Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə107/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   103   104   105   106   107   108   109   110   ...   123

339
Qadınla sağollaşıb çıxdı Mavi. Onun bu iş üçün kifayət qədər 
soyuqqanlı biri olduğunu düşünüdü. Belə bir yerdə ancaq belə 
biri işləy bilərdi. Sabah səhər üçün ölümlə görüş təyin etmişdi 
Mavi. Bir tərəfdən içini sevinc bürüyür bir tərəfdən isə qırtla-
ğında bir yumru yaranıb böyüyür və onu boğurdu.
Girişindən sağa dönüb ikinci mərtəbəyə çıxdı. 23 nömrəli 
otağı axtardı. Dar koridorun hər iki tərəfində bir-birinə yaxın 
qapılar düzülmüşdü, otaqlar olduqca kiçik olmalıydı. Korido-
run o biri başında bir iki gənc qapının ağzında yüksək səslə və 
kefli formada söhbət edirdi. Onların bəlkə də qadının saydığı 
maddələrin təsirində olduğunu düşündü. Onunla eyni yaşday-
dılar, iki qız və bir oğlan. Burda özüylə yaşıd kimlərisə gör-
mək onu həm bir mənada sevindirdi həm də onların indi için-
də olduqları xoş əhvalı düşünüb canı sıxıldı. Bəlkə də onlarla 
tanışmalıydı. Görəsən onların evtanaziyası nə vaxt idi? Yoxsa 
görəsən bu sistemdən sui-isifadəmi edirdilər? Gəlib burda vaxt 
keçirib sonra çıxıb gedirdilərmi? Belə özbaşınalıqların qarşı-
sını almaq mümkün idi görəsən kampda yoxsa belələri var idi 
doğrudan da? Bu fikir onu dəli etdi, kimlərinsə bura maraq ya 
əyləncə üçün gəlməsi fikri. 
Otağa çatıb açıb içəri girdi. Bir yataq, kiçik bir masa və 
şkaf. Bir də pəncərə, çöldəki mənzərə yenidən diqqətini çəkdi 
və pəncərəyə yaxınlaşdı. Möhtəşəm gözəllikdə bir mənzərəyə 
açılırdı pəncərə. Kamp hündür bir ərazidəydi və pəncərədən 
qarşıda dağlar görülürdü. Tanrılara baş qaldıran dağlar. Aşa-
ğıdakı gölün rəngi yaşıl ilə mavi arasında bir şey idi. Aşağıda 
qərbə doğru axan bir çay da var idi. İçkisini masanın üstünə 
qoyub oturdu. Yatağa oturub əzilmiş hamburqeri yeməyə baş-
ladı. Aclıqdan başı çatlayırdı. Yeyib bitirdikdən sonra aşağı, 
bara endi.
Heç  kimin  olmadığı  koridorlardan  keçib  ölümün  səssiz-
liyini dinləyərək giriş qapısının solundakı barın olduğu yerə 
gəldi. Orta böyüklükdə bir bar idi. Həm bar ətrafı stollar var 
idi həm də ayrıca oturmaq üçün stollar. İçəridə bir neçə nəfərin 
olduğunu  görüb  yalnız  olmadığı  üçün  sevindi.  Hətta  musiqi 


340
belə var idi. Köksündə kiçik bir sevincin həyəcanı peyda oldu. 
Bunun üstünə tək istədiyi şey bir pivə və siqaret idi. Otağın o 
biri başında əlil arabasında bir yaşlı qadın oturmuşdu və başqa 
bir qoca kişi onu qucaqlamışdı. İkisindən biri ölümə gedirdi 
yəqin, bəlkə də ikisi də. Onların yan masasında iki cavan qız 
və oğlan oturmuşdu. Bir də barmenin qarşısındakı yüksək stul-
larda oturan bir nəfər daha var idi. 
Barmenə  tərəf  yaxınlaşdı  qarşısındakı  hündür  stulların 
birində oturdu. Qırxlı yaşlarda özünə məxsus üz quruluşuna 
sahib bir kişi idi barmen. Hər gün ölülərlə söhbət edən bir bar-
menin necə bir üzü ola bilərdisə, elə bir üzü var idi. Alkoqol 
faizi yüksək bir pivə istədi və hesabını ödədi. Pivədən bir qur-
tum alıb sinəsinə yayılan sərinlikdən həzz aldı. Başını sola çe-
virib içərinin dekorasiyasına fikir verdi. Olduqca diqqətəlayiq 
olduğunu düşündü, divarlardakı abstrakt sənət əsərlərinə baxdı 
bir-bir. Qapının ağzında hətta musiqi seçmə aparatı da var idi. 
Buranı getdikcə sevməyə başlayırdı. Təkrar barmenə baxdı və 
başını sağa çevirdi. Yanında oturanın üzünü gördü və baxışları 
elə ordaca dondu. Çaşbaş qaldı. Nəsə deməyə çalışdı amma 
dili  dolaşdı.  Gördüyündən  əmin  olmağa  çalışdı.  Qeyri  iradi 
olaraq “hey” deyə çağırdı yanında oturanı və o dönüb ona bax-
dı. “Mavi?!” deyə təəccübləndi.
Fələyin çarxında ilişib boğulurmuşcasına ya da taleyin iro-
niyası altında əzilirmişcəsinə boğuq bir səslə təəccüb içində 
dilləndi Mavi: “Sən nə edirsən burda!?”
Bir  anlıq  səksəkəli  ziddiyətin  yerini  ani  bir  sevinc  hissi 
aldı. Anlaşılmazlıq hələ də öz yerini qoruyurdu. Əliylə alnını 
möhkəmcə sıxıb olanlara məna verməyə çalışaraq ayağa durub 
ona yaxınlaşdı, onu qucaqlayıb bağrına basdı və təkrar etdi: 
“Lara! Nə işin var sənin burda? Başa düşmürəm”. 
Lara çox da təccüblənməmiş kimiydi. Soyuqqanlı və sərxoş 
görünürdü.
- Qurtuluşa xoş gəlmisən. – əlindəki içki bardağını yuxarı 
qaldırdı.
- Burada nə işin var axı sənin?! 


341
- Burada nə işim ola bilər axı? Bir az məntiqli ol. – Hə-
mişəki kimi etinasız idi.
- Sən, bilirsən mən səni nə qədər axtardım? Nə qədər göz-
lədim? Bura evtanaziya üçün gəlmisən? Axı sən bütün bunları 
axmaqlıq sayırdın?
- Saymırdım, sadəcə sənə elə deyirdim.
- Niyə?
- Nə bilim. Bəlkə də əks arqumentlərin nə qədər güclü ol-
duğunu yoxlayırdım. Bunların heç bir əhəmiyyəti yoxdur ar-
tıq. Düzü sənin bura qədər gəlib çıxmana da təəccübləndim. 
Əgər gedəcəkdinsə də sənin Oreqon ya Floridaya gedəcəyini 
düşünürdüm, ona görə də öz biletimi bura almışdım. Axı sən 
okean ya dənizsiz yerləri sevmirsən, bura nə əcəb aldın bile-
tini?
- Məndən qaçırdın? Niyə? Niyə təəccübləndin bura gəlib 
çıxmağıma?
- Gəlib çıxacaq cəsarəti tapacağını sanmırdım. Və bəli, gəl-
mə ehtimalına qarşı, sənin olacağın kampda olmaq istəmirdim, 
ancaq gördüyün kimi, fələyin başqa planları var imiş ki bizi 
burda görüşdürdü.
-  Başa  düşürəm  məndən  niyə  qaçırsan.  O  gün  səni  evdə 
tək qoyub getdikdən sonra çox peşman oldum. Səni gözlədim, 
axtardım. Sadəcə sən getdikdən sonra başa düşdüm ki uzun 
müddət sonra əslində mənə lazım olan şeyi səndə tapmışdım. 
Biz səninlə hər şeyi yenidən ba…
- Mavi sus xahiş edirəm. Bu barədə danışmaq istəmirəm. 
“Biz” deyə bir şey yoxdu, bura qədər gəlmişiksə demək ki “ye-
nidən” deyə bir şey də yoxdu artıq.
- Əgər mən bilsəydim ki bir-birimizə olan istəyimiz, bun-
dan əvvəlki sevgililərimizdə olduğu kimi, qısa müddətdə bit-
məyəcək, bu dəqiqə ikimizi də götürüb çıxardım bu xarabadan. 
Mənim lənətə gələsi xislətim. Kaş ki tək bir qadını ölümünə 
sevə  bilsəydim.  Kaş  tək  bir  qadınla  xoşbəxt  ola  bilsəydim. 
Monoqam olsaydım. Lənətə gələsi genlərim, hər şeydə acgöz 
odluğum kimi qadınlarda da acgözəm və ən betəri də elə budu. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə