Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə106/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   102   103   104   105   106   107   108   109   ...   123

336
otağa girməsini bildirdi. Masada oturmasını xahiş etdi və qar-
şıda oturub onu prosedurayla bağlı məlumatlandırdı. 
- Evtanaziyalar hər gün səhər yerinə yetirilir – deyə başladı 
sözə.
Qarşısına çoxlu səhifələrdən ibarət bir sənəd qoydu, iş gö-
rüşmələrindəki  müqavilələri  xatırladırdı.  Və  bir  növ  eləydi 
də. Ölüm müqaviləsiydi. Mavini axmaq bir əsəb və bu əsəbin 
verdiyi acı gülüş bürüdü. Nə olduğunu bildiyi halda əsəbini 
cilovlaya bilməyib iztehzayla yorğun və olduqca alçaq bir səs 
tonuyla  “Bu  nədir?”  deyə  soruşdu.    “Oxuyub  imzalamalısı-
nız. Sonra da barmaq izinizi və kamerayla könüllü formada 
evtanaziyanı qəbul etdiyinizin qeydini almalıyam, prosedura 
belədir” deyə izah etdi qadın. “Prosedura..” deyə mızıldandı 
Mavi. İş görüşmələrindəki o lənətə gələsi yorucu uzunluqdakı 
lazımsız müqavilələri xatırladı. Heç vaxt heç kimin oxumadı-
ğı. Qarşısındakı ölüm sənədini oxumadan imzaladı. “Buyrun” 
deyə qadına uzatdı. Qadın “Belə olmaz” deyib açıb sənədin 
içində ona seçməsi lazım olan variantları göstərdi. 
-Assistentli evtanaziyamı, yoxsa fərdi evtanaziyamı oldu-
ğunu burdan seçməlisiniz. Əgər oxumaq istəmirsinizsə burda 
qısaca ikisinin fərqi yazılıb. Fərdi evtanaziyada siz bir otaqda 
evtanaziya  apartıyla  tək  olacaqsınız.  Ekranda  çıxan  sualları 
cavabladıqdan sonra aparat evtanaziyanı yerinə yetirəcək. As-
sistentlidəysə sizə iki həkim kömək edəcək.
Assistentli evtanaziya variantını işarələdi Mavi qəti əmin-
liklə.  O  qədər  yolu  gəlmə  səbəbi,  ölümünün  bir  başqasının 
əlindən və rahat olmasıydı, özündə bunu edəcək cəsarəti tapa 
bilmirdi.
-Burdan  tarixi  seçin,  zəhmət  olmasa.  Yeddi  günə  qədər 
burda qala bilərsiniz, qalmaq və qidalanmaq kimi xidmətlər 
pulsuzdur, – digər səhifəni çevirdi – bu səhifədə mal varlığını-
zın aqibətini bildirməlisiniz, burda isə orqanlarınızı evtanaziya 
sonrası bağışlamaq istəyib istəmədiyinizi.
Yeddi gün burda qalmaq fikri Maviyə hər nə qədər maraq-
lı bir fikir kimi səsləndisə də, o qədər müddət ölümün quca-


337
ğında gözləyə bilməyəcəyini düşündü və qərarsız barmaqları 
sabah səhərin tarixini işarələdi. Orqan bağışı hissəsinə gəldi 
və  həmişə  tərəddüdsüz  razılıq  variantını  işarələdiyi  bu  sual 
qarşısında indi bir qədər dayandı və bilinməz bir düşüncələr 
bütününə qərq oldu. Bir neçə saniyə sonra özünə gəldi və tək-
rar düşündü. Taleyin ironiyası deyə düşündü, onun yaşaya bil-
məyib imtina etdiyi bu həyatda daha çox yaşaya bilmək üçün 
kimlərəsə onun orqanları veriləcəkdi. Bu fikir əvvəlcə onu bir 
qədər narahat etdi. Bir an ölüm üçün belə müqavilə oxuyub 
imzalamalı olduğu düşüncəsi onu dəli etdi və az qala kağızla-
rı götürüb cırıq-cırıq etmək istədi. Özünü ələ almağa çalışdı. 
Suala geri döndü. Ölüm sonrası onun orqanlarına nə olacağı 
fikrinin  çox  mənasız  və  əhəmiyyətsiz  olduğunu  düşündüsə 
də yenə də “razı deyiləm” xanasını işarələdi etinasızca. Geri 
qalan evtanaziya qanunları və yerinə yetirilmə məlumatlarını 
oxumadan son səhifəyə qədər getdi və imzaladı. 
Birdən nəsə ağlına gəldi və geri səhifələrdən birinə qayıda-
raq sabahkı evtanaziya prosessinin necə olacağı hissəyə gəlib 
sürətlə göz gəzdirdi. Üç mərhələli prosessin ilk mərhələsində 
anesteziya üçün 5 qram natrium pentotal adlı sürətli keyidici 
bir maddə verilirdi damarlara və xəstə yuxuya gedərək şüur-
suzlaşırdı. Bu mərhələ təxminən 10 saniyə çəkirdi. On saniyə 
düyə düşündü Mavi. Bədənini istilik bürüdü. On saniyə ölü-
münü  gözləməliydi,  ya  da  ən  azından  şüurlu  formada  göz-
ləməliydi. Bir ömür kimi göründü o on saniyə ona. İynənin 
bədənə girdiyi andan etibarən on saniyə. Diqqət dağıdıcı nəsə 
varmıydı görəsən otaqda? Bom-boş divarlar idimi yoxsa sa-
dəcə? Ölümə gedən on saniyəni ən yaxşı hansı məşğuliyyətlə 
yola vermək olardı? Nəyi düşünərək, nəyi xatırlayaraq, nəyə 
baxaraq? Lənətə gələsi on saniyə. On saniyə nə qədər uzun 
ola bilərdi? 21 qram nə qədər ağırdır? –deyə düşündü və tək-
rar düşündü. Oturduğu andan bu yana ayaqlarını bir an olsun 
yelləmədən  dayanmadığını  xatırladı  və  daha  sürətli  yellədi. 
Qadının bu işi necə seçmiş olduğu barədə fərziyələr düşündü. 
“Ehtiyacı var idi demək ki” deyə özünü cavabladı. Yoxsa kim 


338
belə yerdə, insanlara ölüm müqaviləsi imzaladardı. Bəlkə də 
o evtanaziya könüllülərindən idi deyə düşündü. Oxumağa da-
vam etdi, növbəti inyeksiya əzələləri iflic etmək üçün istifadə 
ediləcəkdi, 100 milliqram pankuronium bromid. Ən sonda isə 
ürəyi dayandırmaq üçün öldürücü dozada kalium xlorid. Onun 
xilaskarı.  Lənətə  gələsi  kalium  xlorid,  indiyə  qədər  haralar-
daydın?
Qadına uzatdı müqaviləni. Barmaq izləri alındı. Qarşısın-
dakı  kameraya  baxmasını  xahiş  etdi  və  onun  şəklini  çəkdi. 
Sonra qadının ondan video qeydi üçün deməsini istədiyi söz-
ləri təkrarladı: “Mənə assistentli evtanaziya tətbiq edilməsinə 
könüllü olaraq razılıq verirəm”. Öldürməmişdən sanki suyunu 
sıxırdı bu lənət prosedura onun. Bunun harası xoşbəxt ölüm-
dür deyə düşündü. 
Son olaraq qadın ona binanın kiçik xəritəsi üzərində nə-
yin harada yerləşdiriyini göstərdi, yataqxana, yeməkxana, bar, 
baxça, kilsə, psixoloq otağı, meditasiya mərkəzi, oyun otağı və 
s. Sanki unudubmuşcasına başqa bi kağız daha uzatdı sonra. 
Ölüm ayağında olan xəstələrə həm son anlarını yaxşı keçir-
mələri üçün həm də son qərarlarını təkrar yaxşıca düşünmələri 
üçün tibbi marixuana və kiçik dozada tibbi mdma (başqa adla 
ekstazi  olduğunu  bildirdi)  təklif  olunurdu  və  bir  sıra  başqa 
anti-depressantlar. Major depresiya pozğunluğu kimi bir sıra 
psixoloji  pozuntu  səbəbilə  gələnlərə  xüsusilə  təklif  edildiyi-
ni  vurğuladı  və  əgər  istəyirdisə  bu  sənədi  də  imzalamalıydı 
sonra müəyyən dozada istifadə üçün ona veriləcəkdilər. Bəzi 
mümkün  kiçik  yan  təsirlər  barədə  xəbərdarlıq  edirdi  sənəd 
həmçinin. Bu barədə daha əvvəl eşitmiş və düşünmüşdü Mavi. 
Kamplarda bu tip maddələrin istifadəsinə şərait yaradıldığını 
bilirdi. Əvvəllər bu fikrə də cazibəli baxmışdısa da, indi elə 
düşünmür  və  bunun  sözün  əsl  mənasında  ölümdən  uzaqlaş-
dırma potensialına sahib bir seçim olduğunu düşünürdü. Ən 
yaxşısı içkiydi, bu onu sakinləşdirməyə bəs idi deyə düşündü. 
Heç bir maddə istəmədiyini bildirdi. Otağını açması üçün bir 
kart verdi qadın ona və proseduranın tamamlandığını bildirdi. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə