Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə108/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   104   105   106   107   108   109   110   111   ...   123

342
Qərar verə bilmirəm hansı daha çətin olardı görəsən, birlikdə 
yaşadıqdan  sonra  sənə  olan  arzumun  azalmasını  görməyim, 
yoxsa sənin mənə olan arzunun azalmasını görməyim? Yəqin 
ki qürurum işə düşərdi və sənin arzunun mənə qarşı azalması 
daha çox məhv edərdi məni. Bir qadına belə şeylər demək tər-
biyəsizlikdi, üzr istəyirəm. Ancaq aramızda heç bir sirr yoxdu 
nəticədə. Amma,  məsələ  odur  ki  bütün  bunlara  baxmayaraq 
mən yenə də səni arzulayıram. Bir qadına deyilməyəcək başqa 
bir şey də var ki onu da deyəcəm. Əslində bu o qədər də xətrə 
dəyiləsi şey deyil ancaq qadınlar yaşla bağlı hər şeyə inciyir-
lər.  Deyirdim  ki,  səni  o  qədər  çox  istəyirəm  ki,  keçmişdəki 
sənlər üçün belə darıxıram. Səni hər yaşında öpmək istəyər-
dim. 16 yaşında da, 18, 21, 25 ya gələcəkdə 35, 40 hər il başqa 
bir Larasan və mən hamısını arzulayıram. Təəssüf ki keçmiş-
dəki Laraları heç vaxt görə bilməyəcəm. Səni niyə bu qədər 
çox istəyirəm bilmirəm. Bəlkə də sənə vurulma səbəbim sənin 
gözəlliyin  deyil  də  mənim  genetik  geçmişimdi,  ya  bəlkə  də 
anama oxşayırsan, ya ilk sevgilimə. Bəlkə də üzünün kiçik bir 
kvadrat millimetrində hansısa arzusunda olduğum qalaktikanı 
görürəm. Səbəb hər nə olur olsun, bu dəqiqə sənə baxarkən 
bədənimdəki  bütün  hüceyrələr  yerindən  oynayır.  Məsələ  sa-
dəcə gözəlliyin də deyil, mən sənin xarakterini, dostluğunu, 
etinasızlığını, zəkanı, vecsizliyini daha da çox sevirəm. Bəlkə 
son bir ayı birlikdə keçirək? Elə bax burdaca, bu şəhərdəcə, 
çıxaq burdan gedək birlikdə həyatda qalmağa çalışaq, gördük 
alınmır, ölüm burdadır, qaçmır ki. Hə? Nə deyirsən? Mən iş-
ləməyə nifrət edirəm, ancaq səninlə birlikdə yaşayacıqsa ona 
da razıyam.
- Zavallı səni. Bilirsən, sən mənlə birlikdə yaşamaq istə-
mirsən əslində, sadəcə ölməmək üçün bəhanə axtarırsan. Bun-
dan əlavə, məsələ mən də deyiləm, məsələ sənin ehtirasındı. 
İkimiz də bilirik ki bədənimi istəyirsən, məni yox. Dediklərin 
mənə tərbiyyəsizlik kimi gəlir, amma xətrimə dəymir, çünki 
çox da bir xətrim yoxdu açıqcası. Onsuzda bir kişi beynində 
olan bir şeyi dilində deyirsə bu tərbiyyəsizlik olmamalıdı. Biz 


343
səninlə bədbəxtlik dostuyuq. Bədbəxtlik dostlarının bir-birinə 
faydası yoxdu. Məni istədiyin qədər arzulaya bilərsən, bu heç 
nəyi dəyişməyəcək. Səninlə birlikdə olduğum gün məğlubiy-
yəti qəbullandığım gün olacaq. Ölməsəydim də səninlə birlik-
də olmazdım. Çünki birlikdə olsaydıq çox bərbad birlikdəliyi-
miz olardı. Ruh olaraq bir-birimizə çox oxşayırıq. Özünün nə 
qədər əclaf olduğunu bildiyin üçün mənim də nə qədər əclaf 
olduğumu bilirsən. Sənin hiss etdiyin şeyin, düşündüyün şe-
yin  eynisini  mənim  düşündüyümü  bilirsən.  Bu  bilinməzliyi 
və romantikanı pozur. Romantika olmadan iki insan bir yerdə 
ola bilmir, çünki insanın yaradılışına tərsdi birlikdəlik. Sən də 
mənim kimi yaxşı bilirsən ki yeni doğmuş eşq kordur və sən 
hal-hazırda mənim pis tərəflərimi görmürsən. Frontal lobun iş-
ləmir.  Bir ay sonra belə olmayacaq. Sən bunlardan xəbərdar, 
mən bunlardan xəbərdar. Özümüzə, öz xislətimizə olan nifrəti 
bir-birimizə qusub bütün gün dava edərdik yəqin. Biz dost da 
deyilik, biz sadəcə bir-birinin içini yaxşı bilən, birinin digərinə 
heyran olduğu iki insanıq.
-  İnanmıram  sənə.  Sən  nə  deyirsən  de,  mənim  psixoloji 
müdafiə mexanizmam beynimi aldadaraq belə deyəcək: “Belə 
deyir çünki əziyyət çəkməməyin üçün onu unutmağını istəyir. 
O da səni istəyir. Yalan deyir”. Məni sevmirsənsə belə, nifrət 
etməyini  seçərdim  vecsizliyindənsə.  Sən  hansı  romantika-
dan  danışırsan  axı?  Romantika  nədir?  Sən  elə  biri  deyilsən. 
Bilirsən romantikanın saxtakarlıq olduğunu. On doqquzuncu 
əsr ədəbiyyatının hollyvududur romantika. Adi və bəsit şey-
ləri  saxtalaşdıraraq müqəddəs  kimi göstərməkdən başqa  heç 
nə deyil romantika. Və sən bir romantik deyilsən, bunu iki-
miz də bilirik. Sən elə nikbin və axmaq da deyilsən. Sən çox 
yaxşı bilirsən ki indiki qadınların çoxunu məhv edən şey elə 
romantikadır, çünki onlar oturub nə vaxtsa onları özlərindən 
də çox sevən və bitməyəcək bir sevgililərinin olacağını düşü-
nürlər. Bundan daha artıq bir axmaqlıq? Bu da sonda onları 
məhv edən şeyə çevrilir. İfrat dərəcədə optimizm və məyusluq. 
Mən sənə bu şeylərin heç birini vəd etmirəm, mən sənə sadə-


344
cə  öz  pessimist  -  əslindəysə  realist  dostluğumu  vəd  edirəm. 
Mən səni sevirəm, ancaq mənim sevgi anlayışım fərqlidir. Mo-
noqam deyil məsələn, bilirsən. Eyni anda birdən çox qadını 
sevə bilərəm. Səni aldatmıram. Ancaq səni sevirəm. Nə vaxtsa 
bitəcəyini də bilirəm, amma olsun. Əsas anı yaşamaq deyil-
mi? Nə olsun ki səninlə cəmi bir gün birlikdə olmuşuq? Bu o 
deməkdir ki sevə bilmərəm? Bir qadına bir saniyənin içində 
belə vurula bilərsən.
- Mavi, səndə alınmır, sən yozlaşmısan. Bu sevgi danışıq-
ları səndə alınmır. Sən onsuz da istəsən belə heç vaxt roman-
tik aşiq ola bilməzsən. Və bəli, mən saxta da olsa romantikanı 
seçərdim. Mən də sənin kimi düşünürəm, insan bir saniyənin 
içində aşiq ola bilər bəli. Səni sevməmə səbəbim bu deyil. Zə-
kandı. Biz ikimiz də zəkiyik. İkili  əlaqəmizdə heç birimiz iq-
tidar ola bilməzdik. Özümüzü yalandan aldada da bilməzdik. 
Biz hadisələrin niyəliyini və necəliyini bilirik. Səni bəyənirəm, 
amma sevə bilmərəm, sevsəm də bəyənməzdim yəqin. Başa 
düşürsən? Mənə axmaq bir sevgili lazımdı Mavi, ağıllı yox. 
Mənə mənimləykən məntiqli düşünmə qabiliyyətini itirən biri 
lazımdır, sən yox. Tək sual verəcəm, qırx il yaşayardın mən-
lə ya yox? Burda  məsələ bilirsən nədir? Əslində bir çox kişi 
qırx il yaşaya bilməz bir qadınla. Amma onların bəziləri yaşa-
ya biləcəklərini sanır, həmin o romantiklər, bax mənə onların 
nikbinliyi və saflığı lazımdır, sənin nihilizmin yox. Mənə adi 
şeylərə axmaq kimi yüksək məna yükləyən axmaq bir sevgili 
lazımdır. Çünki bəli, hər nə olursa olsun, mən nəticədə qadı-
nam. Və qadınlıq qürurum oxşanılmaq istəyir. Biz insan olaraq 
eyniyik dedim, tək fərqimiz cinsimizdi, o bir çox fərq yaradır, 
amma təməl olaraq eyniyik.
Bir içki daha istəyib davam etdi Lara:
-  Sənin  dostluğunu  istəyərdim,  amma  sevgini  yox.  Sən 
məni  sevmirsən,  sadəcə  doyana  qədər  sevişib,  bezənə  qədər 
sevirsən. Bir seks partnyoru olaraq hə, səninlə sevişmə fikri 
olduqca cazib gəlir, üstəlik zəkisən. Ancaq bir sevgili olaraq 
səninlə sevişmə fikri kokaini xatırladır, birdən birə pik həddə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə