Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə110/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   106   107   108   109   110   111   112   113   ...   123

348
asan oldu. Sənin kimi pərişan halda yox, mən sevinərək vida-
laşıram dünyayla. Özümü yaxşı hiss edirəm. Mən özümə yax-
şı davranırdım. İntihara götüm çatmayanda deyirdim deməli 
yaşamalıyam  və  heç  olmasa  onu  yaxşı  eləməyə  çalışırdım. 
Sənsə çox ərköyünsən sanki. Bilmirəm səni anan belə böyü-
düb,  yoxsa  qadınların.  İntihara  da  götün  çatmır,  yaşamırsan 
da. Sən o gün evində evtanaziya kampları və intihar barədə 
danışanda sənin hələ hazır olmadığını hiss etmişdim. İstəyir-
din, amma bütün qəlbinlə can atmırdın kimi. Ölsən də gözlərin 
arxada qalaraq öləcəksən kimiydin, səndə həyatdan istədiyini 
ala bilməmiş insan gözü görürdüm əslində, hər nə qədər bu-
nun  əksini  göstərməyə  çalışsan  da. Ac  gözlər.  Bura  gələndə 
dizlərinin əsəcəyini bilirdim, ancaq mənimkilər əsmir, aramız-
dakı fərq budur. Mənə intiharı düşünmək güc verirdi həmişə 
çünki əslində ölmək istəmədiyimi görürdüm və həyata daha 
bərk yapışırdım. Sonra gördüm ki ölümə hazıram artıq və bu 
qədər  yaşadığım  bəsdi,  gəldim  bura.  Biz  insanlar  həqiqətən 
çox  acgöz  yaradılmışıq.  Biraz  sakit  təbiətli  olsaydıq,  vaxtı 
gələndə sakitcə bir kənara çəkilib ölərdik. Əgər bədbəxtsənsə 
və bu bədbəxtliyi 80 il özünlə sürüyürsənsə bu daha da böyük 
bədbəxtçilikdir. Halbuki ölüm və yoxluq bir addımlığındadır. 
Ona görə də evtanaziya kampları layihəsi mənə çox cazibəli 
görünür.  Möhtəşəmdi  bura.  Bilirsən  neçə  gündür  burdayam 
və burda çox gözəl idi hər şey. Çox gözəl insanlarla tanışdıq. 
Burda  gördüyün  hamını  tanıyıram.  Hamısı  möhtəşəm  bəd-
bəxtlərdi və çox yaxında hamımız yox olacağıq. Bu düşüncə 
bizə güc verir. Küçələrdə evsizlərin sayının azalmasına fikir 
verməmisən? Onların bəziləri başa düşür ki artıq sürünməyin 
bir mənası yoxdur, bəziləriysə həddindən artıq zəifdirlər və sü-
rünməyə davam edirlər. Onlara yazığım gəlir. Edə biləcəkləri 
bir şey yoxdur təəssüf ki, həyat eşqləri ölümə qalib gəlir.
- Səninlə birlikdə intihar etmək istəyirəm – deyə sözünü 
kəsdi Mavi onun uzun danışıqdan sonra. 
Olduqca  qərarlı  səslənmişdi.  Hava  getdikcə  qaralırdı. 
Günəş  dağların  arxasından  son  dəfə  göz  qırpırdı.  Ətrafda 


349
ölümün  sakitçiliyi  varıydı.  Bəzən  həzin  şimal  küləyi  harasa 
tələsirmişcəsinə  ötüb  keçirdi.  Balkona  ara-sıra  kimlərsə  gə-
lib gedir, ala-yarımçıq cümlələr deyirdilər. Hamı sanki ölüm 
qorxusuyla sevincini bir arada yaşayırdı. Binanın həyətinin o 
biri başında yaxınlaşmaqda olan bir kölgə peyda oldu. Aramla 
yaxınlaşan kölgə beli azca bükük əsrarəngiz bir qocaya çevril-
di. Əlli, bəlkə də səksən yaşında və kor idi. Latınca anlaşılmaz 
bir şeiri təkrarlayırdı. “Memento mori, memento mori” - ancaq 
bu qədərini anladılar və onu tanımamazlıqdan gəldilər. Kişi bir 
anlıq başını çevirib onlara tərəf baxdı və onları görməməzlik-
dən gəldi. Əlində Borqesin əl yazmasını daşıyırdı. 
- Birlikdə intihar edəbiləcəyim biri varsa intihar eləyəbil-
məzdim yəqin ki. O qədər sevəcəyim və mənə yaxın biri. Elə 
bir  adam  ki  birlikdə  yaşaya  biləcəyim  və  evə  gəlib  onu  hər 
dəfə görəndə çöldə nə problem yaşamışamsa da yaşayım, “bu 
adam varsa mənim həyatımda, soxdum qalan bütün dərdlərə” 
deyə biləcəyim biri. Bəlkə də sən elə biri ola bilərdin mənim 
üçün, amma artıq bunu yoxlamaq üçün çox gecdir. Sən birlik-
də intiharı bəlkə də ona görə istəyirsən ki, intihara hazır deyil-
sən və yanında tanıdığın başqa birinin də bunu etməsi sənə güc 
verəcək deyə. Birlikdə intihar təklifin olduqca səmimi səslənir. 
Ancaq üzr istəyirəm ki qəbul edə bilmərəm. Həm ona görə ki, 
sən mənim üçün o qədər dəyərli biri deyilsən, həm ona görə 
ki sən ölümə hazır olmadığın üçün özümü günahkar hiss edə 
bilərəm, həm də ona görə ki mən tək öləcəm. Fərdi evtanaziya-
nı seçmişəm. Sabah səhər. Otaqda sadəcə mən olacam və ölüm 
maşınım. Nədi? Təəccübləndin? Təəccüblənəcəyini bilirdim. 
Sən assistentli evtanaziyanı seçmisən hə? Elə də bilirdim. De-
dim axı. Mən ölümə hazır və sevərək gedirəm, sənsə narahat 
öləcəksən. Məsələn, niyə bura gəldin Mavi? Niyə ən yaxında-
kı baytara gedib bütün pulunu təklif edib sodium dilənmədin? 
Hazır deyilsən. Otaqda həm də ona görə tək olmaq istəyirəm 
ki ölümdən əvvəl heç kimin üzünü görmək istəmirəm. Sülh və 
dincliklə  öz  ölüm  musiqimi  dinləyərək  gözlərimi  yumacam. 
Sən yəqin ki inyeksiyadan sonrakı on saniyəni necə keçirəcə-


350
yini düşünürsən hə? Gəl səni bir də təəccübləndirim, mən öz 
ölüm zəhərimdəki natrium pentotalın dozasını azaltmaqlarını 
xahiş etmişəm və on saniyəni təxminən otuz saniyəyə qaldı-
racam.  Zəhərin  damarlarıma  girdikdən  sonrakı  anları  bir  az 
da uzun yaşamaq istəyirəm. Həyatla vidalaşmaq üçün. Sənə 
məsləhətim, əgər qorxursansa onlardan xahiş et, sənə musiqi 
dinləmək üçün bir cihaz verə bilərlər. Mənim artıq varımdı və 
həmin o otuz saniyəmdə o çox sevdiyim ölüm musiqimi din-
ləmək üçün səbirsizlənirəm. Mən sadəcə, artıq savaşmaq istə-
mirəm. Yaşamaq mübarizəsindən imtina edirəm.
Lara  monoloqunun  yerini  səssizliyə  verdi  və  susdular. 
Küləyin  vıyıltısını  dinlədilər.  Bəzən  alkoqolun  təsiriylə  mü-
vazinətlərini itirəcəkmiş kimi olurdular. Ətrafda baş verənləri 
tam olaraq dərk edə bilmirdilər çünki getdikcə daha da artıq 
içir  və  keflənirdilər.  Mavi  bayaqdan  əlində  bardan  gətirmiş 
olduğu  çəngəllə  balkonun  taxta  məhəccərini  cızaraq  ikinci 
dünya savaşı zamanı əsgərlərin getdikləri şəhərlərdə divarlara 
yazdıqları o frazanı yazırdı, “Kilroy burada olub”. Sağ qalmış 
əsgərlərin yazmış olduğu frazayla o bu dünyadan getməmiş-
dən ən azından sanki nəsə buraxmaq istəyirdi geridə. Bir yazı, 
bir işarə, bir mesaj. O özü də bilmədən bundan sonrakı kamp 
sakinlərinin rutininə çevriləcək olan ölüm imzası ritualını ya-
radırdı.
-  Eyni  xarakterdə  insan  olduğumuzu  fikirləşmirəm  – 
sərxoşluğun təsiriylə səs tonunu tarazlaya bilmədən gah alçaq 
gah yüksək gah yavaş gah sürətli formada danışırdı Mavi – 
özün dediyin kimi, tək fərqimiz cinsimizdirsə belə, bu böyük 
fərq yaradır. Sən kişi beyni ya hisslərini yaşamamısan, mən 
qadın. Bu fakt bizi inanılmaz dərəcədə fərqləndirir. İstər yaşam 
formalarımızı, istər arzularımızı, istər hisslərimizi, hərəkətləri-
mizi. Bir qadın olaraq məni acgözlükdə günahlandıraraq baş-
dan səhv etmiş olursan onsuz da. Kişi acgözlüyünün nə olduğu 
barədə heç bir fikrin yoxdur. İstər daha çox gücə, istər daha 
çox qadına sahib olma acgözlüyü. Amma indi nə bunu nə də 
digər dediklərini mübahisə edəcək həvəsdə deyiləm, sikdir et. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə