, sovet dövrü
ədəbiyyatının əxalaqı haqda kitabı tamamlayıb çap et-
dirəcəyəm.
Uzun bir hekayə yazıram, ümid edirəm ki, onun ilk
oxucusu, əzizim Rasim, sən olacaqsan.Təşəkkür!


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə