Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə102/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   98   99   100   101   102   103   104   105   ...   123

323
edir,  yeməyə  başlayır  bizi.  Bizə  bənzər  insanları  qısqanırıq, 
bizimlə eyni məktəbdə oxumuş ya eyni şəhərdə böyümüş, ya 
eyni yaşa sahib, amma bizdən uğurlu olanları. Çünki eyni şəra-
itdə səndən daha artıqdırsa biri deməli sən də edə bilərdin eyni 
şeyi ancaq edə bilməmisən. Heç kim prezidentlərin uşaqlarını 
qısqanmır məsələn, bənzər şəraitlərə sahib deyillər çünki.
Qısqanclıq çox güclü hissdir. Bəzən sevmədiyimiz birini 
niyə sevmədiyimiz barədə min bir səbəb axtarır ya deyirik, an-
caq əslində özümüzə də etiraf etmək istəmirik ki o sevmədiyi-
miz şəxsi bəyənməmə səbəbimiz sadəcə olaraq dərin qısqanc-
lıq hissidir. Yoxsa başqa hansı səbəblə bir yad insana o qədər 
dərin bir nifrət duyasan? Bir yazara, bir rejissora, bir tanışına 
ya istənilən kimsəyə olan nifrətin altında bəzən sadə bir səbəb 
yatır, qısqanclıq.
Mənim  kimi  ifrat  dərəcədə  çürümüş  zavallılar  isə  sənin 
ağlına gəlməyəcək xırdalıqdakı detalları belə qısqana bilirlər. 
Hər şeydən əvvəl öz yaşama ehtimalım olub da yaşaya bilmə-
diyim həyatların əzabı səbəbilə ölmək istəyirəm. Başqa insan-
ları  qısqanmaq  elə  o  demək  deyil  ki  sənin  həyatın  onlardan 
pisdir, xeyir, həm də ona görə qısqanırsan ki, çünki o həya-
tı da yaşaya bilərdin ancaq sadəcə bir şansın var. Nə edirsən 
et gözün başqa ehtimallarda qalır. Bəlkə də sadəcə məndə ya 
mənimkimilərdə belədir. Vacib olan bir şey var: o da bu şey 
mənə yaşamağa icazə vermir. Yaşaya bilmirəmsə öz istədiyim 
həyatı, ölməliyəm. Səyahət edə bilmirəm. Yaxşı işim yoxdur, 
axtarmaq da istəmirəm.
Ümumiyyətlə yaxşı işlər və ya yaxşı həyatlar çox vaxt ca-
hillərə ya axmaqlara nəsib olur. Çünki onlar nə qədər cahil ya 
axmaq olduqlarının fərqində olmadıqları üçün özlərinə inam-
ları çox yüksək səviyyədə olur. Onlar özləri haqqında şişirdil-
miş təsəvvürə sahibdirlər. Bacarıqlı insanlar isə həmişə özləri 
barədə şübhə içində olurlar, mükəmməlliyyətçi olurlar. Psixo-
logiyada buna Dunning-Kruger effekti deyirlər. Bacarıqsız in-
sanlar həmişə işlərdə yüksək vəzifələrə qalxır, nisbətən zəki 
insanlar isə həmişə altda qalırlar.


324
Ümumiyyətlə sən bu tip insanlardan soruşsan əgər, çoxu 
xoşbəxt olduqlarını deyəcəklər. Onsuz da bu lənətə gələsi Ame-
rikada “xoşbəxt deyiləm” deyəni asırlar elə bil. Çünki kimdən 
soruşsan  çoxu  xoşbəxtəm  deyəcək.  Xoşbəxt  olmayanlar  da 
yalan yerə xoşbəxtəm deyəcəklər çünki başqa insanların on-
ların bədbəxtliyini bilmələrini istəmirlər. Bəzən çaşıb qalıram 
ki yəni doğrudanmı ətrafımda hamı xoşbəxtdir məndən başqa? 
Ya da ölkənin yarısı cahildir, çünki cahil insan xoşbəxt olur 
deyirlər. Mən həyatımın elə bir mərhələsindəyəm ki, cahilliyə 
də razıyam, təki xoşbəxt olum. Əvvəllər cahillikdən kamilliyə, 
rahatlıqdan azadlığa qaçırdım. Bu səni bilməməkdən bilməyə 
aparır. İndi isə nə azadlığı istəyirəm nə kamilliyi. İndi sadəcə 
zövq  və  həzzə  can  atıram.  Ruhumun  deqradasiya  olması  da 
vecimə deyil. Onsuz da dünya bir həzz distopiyasına çevrilir. 
Seks, narkotik və digər aludəçiliklər reklam edilir və insanla-
rın bir çoxu bunda problem görmür. Qadınlar biologiyalarını 
inkar edib iyirmili yaşlarında hər istədikləriylə yatırlar, otuz-
lu yaşlarında isə tək qalırlar. Təbiəti buna meyilli olanlar bir 
kənara, ancaq çoxu istəməsə belə media və müasir acınacaqlı 
düşüncə axımının qurbanı olaraq edirlər bunu. Məsələn narko-
tik, deyək ki marixuana reklam edilir və bütün dəbə minmiş 
şeylər kimi onun da pis tərəfləri unudulub yaxşılar təriflənir. 
Hansı ki elə deyil, marixuananın da zərərli tərəfləri var və onu 
qəbul edib istifadə etməlisən. Hətta nihilizm və hedonizmin də 
zərərlərini bilib elə yaşamalısan.
Ümumiyyətlə bütün aludəçiliklərin səbəbi reallıqdan uzaq-
laşmaqdır. Diqqət dağıtmaq. Porno, oyun, film, qumar, oxu-
maq, işləmək, seks, ibadət və s. bütün obsessiya və aludəçilik-
lərin səbəbi bir anlıq belə olsa reallıqdan uzaqlaşmaq üçündür. 
İzlədiyi film bir insana özünü unutdurmadığı vaxt onlar filmi 
sevmədiklərini deyəcəklər. Bir oyun oynayırsan, bir nöqtədən 
sonra bezsən də yenə oynayırsan çünki başını qarışdırır, real-
lıqdan ayırır. Çünki insanlar həqiqəti istəmirlər. Niyə də istəsin 
axı? Əgər onunla savaşa bilməyəcəksə?
Reallıqdan uzaqlaşmaq, narahatedici sakitliyi pozmaq və 


325
yalnızlıqlarından  qaçmaq  üçün  edirlər  hamısını.  Futbol  ko-
mandası fanatikliyindən tutmuş, saatlarca boş-boş siyasət və 
din mübahisəsi etməyə qədər edilən bütün mənasız hərəkətlər 
bütünü  insanın  acizliyi  səbəbilədir.  Bəzi  insanlar  sadəcə  ölə 
bilmədikləri üçün yaşayırlar. Bu bilirsən nə deməkdir? Yəni 
sən yaşamırsan belə, sadəcə sürünürsən. Həyatı yola verirlər 
yəni. Heç nə veclərinə deyil. Mən də onlardan biriyəm. Sadıə-
cə bir fil olmaq istəyərdim. Bir fil görəsən, həyatın nə qədər 
fərqindədir? O yeddi ton ağırlığı daşıyan yorğun və qırışmış 
ayaqlar varlıqlarının nə qədər fərqindədirlər? Tək işim otlamaq 
olsun istəyərdim. Həyatımla bağlı heç bir məsuliyyəti istəmir 
və  hamısından  imtina  edirəm.  Tabula  rasaya  ehtiyacım  var. 
Beynim təmiz boşalsın, ağ səhifə olsun və yaşamağa davam 
edim. Əlacım olsa bütün yaddaşımı silərdim. Öyrəndiyim hər 
şeyi. Təki  bilməyim  keçmişimi,  uzaqları,  seçimlərimi.  Məni 
gözləyənləri və mənim gözlədiklərimi. Ancaq bəlkə də sahib 
olduğum instiktlərim məni yenə də eyni xislətli adam edərdi.
Bütün bu şeyləri fikirləşəndə çox maraqlı gəlir mənə, in-
sanlar gələcəkdə necə olacaqlar. Psixologiyaları necə dəyişə-
cək. Məsələn indi doğmamaq və uşaq sahibi olmamağı seçən 
nə qədər insan var. Bu insanların sayısı artacaq. İnsanlar ya-
vaş-yavaş  anlayacaqlar  uşaq  doğmağın  nə  demək  olduğunu, 
əziyyətini və məsuliyyətini.  Çox az insan uşaq sahibi olacaq. 
Mənə o ehtimal maraqlıdır ki heç kim doğmayacaq və dövlətlər 
xüsusi cihazlarda böyüdəcək embrionları. Ya da insanlar doğ-
maq istəsə də cihazları seçəcəklər daha asan olduğu üçün. Ana 
bətnini əvəz edəcək cihazlar. Narahat edici fikir kimi səslənir 
sənə?  Mənə  səslənmir.  Sentimentallaşmağa  ehtiyac  yoxdur. 
Gələcək insanının ana qarnından yox aparatdan çıxması fikri 
narahat etmir məni. Huxleyin kitabındakı kimi. “Bəs müqəd-
dəs ana məfhumu? Tarixə qarışacaq!” deyə romantikləşən in-
sanlar  əvvəlcə  bunu  inkar  edəcək,  sonra  isə  özləri  də  qəbul 
edəcəklər.  Çünki  həmişə  belə  olub.  Qəbul  ediblər  sonradan. 
Ana məfhumu mənə maraqlı deyil. Cənnət anaların ayaqları 
altındadır deyirlər, mənə görəysə cəhənnəm anaların ayaqla-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə