Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə100/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   96   97   98   99   100   101   102   103   ...   123

317
misallar tapacaqsan. Məsələn linqvistik determinizmə də ina-
nıram mən. Doğulduğun dilin sənin düşüncə formana və dün-
yanı qavramana təsir etməsi. Sən və mən, başqa dillərdə böyü-
müş insanlar olaraq başqa cür qavrayırıq dünyanı və buludları.
İnsan xarakteristikalarını psixologiyada beş fərqli şəxsiy-
yət növünə bölürlər: açıqlıq, intizamlılıq, ekstrovertlik, xoşluq 
və nevrotiklik. Həmçinin bunların əks xarakteristikaları. Bü-
tün bu xarakter növlərinin müxtəlif birləşmələrindən cürbə-cür 
insanlar yaranır. Sonra bu insanlar bir-biri ilə dava edirlər, öz-
lərini üstün tuturlar, fəxr edirlər ki sən eləsən mən belə. Hansı 
ki heç birinin öz əlində deyil. Belə doğulublar. Və təəssüf ki 
bəli bəziləri daha üstün doğulub genetik olaraq. Bəziləri zəki 
doğulub, ünsiyyətcil doğulub, daha az nevrotik doğulub. Hə-
min  insanlar  təkamülün  ən  güclüləridir  və  indiki  dünyanın 
tələb etdiyi sürülərdir. Ancaq yenə də optimum insan forması 
yoxdur. Hər insan başqa bir situasiya üçün daha yaxşıdır.
Bəzi  insanlar  açıqdırlar,  bəziləri  qapalı,  bəziləri  nevrotik 
bəziləri  sakin.  Beyninin  içində  iki  insanla  yaşayan  insanlar 
var,  yaşamağa  məcbur  olan  insanlar  var,  ikidən  çox  şəxsiy-
yətlə yaşayanlar var, buna görə dəli olanlar var. Onlar adətən 
daha az gördüklərimizdirlər, dəlixanaya tıxadıqlarımız. Ancaq 
unutmuş olduğumuz bir şey var: dəlilər varsa, dəliliyə keçiş 
mərhələsində ilişib qalıb, özünü saxlamağa, qurtulmağa çalı-
şan insanlar var. Dəliliklə dəli olma arasındakı o incə cizgidə 
yaşayan insalar var. İnsan, adətən hamıya sanki özüymüş kimi 
baxmağa davam edərək o insanların bütün o dəliliyə rağmən 
normal olmağa çalışma cəhdlərini göz ardı edir və yeri gələn-
də o insanları başa düşmədiyini deyir. Burası dəqiqdir amma, 
başa düşmür, düşə bilməz. Bir insanı tamamilə başa düşmək 
mümkünsüzdür.  Bütün  insanların  iç  üzünü  və  düşüncələrini 
görə bilsəydik əgər, bu qədər insanın birlikdə necə yaşadığına 
heyran qalardıq. Bu çərçivədən məsələn, bütün olmuş və ola-
caq müharibələr heç də dəlilik kimi görülmür, bu sadəcə bir 
izhar ya təzahürdür. Dəliliyin təzahürü.
“Xarakter taledir” deyirdi Heraklitos. Möhtəşəm ifadədir. 


318
Sənin  sahib  olduğun  xarakter  həyatının  xülasəsidir.  Xislətin 
taleyindir. Günün birində intihar edəcəksənsə əgər bu onsuz da 
genlərində yazılıb bir növ. Genlərinin sənin həyatında müəy-
yən etdiyi şeylərin hamısını bilsən çaşıb qalardın. Məsələn al-
koloq aludəçiliyi ya evliliyə nifrət etmə ya da bu ikisinin tam 
tərsi, evlilik üçün can atma və alkoqol sevməmək genetikdir, 
adını unutduğum bir genin uzunluq dərəcəsinə görə dəyişir in-
sanlarda. Xəyanəti vecinə almayan insan və nifrət edən. Bu-
ludları sevənlər və nifrət edənlər.
Məsələn bir misal, DRD4 deyə bir gen var, dopamin mad-
dəsinin şablonunu kodlayan gen. Dopamin də ki həzzin kim-
yəvi maddəsidir. Yemək, seks, musiqi, narkotik qəbulu zamanı 
insanın həzz almasına səbəb olan şey. Bu genin 7R+ deyə bir 
alleli var, variasiyası yəni, fərqli forması. Beyninin hansısa bir 
hissəsinə  digərindən  daha  artıq  dopamin  paylayır  və  beləcə 
hamı fərqli şeylərdən zövq alır. Bu 7R+ variasiyası olan in-
sanlar məsələn, maddi risk altına girməyə daha meyilli olurlar, 
seksual müxtəlifliyə meyilli olurlar yəni hər qarşılarına çıxan 
bəyəndikləri insanla yatmaq istəyirlər və ən əsası yenilik axta-
rışçısı olurlar, yeniliyə aludə olurlar. Məsələn bir insanın həd-
dindən çox miqrasiya etməsi, hər dəfə bir yerdən başqa yerə 
köçməsi onu buna vadar edən yenilikçi genetikasıdır. Bəzi in-
sanlar axşama qədər evində otursa da canı sıxılmır, bəziləriysə 
yeni nələrsə kəşf etmədikləri gün depresiyaya girirlər.
Bütün bu xarakteristikalar ilk insanlardan bizə qalmış mi-
raslardır.  Məsələn  ilk  insanı  Afrikadakı  əlverişsiz  şəraitdən 
çıxarıb yeni torpaqlar axtarmağa, Avropa ya Yaxın şərqə miq-
rasiya etdirən gen, 7R+ allelinin təsiri idi.
Bütün bunları sənə bilirsən niyə deyirəm? Yəni başa sal-
maq istəyirəm ki xoşbəxtlik və bədbəxtlik genetikdir. Ya da 
ən  azından  yarı  mənada.  Mən  bugün  ölümə  gedirəmsə,  yarı 
səbəbkarı da sahib olduğum genetik variasiyadır. Pessimistli-
yim və depressivliyim genetikdir. Günhakar mən deyiləm ya 
da özümü buna inandırıram. Mauvaise foi.
Məsələn başqa bir gen, 5-HTTLPR geninin serotonin da-


319
şınmasında rolu var və depresiyanı azaldır. Stresi az hiss edir 
həmin insanlar. Sözsüz ki içində olduğun situasiyaya da bağ-
lıdır həyatdan məmnunluq dərəcən amma bu geni uzun olan 
insanlar məsələn vəziyyət pis də olsa stressi az hiss edir. Qısa 
olanlar da isə bəzən hər şey yaxşı belə olsa həmişə narahatçı-
lıq yaşayırlar. Həmçinin bu geni uzun olanlar optimist olurlar, 
nikbin olurlar.
Elm adamları insanlara hər şeyi demirlər, bunları demir-
lər məsələn, daha doğrusu fakt olaraq təqdiqatı əlbətdəki nəşr 
edirlər  ancaq  söhbətlərində  heç  vaxt  bunları  vurğulamlırlar. 
Bilirsən  niyə?  Çünki  xoşbəxtliyinin  bu  qədər  ifrat  dərəcədə 
genlərinə  və  bialogiyasına  bağlı  olduğunu  desən  bir  insana, 
təşvişə  düşəcək,  özünü  yeyib  bitirib  məhv  edəcək. Və  hətta 
intihar edəcək. Hansı ki insanların bu şeylərdən xəbərləri belə 
yoxdur. Onlar hələ də xoşbəxtliyi axtarırlar. Hansı ki bəzilə-
ri heç vaxt xoşbəxt ola bilməyəcək, gedib onlara bunu desən, 
inandırsan,  intihar  edəcəklər.  Bəziləriysə  doğuşdan  xoşbəxt 
doğulublar. Xoşbəxtlik axtarışımı? Elm 1999-cu ildə tapdı o 
xoşbəxtliyi. Ekstrovertlik – nevrotizm = xoşbəxtlik. Kefin po-
zuldu? Məndə pozulmuşdu, ilk bu formulu görəndə. Təşvişə 
düşmüşdüm. Görəsən məndə hansı daha çoxdur ekstrovertlik 
yoxsa nevrotizm deyə suallara qərq olmuşdum. Ekstrovertlər 
pozitiv emosiyalara meyillidir, nevrotiklər isə neqativ emosi-
yalara. Vay o insanın halına ki onun xislətində ekstrovertlik 
minimum,  nevrotizm  isə  maksimumdur.  Deməli  o  insan  əsl 
bədbəxtdir.
İstəyirsən  əsəbləş,  xoşbəxtlik  kimi  ülvi  bir  məqsədin  ri-
yazi  formullarla  sübut  olunmayacağını  qışqır  bağır,  istəyir-
sən  otur  ağla,  heçnə  dəyişməyəcək.  Sənə  daha  da  betər  bir 
rəqəm verim? İnsanın həqiqi xoşbəxtliyinin bu formul ilə neçə 
faiz əlaqəsi olduğunu bilmək istəyirsən? 50%-75%. Dəhşətli 
rəqəmlərdir. Ancaq yenə də geri qalan 25-50%-lik hissə ilə öz 
xoşbəxtliyini qurmaq üçün çabalaya bilərsən. Sənin üçün bu 
daha asandır, pulun var, kasıblar üçün o da zülümdür. Hətta o 
geri qalan faizdən əgər insanların olduqları situasiyaları, aldıq-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə