Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə104/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   100   101   102   103   104   105   106   107   ...   123

329
Bunun da səbəbi biokimyamızdır, dedim sənə. Yenilik istəyir 
dopamin mərkəzin. Musiqi məsələn. Eyni musiqini dəfələrlə 
dinləyə bilən insandır xoşbəxt insan. Çünki doyumsuz deyil. 
Sakitdir.  Mənim  kimilər  bacarmır  çünki  həmişə  yenisini  və 
daha artığını istəyir və belə insanlar həmişə narahat yaşayır. 
Konservativlər  sənə  narkotikin  ziyan  olduğunu,  çünki  hər 
dəfə daha artıq doza istəyərək azla qənaətlənməyib öləcəyini 
deyəcəklər. Ancaq onlar sənə deməyəcəklər ki həyatla narko-
tik arasında çox cüzi fərq var, bəlkə də bilmirlər. Həyatda da 
yaşadığın xoşbəxtlik dozası növbəti dəfə bəs etmir və daha ar-
tığını istəyirsən. Daha artığını istəyirəm və xoşbəxt deyiləm. 
Görəsən  görməmiş  adam,  görmüş  adamdır  ya  görməmiş? 
Mənə bəzən elə gəlir ki əsl görməmiş elə görmüşün özüdür. 
Çünki bir şeyi daha əvvəl dadmamış adam o şey üçün o qədər 
də həris olmur. Ancaq onu dadmış acgöz, doyumsuz formada 
həmişə görməmiş kimi arzulayır o şeyi. Səyahət etməmiş in-
san, səyahət etmiş insan qədər susaya bilməz gəzməyə. Ya əsl 
qadınla birlikdə olmamış insan onun mahiyyətini belə anlamır 
və çox da arzulamır, onun üçün ucuz fahişələrlə mükəmməl 
qadın arasında fərq yoxdur. Ancaq mükəmməl qadını dadmış 
insan, görməmiş kimi hər yerdə onu axtaracaq, hər dəfə. Hə-
yatımda nə qədər qadın olubsa o qədər daha da acgözləşmişəm 
onlara qarşı, o qədər daha çox istəmişəm. Əslində tərsinəmi 
olmalıydı? Nə qədər çox qadınla birlikdə olmuşamsa o qədər 
sakitləşməli və istəməməlimiydim? Bəlkə mənimkimilərin ge-
netikasıdır fərqli olan? Yəqin ki.
Bütün bu saydıqlarım, intihar üçün özümdə yaratdığım bə-
hanələrdir. Bunlar həyatın həqiqi ancaq başa çıxıla bilən prob-
lemləridir. Əgər xoşbəxt olsan bunların heç birinin əhəmiyyəti 
qalmır. Məsələn üç il əvvəl xoşbəxt idim. Və biri gəlib mənə 
intihar etmək istəyirəm desəydi ona deyərdim ki, əgər həyatı 
bəyənmirsənsə deməli sən bəlkə də onu düzgün yaşamırsan. 
Yaşama formanı dəyişməlisən bəlkə də. İndi mənə də sən eyni 
şeyləri deyə bilərsən. Bütün bu saydığım problemlərimlə baş 
etməyə  gücüm  çatar,  ancaq  işləməkdən  başqa.  Sadəcə  istə-


330
mirəm. Ya da yaxşı işi tapmaq üçün çəkiləcək əziyyətdən də 
imtina edirəm.
“Mənə  elə  gəlir  ki  harda  deyiləmsə  orda  xoşbəxt  olaca-
ğam” ya da “çəpərin o biri tərəfindəki otlar həmişə daha ya-
şıldır”. Çünki mən acgöz varlığam. Bu təbiətin səni yaratma 
formasıdır həyatda qalmağın üçün. Acgöz. Lənətə gələsi ac-
göz. Əgər sən dövlət, tanrı, cəmiyyət ya da öz lənətə gələsi 
atan kimi ən çox bilinən axmaq iqtidarlara qarşı baş qaldıraraq 
ən yaxşı üsyançı olduğunu düşünürsənsə, yox, ən yaxşı deyil-
sən, bunlar heçnədir. Sadəcə bir tək böyük və güclü iqtidar var: 
sənin təbiətin, sənin genlərin. Əgər ən yaxşı qiyamçı olmaq 
istəyirsənsə, sadəcə öldür özünü.
Ya da həmişə əzab çəkəcək və mübarizə aparacaqsan, keç-
mişdən (hətta gələcəkdən) biri üçün darıxaraq, olduğun yerlər, 
yaşadığın və keçdiyin yerlər üçün darıxaraq. Hətta heç vaxt 
olmadığın yerlər üçün belə darıxacaqsan.
Öldür özünü ya da bununla başa çıx. Sən dünyadakı ən bö-
yük köləsən: genlərinin köləsi. Lənətə gələsi gen daşıyıcısısan, 
artığı deyil. İndi get və həyatın nə qədər gözəl olduğuna dair 
şeirlər yaz. Ya da xoşbəxtlik haqqında başqa nəsə axmaqca bir 
şeylər de. Səni qınamıram yenə də, o da sənin genlərindir ki 
beynini vadar edir bunları etməyə.
Sən əlbətdəki məni başa düşməyəcəksən əgər doğrudanda 
bilmirsənsə “darıxmaq” nə deməkdir, necə hiss etdirir. Bir qa-
dın üçün darıxmağın yaratdığı o lənətə gələsi dəhşətli hiss, ya 
bir şəhər ya keçmiş üçün. Və sairə. 
Yadında saxla: sən köləsən.
* * *


331
illuziya
özümü iki əvvəldə itirmişəm kimi hiss edirəm,
sanki ölmüşəm iki il əvvəl,
ya da ölməliymişəm.
bütün xoş günlər qalır geridə
və başqasının bədənində yaşayıram indilərdə.
sanki xatirələrim silinib 
və sadəcə izlərini hiss edirəm.
üzümdə bir maska,
dartıb çıxara bilmirəm.
sanki iki ildir kabus görürəm.
həbs edilmişəm,
yuxudayam,
yuxudaca öləcəyim üçün 
heç vaxt ayılmayacam.
vəssalam.
ölümə hazır hiss edirəm.
sanki onsuz da ölmüşəm,
özümü xatırlayanda,
sanki yuxularda gördüyüm biriymiş kimi gəlir.
o qədər yadlaşmışam ki,
elə bilirəm bu mənəm.
yanılıram oysa,
bir başqasının həyatını yaşayıram,
itirmişəm özümü.
və darıxıram.
ölmək istəyirəm.
bugün,
burdaca,
lütfən tanrım,
mərhətəm et.


332
14
ÖLÜM
-Timor mortis conturbat me
(Ölüm qorxusu narahat edir məni)
Günəşin  istisini  bədənində  hiss  etdi  və  havalimanının 
çıxışında dayandı. Bir siqaret çəkdi. Heranın hər ehtimal ona 
verdiyi kağıza yazılı telefon nömrəsi və ev adresini cibindən 
çıxardı, heyifsilənərək baxdı nömrəyə və adresə. Əgər fikrini 
dəyişsən, gələrsən demişdi. Cırdı və yerə səpələdi. Taksilərin 
olduğu  hissəyə  yaxınlaşıb  ilk  taksinin  qapısını  açıb  arxada 
oturdu. Taksiçi maşını işə salıb tərpənirdi ki Mavi ona adre-
si dedi və maşın dayandı. Yaşlı kişi geriyə döndü, məyus və 
yazıq bir ifadəylə onu süzdü, sonra donmuş bir az da əsəbi bir 
səslə dilləndi:
- Mən o adresə müştəri aparmıram.
Niyə deyə soruşacaqdı ki Mavi, sözünü yarım saxladı. Bi-
raz gözlədi. “Yaxşı” deyib maşından endi. Qoca yəqin ki ölüm 
kamplarına qarşı olan insanlardan idi və heç kimi ölümə apar-
maq istəmirdi.
Enib arxadakı taksiyə yaxınlaşıb minmədən həmin adresə 
gedirmi deyə soruşdu. Hə cavabı alıb oturdu. Bir qədər uzaq-
laşdıqdan sonra sürücü maraqla soruşdu:


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə